Страницы

03.09.2012

Ələddinin sehirli çırağı

 Günel Eyvazlı

Bu gün Sizə nağıl danışmayacağam. Mətnimdə nə sehirli xalça yoxdur, nə sehirli çıraq. Nə də əzəmətli cin. Hansıki, 3 arzunu yerinə yetirəcək.
Amma, məqaləmin sonunda Cinə ehtiyac olacaq.
Mən Sizə özümüzdən danışacağam. Çox yox bir neçə fakt. Sonra tərəzinin bir gözünə dediyim faktları, digər gözünə isə qürur duyduğunuz mentaliteti qoyarsınız.
Koroğlu eposunu oxuyanda həmişə bir şey məni düşündürürdü. Niyə 7777 dəlisi olan Koroğlu obrazını yaradan xalq, ona bir o qədər də oğul, qız nəsib etməmişdi ? Niyə Nigar və Koroğlu sonsuz olduqları halda ailə ittifaqları dağılmamışdı ? Niyə Koroğlu Nigarı incitmirdi, əzmirdi. Uşağın niyə yoxdur demirdi? Niyə?

Bilirsiniz niyə xalq o zaman çox böyük və müdrük xalq idi. İndikinə bənzəmirdi.
Heç sonsuz olayan, amma, təpki altında yaralanan, sonra bezib ərindən qaçan , tək uşaqla həyatın axarına buraxılan, aliment almayan tək xanımları görəndə ürəyim ağrayır. Hələ cəmiyyət tərəfindən belə qadınlara bir başqa gözlə baxırlar.
Bir tərəfdən övladına qayğı, digər tərəfdən cəmiyyətin sənə olan birmənalı baxışı elə yorur insanı. Hamının əlində bir körpə. Yazıq qadın, sən çörək pulu qazanmalısan, övladını böyütməlisən, hələ cəmiyyətin sözündən, söhbətindən bezməlisən, özünü qorumalısan. Sən cəmiyyətin artıq tikəsisən. Kim baxacaq üzünə, kim səni arvad edəcək özünə. Heç kim. Bilirsən niyə, çünki onlar artığına layiqdilər. Məhəmməd peyğəmbərdən də artığına layiq.
Sual verirsinizmi, niyə Allahın Rəsulunun övrəti dul qadın idi. Məgər Allahın Rəsulu hər şeyin yaxşısına layiq deyilmi? Niyə Allah, bu qisməti ona nəsib etmişdi.
Bilirsiniz niyə ? Çünki bu rəvayət də olsa, həqiqət də olsa , çox müdrik bir ağızdan qələmə alınmışdı. Onlar sənin kimi düşünmürdülər ki.
Tüklərim biz-biz olur eşidəndə ki, ər - oğlu olayacaq deyə arvadını boşayıb, hələ yaxınımın birindən eşidirəm ki, təpiklə arvadına təcavüz etmiş birisi ancaq oğul xülyasındadır. Sabah belələri Allah qarşısında nə cavab verəcək.
Bu gün gözü yaşlı gəlinlərin, gözü yaşlı uşaqların ahı bu dünyanın başına kül olub tökülməyəcəkmi?
Nə Allahsız cəmiyyətdir, Din ancaq, saqqalımızdadır, çadramızdadır. Zahirən hamı dindar görünmək istəyir. İmkanları olsa yolun ortasında namaz qılarlar. Hamı bərəkallah desin.
Bərəkallah!!!!!
Şəriət qanunlarına bələd olmayanlar dini mübahisələrə girirlər, telefonlarda əzan və digər dini musiqilər çalınanda doğrusu ətim tökülür. Yəni bu qədərmi cılızlaşmışıq. Hanı mənim Koroğlum, Nigarım? Hanı?
Yox , belə desəm müasir qəhrəmanları sadalayacaqlar mənə. Keçmişdən danışma deyəcəklər. Ay Allahın bəndəsi keçmiş olsa da sənindir. Onda belə çıxır ki, sən onların törəməsi deyilsən. Hə?
Meyarlar dəyişib. Küçə qadınları meyara çevrilib. Bir də maşını sürətli sürən gədələr. Budur cəmiyyətin meyarı. Heyif səndən. Heyif belə cəmiyyət.
Hərdən çox yüksək fikirdə oluram səndən - CƏMİYYƏT. Amma, İslam burda deyil, çox uzaqlardadır.
Ümidimiz Ələddinin sehirli çırağına qalıb. Çünki buralarda Allahdan əsər-əlamət yoxdur.
Ya biz bu çırağın içindəyik cinlərlə. Ya da bilmirəm.
Tərəzinin gözünə qoydunmu dünənini və bu gününü?
Hansı ağır gəldi?

Комментариев нет:

Отправить комментарий