Страницы

23.09.2012

Öldü “Simayi-şəms”in Rəsmiyyəsi

Masallı rayonunda boya-başa çatan, Opera və Balet teatrında bir sıra baş rolların, “Simayi-Şəms” muğamının mahir ifaçısı, Prezident təqaüdçüsü, respublikanın əməkdar artisti Rəsmiyyə Sadıqova bu günlərdə vəfat edib. 47 il əvvəl gözəl səsi ilə “Simayi-Şəms” abidəsini yeni zirvəyə ucaldan Rəsmiyyə Sadıqova həm ilk, həm də hələlik sonuncu masallılıdır ki, opera səhnəsində Leylini, Əslini, Şahsənəmi, Tellini, ƏrəbZəngini və onlarla ölməz obrazı yaradıb. Seyid Şuşinskinin, Niyazinin sevimli tələbəsi olan Rəsmiyyə Sadıqova 40 ilə yaxın müddətdə operanın solisti olur, 100-dəfədən artıq baş rollarda oynayıb. Bu kollektivlə birgə Türkiyədə, İraqda, Almaniyada, Hollandiyada, keçmiş SSRİ-nin demək olar ki, bütün mərkəzi şəhərlərində qastrollarda olur və uğurla çıxış edir.
Zeynəb Xanlarova, Rübabə Muradova, Qulu Əsgərov, Canəli Əkbərov dəyərli sənətkarlarla tərəf müqabil olmuşdur. Onun üçün ən unudulmaz məqamlardan biri Moskvada, Kremlin qurultaylar saarayda və Çaykovski adına zalda etdiyi çıxışlar, həmin tədbirdə səngiməyən alqışlar, təkrar-təkrar səhnəyə dəvət olunmsasıdır. Pespublikanın Əməkdar Artisti, Prezident təqaüdçüsü Rəsmiyyə Sadıqovanın sağlığında şair Əliağa Bakir ona şer həsr etmişdi. Həmin şeiri sizə təqdim edirik:


Səsi hər yanı tutub,
Qəlbi min sehrə salıb,
Bağı-cənnətdə açıbdır
Gülü Rəsmiyyəmizin.

Əslisin, Leylisin
Hərkimsə ürəkdən bəyənir,
Sədası heyran edibdir
Eli Rəsmiyyəmizin.

Bulaq üstündə, çəməndə
Oturub dinləyəsən,
Cəh-cəhi bihuç edib
Bülbülü Rəsmiyyəmizin.

Bəmidir oxşayan hər dəmdə
Zərif ruhumuzu,
Mülki-dünyaya dəyərmiş
Zili Rəsmiyyəmizin.

Səsi valeh eləyibdir,
Sənət aşiqlərini,
Olmasın ömrü boyu
Müşkül Rəsmiyyəmizin.

Xatırladaq ki, onun dəfnini tələbəlik yoldaşı, millət vəkili Zeynəb Xanlarova təşkil edib. R. Sadıqova Xırdalan şəhərində anasının yanında dəfn olunub. 

cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий