Страницы

31.10.2012

Asim Məmmədov: "Bəy müraciətindən zəhləm gedir"

Asim Məmmədov "Tez bazar"da

- Özünüzü 2 sözlə təqdim edin.
- Yazıçı-publisist.

- Sizi necə təqdim edəndə razı qalırsınız?

- Sən. Təntənəli müraciətlərdən, xüsusən də “bəy” sözündən zəhləm gedir.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?

- Sadə müsəlman.

- Dost…

- Azdır, amma var.

- İlk sevginiz?

- Hər yeni sevgim ilk kimi olur.


- Əsas ixtisasınız?
- Şərqşünaslıq.

- İstifadə etdiyiniz nəqliyyat növü?

- Metro.

- Sevdiyiniz maşın markası?

- Bentley.

- Sevdiyiniz brend?

- Kimisə reklam etmək istəməzdim.

- Sevdiyiniz saç düzümü?

- Qısa.

- Sevdiyiniz rəng?

- Qara.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?

- İran, Ərdəbil.

- Sevdiyiniz yemək?

- Dolma.

- Ən çox istifadə etdiyiniz söz?

- Ok.

- Leksikologiyanıza yad olan söz?

- Mümkün deyil.

- Sizi nə həyacanlandıra bilər?

- Mənə əziz olan insanların göz yaşları.

- Ən çox sevdiyiniz kitab?

- Müəmmər Qəddafinin “Yaşıl Kitab”ı.

- Ən çox sevdiyiniz yazar?

- Belənçilər çoxdur.

- Ən çox bəyəndiyiniz ifaçı?

- Maykl Cekson.

- Ən çox bəyəndiyiniz musiqi janrı?

- Əsl ari musiqisi olan meyxana. Hərdən repə də qulaq asıram.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?

- Bəli.

- Mənfi xüsusiyyətiniz?

- Çılğınlıq.

- İdeal insan necə olmalıdır?

- Özünü cəmiyyətin naminə fəda etməyə hazır olan.

- Özünüzü ideal insan hesab edirsizmi?

- Qətiyyən yox.

- Sizi özünüzdən nə çıxarda bilər?

- Yersiz zarafatlar.

- Həyat fəlsəfənizi ifadə edin.

- Zillət bizdən uzaqdır!

- Siz xoşbəxtsinizmi?

- Yox, amma bu günümə də şükür.

- Bədbəxtliyin xüsusi düsturu varmı?

- Dünyapərəstlik.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?

- Elə hər şey əvvəldən başlayır.

- Ölüm niyə ölmür?

- Çünki nə qədər insan var, ölüm də olacaq. Biz palçıqdan yaranmışıq, palçığa da qayıdacağıq.

- Dinlərə münasibətiniz?

- Baxın 3-cü suala.

- Kimdən və nədən xilas olmaq istərdiniz?

- Zülmdən.

- Falçıya inanırsızmı?

- İstisna hallarda.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?

- Heç biri.

- Sevinciniz nə qədərdir?

- Yalnız üzdə.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?

- İnsanın əsl xüsusiyyətləri yalnız kritik anlarda bilinir.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?

- Yox.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?

- İçmək, özü də soyuq.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…

- İkisini də.

- Mənə sualınız.

- Ruslar demişkən: “U matrosov net voprosov”.

Hazırladı: Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий