Страницы

22.09.2012

Masonluğun olmadığı yeganə ölkə hansıdır?

Bir müddət öncə Türkiyədə masonların "100 il yığıncağı"na qonaq olub, təəssüratlarını yazan seysmoloq Prof. Dr. Əhməd Ercanın bir masonla olan söhbəti olduqca gərgin müzakirələrə səbəb olmuşdu. 
Çünki bu söhbətin sonunda Mason olmayan tək ölkənin adı açıqlanmışdı.

Bir əsrdən çox muasir masonluq tarixi olan Türkiyə

Əvvəlcə masonların Türkiyədəki tarixinə qısa nəzər salaq. Mason Lojası Türkiyədə 1 əsr əvvəl qurulub. 1908-ci il avqust ayında ikinci hökumət təxminən bir ay idi ki qurulmuşdu. Beyoğlundaki “Tokatlıyan” oteli salonlarında toplanan İstanbul və Rumeli lojalarının türk və xarici iştirakçıları, yenidən milli masonluq təşkilatı yaratmaq üçün bir yerə toplanmışdılar. İtaliya, Fransa, Misir və Belçika yüksək şuraları, onlara rəhbərlik etməyə dünəndən hazır olduqlarını ifadə edirdilər.

Həmin il Belçikada təşkil edilən Yüksək Şuralar yığıncağında məhz Belçika Yüksək Şurasının təklifi ilə Türkiyədə masonların yenidən bir yüksək şura yaradılması qərarı verildi. Bu vəzifə isə Misir Yüksək Şurasının öhdəliyinə təqdim olundu.
1909-cu il mart ayının 3-ündə keçrilən yığıncaqda Türkiyə Yüksək Mason Şurası yaradıldı. İttihatçılardan Talat Paşa da burada vəzifə sahibi oldu. 
Türkiyə Böyük Lojası isə 13 iyul 1909-cu ildə quruldu. 
Belə demək mümkünsə, 1909-cu il İstanbuldakı masonlar üçün olduqca əlverişli bir il olmuşdu. Beləliklə, masonların Türkiyədəki macərası yüksək təşkilati fəaliyyəti başlamış oldu. İndi isə artıq Türkiyədə muasir masonluğun bu səviyyəli təşkilati işləri bir əsrdən çoxdur ki davam etməkdədir.

“Masonlarla yarım gün”

2009-ci il 25 sentyabrda “Hilton” otelində 450-ə yaxın mason və onların həyat yoldaşları, əlavə olaraq da 400-dən çox xarici qonağın qatıldığı bir proqram təşkil edilmişdi. Ardınca da “Four Seasons”-da axşam yeməyi verilmişdi. 
Bu məlumatları mason olmamasına baxmayaraq, həmin yığıncaqlarda iştirak edən məşhur seysmoloq Prof. Dr. Əhməd Ercan vermişdir.
Ə.Ercan öz internet saytında “Masonlarla yarım gün” başlığı altında “100-cü il toplantısı”ndakı təəssüratlarını qələmə almışdı. Hansıki bu yazı çox böyük qalmaqala səbəb oldu, təzyiqlərlə qarşılaşdı.
Yazıda Əhməd Ercanın yanındakı yuxarı elit təbəqəli bir masonla olan söhbəti əks olunub: 
"O, İzmirdən gəlmiş yuxarı elit təbəqədən olan bir mason idi. Bizim onunla söhbətimiz çox yaxşı alındı. Olduqca səmimi biri kimi görünürdü. Lakin masonlardan təşkil olunmuş bu yığıncaqda mənim iştirakımın onun heç də ürəyincə olmadığını başa düşdüm. Türkiyədə olan 215 gözün (lojanın) başçıları hamısı orada idi. Yalnız üzürlü səbəblərdən bir neçəsi iştirak etməmişdi. Məndən başqa bir neçə mason olmayan, lakin onlar üçün yığıncağı daha da prestijli edə biləcək elm adamları dəvətli idi. Aramızda dioloq yarandı. O suallarıma çəkinmədən normal şəkildə cavablar verirdi. Ən maraqlısı isə bu oldu:
O dedi:
-Yer üzündə bütün masonlar bir-birləriylə həmrəylik içindədirlər. Bütün Amerika başçıları masondur. Türkiyə hökuməti də həmçinin. Tabe olmayanlar isə, bunun cavabını verməli olurlar.
-Tabe olmayan var ki?
-Bəli, var, İran. İranda Ayətullahlar, şah dövründə mason olanları asdılar. Buna görə mütləq cəzalandırılacaqlar.
-Bu zarafatdır?
-Yox, həqiqətən, bütün masonlar bu qisası səbirsizliklə gözləyirlər.
-Çox qəribədir.
-Dəyişilməz bir qanun vardır ki, ustadın istəklərini onun olduğu lojanın üzvləri mütləq yerinə yetirər. Onun sözləri bir əmrdir və əmrə tabe olmaq şərtdir.
-Necə yəni, istənilən əmrə?
-İstənilən əmrə. Ümumi mason qaydalara zidd olmayan hər şey, bəli, edilməldir.
-Dövlət idarəçiləri içində də masonlar varmı?
-Çox... Həm də çox üstün səviyyədə. Hökumət bütün masonlarla yaxşı dolanır. Bunun səbəbləri də təbii ki var. O səbəbə görə də bizə toxunmazlar. Ancaq biz də haqqımızdakı məlumatları dövlətə veririk. Bu məlumatları gizli saxlayırlar.
-Bəs bu qədər sirrin səbəbi nədir?
-Bu suala cavab vermək çətin məsələdir, (gülümsəyir) onun cavabı qoyun bizdə qalsın".
Bu yazıların Əhməd Ercana məxsus olub olmadığı da marağa səbəb olmuş və bu da araşdırılmışdı. Ercan isə yazının özünə aid olduğunu və heç bir dəyişiklik etmədən olduğu kimi qələmə aldığını bildirmişdi.
Ona verilən suallara isə bu şəkildə cavab verdi:
-“100 il yığıncağı”ndakı qonaqlardan sizi təəccübləndirən insanlar oldumu?
-Bəli. Çox insanlar vardı və onların bir çoxu da cəmiyyətdə tanınır.
-Kimlərin adını çəkə bilərsiniz?
–Bizim universitetlərin rəhbərləri. Yəni cəmiyyətin belə savadlı, elit qaymaq təbəqələri. Mediadan da qonaqlar var idi. Mən burda çox açıq danışa bilmərəm, danışsam qarışıqlığa səbəb olaram.

"Şah dövründə demədim, şahdan sonra dedim"

Adı gizli saxlanılan İzmirdən olan mason iş adamı da Prof. Dr. Əhməd Ercanla yemək zamanı bir oturduğunu qəbul etsə də, yazdıqlarında yalnışların olduğunu vurğulamışdı. O masonluğunu etiraf etmiş, bunu gizlətmədiyini, çox əvvəldən mason təşkilatında üzv olduğunu və qətiyyən siyasətlə məşğul olmadığını bildirmişdi.
Daha sonra isə bunları qeyd etdi: 
Mən “İranda ayətullahlar, şah dövründə masonları asdılar.” demədim. “İranda masonlar ayətullahlar dövründə asıldı”- dedim.
Baxın, mənə sual bu şəkildə ünvanlandı: “Dünyada mason olmayan ölkələr varmı?” Mən də dedim ki, “Bəli var, İran.”
-“Niyə İran?” –deyə soruşdu. “Şahdan sonra hamısı ayətullahlar dövründə asıldı və qalanı da ölkədən qaçdı”- dedim.
“Bütün Amerika və Türkiyə rəhbərləri masondur”- deyə də bir söz deməmişəm. Ola bilər ki, məni səhv başa düşüb. “Amerika böyükləri masondur, Türkiyə hakimiyyətinin də bir qismi masondur” dedim və “masonlar bir-birləri ilə həmrəydirlər” deyə fikrimi tamamladım.
Adı gizli saxlanılan mason İrandan qisas almaq məsələsinə isə toxunmur.
Nəticə etibarilə demək olar ki, 3 məsələ hər iki həmsöhbətin dediklərində uyğunluq təşkil edir: bütün dünyada masonların bir-birləri ilə həmrəy olduqları; Amerika və Türkiyə hakimiyyətində masonların olması; 3-cü və ən maraqlı fakt isə, masonların İranda din xadimləri tərəfindən asılması və bu gizli təşkilatlanmanın yer almadığı tək ölkənin İran İslam Respublikası olduğu.

İslamazeri.az üçün hazırladı Xədicə Hüseynzadə 

Комментариев нет:

Отправить комментарий