Страницы

23.09.2012

Mən sənə yazılan məktubam

Tural Balabəyli

Dünən də beləydi ,
bu günün sənə olan həsrətini yaşayırdım...
Dilimdəki nəğmələr,
gözlərimdəki yaşlar da
bu həsrətin nişanəsi idi …
Bu bədən - bu əl, bu barmaqlar,
adını pıçıldayan dodaqlar
həsrət idi sənə...
Yatağımda xəyallarının gətirəcyi istiliyin
soyuqluğundan üşümüşdüm dünən..
Bu gün də eləcə...
Yastığımın da həsrət qaldığı sənə
toxuna bilmirəm.
Mən sənə əski əlifba ilə
yazılmış məktubam,
oxuna bilmirəm...

Комментариев нет:

Отправить комментарий