Qaçım bu qəmdən, kədərdən,
qoy mənə çatmasın, gedim...
Danışıb təzə xəbərdən,
başımı qatmasın, gedim...
Ürəyimi paralayıb,
zəhərləyib, yaralayıb,
məni yaman qaralayıb,
yaxamdan tutmasın, gedim...
Yükü ağır dərdi-sərin,
bir sümük qaldım, bir dəri...
Deyəsən, bu qəm-kədərin
tutubdu tutması, gedim...
Bağlasam qapı-bacanı,
yenə sarır dörd bir yanı,
siz deyin qəm tapmacanın,
siz deyin açmasın, gedim...
Комментариев нет:
Отправить комментарий