Страницы

22.09.2012

AMERİKA - YOXSULLAR DÖVLƏTİ


Amerikalı yoxsullar prezident seçkilərinin Respublikaçı namizədi Mitt Romninin xüsusi bir hədiyyə gecəsində hökumət yardımından asılı yaşayan 47 faiz əhalinin onun üçün əhəmiyyətsiz olduğunu söyləməsiylə yenidən gündəmə gəlib.
Dünyanın ən böyük iqtisadi və hərbi gücü olan Amerika Birləşmiş Ştatlarının əhalisinin 46 milyon 200 min nəfər yoxsul vəziyyətdə yaşayır.
Bu isə əhalinin 15 faizini təşkil edir və son 20 ilin ən yüksək yoxsulluq həddidir.
FaktXeber.com-un verdiyi məlumata görə, açıqlanan son məlumatlarda bildirilir ki, yoxsulluq sərhədindən aşağıda yaşayanların sayı, yarım əsrdən uzun müddətdir ilk dəfə bu cür artıb.

Yoxsulluq immiqrant və zənci əhalinin sıx şəkildə yaşadığı cənub bölgələrində daha yüksəkdir.
Rekord səviyyə isə Nyu Mexiko ştatındadır - 22,2 faiz. 
Onu Luiziana, Cənubi Karolina və Arkanzas təqib edir.
Orta aylıq gəlir azalıb; varlılar və yoxsullar arasındakı uçurum da dərinləşib.
17 milyon insan isə aclıq həddinə yaxın yaşayır.
Təxminən 47 milyon insan qarnını qida talonuyla doydurur.
6,5 milyon uşaq, yoxsulluq həddinin yarısı qədər gəliri olan evlərdə yaşayır.
Hazırda Amerika Birləşmiş Ştatları sənayeləşmiş Qərb ölkələri arasında ən böyük gəlir bərabərsizliyinə sahib ölkə mövqeyindədir.
İqtisadi böhranla bərabər qida qiymətlərinin artımına səbəb olan son 50 ilin ən böyük quraqlığı da aclıq problemini artırır.
Gəlir səviyyəsindəki azalma Amerika Birləşmiş Ştatlatrının başqa ölkələrin malları üçün ən böyük bazar olduğundan dünya iqtisadiyyatına da təsir edir.

Leyla Tağızadə

Комментариев нет:

Отправить комментарий