Страницы

23.09.2012

Rəqəmsal yayım bizə nə verəcək?

Rəqəmsal yayıma başlanması ilə bizim evimizdə olan televizorlar yararsız bir əşyaya çevriləcəkdir. Çünki, bu televizorlar rəqəmsal siqnalları qəbul etmir. Qiyməti 300-400 manat olan plazma televizorlarıda bu siqnalları qəbul etmirlər. Bu siqnalları qəbul edən plazma televizorlarınında qiyməti 600-700 manatdır. Adi bizim evimizdə olan televizorlara isə dekoder adlı cihaz quraşdırmaq lazımdır ki, bununda qiyməti 30-50 manat arasında dəyişir.
Deməli ölkə vətəndaşlarının evlərində televizorları olması üçün ya gərək 600-700 manat verib yeni televizor alsınlar ki, buda ölkə əhalisinin böyük əksəriyyəti üçün əlçatmazdı. Vətəndaşların bir hissəsi isə televizor alması xətrinə banklardan yüksək faizlə kredit götürəcəyini proqnoz etmək olar.
Digər tərəfdən də indi 600-700 manat olan televizorların qiyməti həmin vaxt alıcılıq təlabatının yüksək olması bəhanəsi ilə ən azı 200 manata qədər qalxmasında qeyd etmək olar. Buna görədə əhalinin televizorla təmin edilməsi heç olmasa 1-2 il çəkəcəyin yəqin etmək olar. Çünki, Bakı şəhərindən fərqli olaraq bölgələrdə əhalinin alıcılıq qabliyyəti Bakı şəhəri ilə müqayisədə ən azı 5-7 dəfə aşağıdı.
Dekoder cihazları isə indiki qiymətindən heç olmasa 20-30 dəfə yuxarı olacağın təxmin etmək mümkündür. Bir neçə günlük bayram günlərində ətin, ərzağın, yol haqqının qiymətinin kəllə-çarxa qalxdığını nəzərə alsaq təm yəqinliyi ilə deyə bilərik ki, bununda qiyməti elə həmin formada yüksələcəkdir. Vətəndaşların orta aylıq gəlirlərinin 150-180 manat olduğun nəzərə alsaq vətəndaşlar bu dekoder cihazını almaqda maraqlı olmayacaqdır.
Yuxarıda dediyimizi və rəqəmsala keçidin qəti surətdə, tam olaraq (Avropada analoq yayım dayandırılmadı, rəqəmsala keçid 3-5 il ərzində hissə-hissə aparıldı. Avropa vətəndaşlarının ya analoq,  ya da rəqəmsalı seçmək imkanları saxlanılmışdı) aparılmasını nəzərə alaraq aşağıdakı nəticəni çıxartmaq olar:
1. Ölkə əhalisini informasiya blokadasına almaq, heç olmasa 2012-2013-cü illərdə əhalinin böyük əksəriyyətini informasiyasız saxlamaq.
2. Əhaliyə zorla bahalı televizorlar və dekoder cihazları satmaqla külli miqdarda pulu əhalinin əlindən almaq.
Əgər rəqəmsala keçid bu çür həyata keçirilərsə bu xalqımıza Erməni işğalından daha pis zərbə vurmaq deməkdir.

kommunist.biz

Комментариев нет:

Отправить комментарий