Страницы

24.09.2012

Bakıda Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib


Xebername.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, inanclıların Bakıdakı Fransa səfirliyi qarşısında keçirdiyi etiraz aksiya artıq başa çatıb.
Aksiyada polisin sərt müdaxiləsindən sonra tərəflər arasında yaşanmış qarşıdurmanın nəticəsində dindarlardan bir neçəsi xəsarət alıb.
Polis 25-30 nəfəri saxlayıb, bölmələrə aparıb.

Artıq etiraz aksiyası başa çatsa da ərazidə çox sayda polis qalmaqdadır. Bir neçə polis nəfəri cırılan şüar yazlmış plakatları yerdən yığışdırıb maşınlara tökürlər.
Etiraz aksiyası barədə video və fotomaterialları irəliləyən saatlarda təqdim edəcəyik.
Həmçinin saxlanılan inanclıar barəsində də məlumat olduqca yenilənəcəkdir.
Xebername.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi məlumata əsasən  Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
Aksiya Fransada nəşr olunan bir jurnalın Muhamməd Peyğəmbəri (s)  və müsəlmanları iyrənc karikaturalarla təhqir etməsinə etiraz olaraq keçirilib.Polis və mülki geyimli şəxslər aksiyaya müdaxilə edib.Etiraz aksiyasında "Allahu Əkbər", "Lə İlahə İlallah,Muhammədən Rəsulullah" , "Canımız Muhammədə fəda olsun" "Canımız sənə fədadır ya rəsulallah!", "Müqəddəslərə sataşanlara ar olsun!", "Saxta Fransa mədəniyyəti rədd olsun", "İslamafobiyaya son qoyun!" kimi şüarlar səsləndirilib.
Hələki 10 nəfərin saxlandığı bildirilir.Aksiya sona çatıb
Məlumat olduqca yenilənəcək

Комментариев нет:

Отправить комментарий