Страницы

31.10.2012

Liviyanın işğalı

Asif Həsənli
Professional Oxucu Liqası

“O, in­qi­lab rəh­bəri və Li­viya xal­qına xoş­bəxt­lik bəxş edən bə­dəvi əs­gər­dir!”

«Qə­zəb günü»ndən son­ra, artıq 20 fev­ral­da üs­yan­çı­lar gecə saat­la­rın­da Ben­qa­zini tam nə­za­rətə gö­tür­dü­lər. Qəd­da­fi­nin qaç­ması haq­qın­da mə­lu­mat­lar ge­niş ya­yıl­mış­dı. Ordu üs­yan­çı­la­rın tə­rə­finə keç­mək­də da­vam edir­di. Belə gər­gin bir vaxt­da qəf­lə­tən Qəd­dafi döv­lət te­le­vi­zi­yası ilə xal­qa mü­raciət etdi. Li­de­rin bu mü­raciə­ti çox göz­lə­nil­məz oldu və əsl sen­sa­siya ya­rat­dı.
Qəd­dafi öz çı­xışı ilə Li­vi­ya­dan ay­rıl­ma­ya­ca­ğını, tək­cə öl­kə­nin pre­zi­den­ti yox, həm də in­qi­la­bın rəh­bəri ol­du­ğunu gös­tər­di.

Mü­raciə­ti ol­duğu kimi oxu­cu­lara təq­dim edi­rik:
«Mən heç vaxt  öz tor­pa­ğımı, Li­viya tor­pa­ğını tərk et­mə­yə­cə­yəm. Mən son dam­la qa­nıma qə­dər vu­ru­şa­caq və ata-ba­ba­la­rı­mı­zın ya­nın­da şə­hid ola­ca­ğam!
Qəd­dafi adi pre­zi­dent de­yil ki, və­zi­fə­dən get­sin. O, in­qi­lab rəh­bəri və Li­viya xal­qına xoş­bəxt­lik bəxş edən bə­dəvi əs­gər­dir!»
NATO-NUN HƏRBİ MÜDAXİLƏSİ. 19 mart 2011-ci ildə yer­li vaxt­la saat 16-00-da fran­sız qı­rıcı təy­ya­rə­ləri Li­vi­ya­nın sə­ma­sına da­xil oldu, kəş­fiy­yat uçuşu apar­dıq­dan cəmi 45 də­qiqə son­ra Li­vi­ya­nın əra­zi­sinə hər­bi mü­da­xilə baş­lan­dı və Qəd­dafi qo­şun­la­rı­nın bir neçə zi­reh­li tex­ni­ka­sını məhv etdi. Son­ra ABŞ-ın və Bri­ta­ni­ya­nın hərbi-hava qüv­və­ləri hü­cuma keçdi. Li­vi­ya­nın hava li­man­la­rına və di­gər hər­bi ob­yekt­lə­rinə ha­va­dan zər­bə­lər en­dir­di­lər. Mar­tın 20-də ABŞ, Fran­sa və Bö­yük Bri­ta­ni­ya­nın hərbi-hava qüv­və­ləri «Şəfəq» əmə­liy­ya­tını da­vam et­di­rə­rək 2 saat ər­zin­də tank ko­lon­na­sını hə­dəfə gö­tür­dü və aram­sız hava zər­bə­ləri en­di­rə­rək 7 Li­viya tan­kını və 2 BMP hər­bi ma­şı­nını sı­ra­dan çı­xart­dı­lar, amma qa­nad­lı ra­ket­lə­rin hü­cumu nə­ti­cə­sin­də dinc əha­li­nin də öl­dü­rül­məsi xə­bəri ya­yıl­dı. Mar­tın 21-dən baş­la­ya­raq NATO-nun iş­ğal­çı  qüv­və­ləri Əj­də­biy­yə uğ­run­da dö­yüş­lərə baş­ladı və mar­tın 28-də şə­hər alın­dı.
Ap­rel ayı qan­lı dö­yüş­lər­lə keçdi. Breq, Əj­də­biy­yə, Ən-No­fə­liy­yə, Bin Cavad, Ras-La­nuf və baş­qa şə­hər­lər­də qan tö­kül­dü. Koa­li­siya qüv­və­lə­ri­nin hü­cumu nə­ti­cə­sin­də dinc əha­li­nin, qa­dın­la­rın, uşaq­la­rın öl­dü­rül­məsi hid­dətə sə­bəb oldu. Ru­siya Xa­rici İş­lər Na­zir­liyi kəs­kin bə­ya­nat yay­dı və koa­li­siya qüv­və­lə­rini zo­ra­kı­lığı və hər­bi əmə­liy­yat­ları tə­cili ola­raq da­yan­dır­mağa, bey­nəl­xalq ic­timaiy­yəti bu zo­ra­kı­lığa qar­şı çıx­mağa ça­ğır­dı. Ru­siya tə­kid edir­di ki, əmə­liy­yat­lar da­yan­dı­rıl­sın, da­nı­şıq­lara baş­la­nıl­sın.
Ru­si­ya­nın və baş­qa öl­kə­lə­rin ça­ğı­rı­şına bax­ma­ya­raq 2011-ci ilin iyul ayın­da ABŞ, Fran­sa, Bö­yük Bri­ta­niya, İta­liya, İs­pa­niya, Al­ma­niya, Tür­kiyə baş­da ol­maq­la 30-dan çox ölkə Li­viya Mil­li Ke­çid Şu­ra­sını rəs­mi ola­raq ta­nıdı və  yeni ta­nın­mış bu Şu­raya hər­bi yar­dım gön­də­ril­di.
İyu­lun 28-də in­qi­lab­çı­la­rın ştab rəi­si Əb­dül Fa­teh Yu­nis müəm­malı şə­kil­də öl­dü­rül­dü. Mil­li Ke­çid Şu­ra­sı­nın səd­ri Mus­tafa Əb­dül Cə­li­lin söz­lə­rinə görə, Fa­teh Yu­nis dö­yüş böl­gə­sin­dən ona görə geri ça­ğı­rıl­mış­dı ki, o, Qəd­dafi ilə əla­qədə şüb­həli bi­li­nir­di. La­kin yol­da onü mü­şayiət edən iki za­bit­lə bir­lik­də qət­lə ye­ti­ril­miş­di.
Ərəb mət­bua­tı Qəd­da­fi­nin qo­şun­la­rı­nın 16 av­qust 2011-ci ildə və­tən­daş mü­ha­ri­bəsi ta­ri­xin­də ilk dəfə ola­raq ra­ket­dən is­ti­fadə et­diyi haq­qın­da mə­lu­mat yaydı. Əl-Ərə­biy­yə, Əl-Cə­zirə və baş­qa ka­nal­lar Qəd­da­fi­nin hə­qi­qə­tən bu vax­ta qə­dər ra­ket zər­bə­lə­rin­dən is­ti­fadə et­mə­di­yini rəs­mi ola­raq təs­diq­lə­miş­di­lər.
Çox ma­raq­lı­dır, fev­ra­lın 15-də və­tən­daş mü­ha­ri­bəsi baş­la­yır, get­dik­cə qı­zı­şır, Qəd­da­fini bir çox ci­na­yət­lər­də it­ti­ham edir­lər, amma o, ta­be­li­yin­də olan ra­ket­lər­dən is­ti­fadə etmir. Və yal­nız doğ­ma Sirt şə­hə­rinə geri çə­kil­diyi ərə­fədə, mü­ha­ribə baş­la­yan­dan 6 ay son­ra cəmi bir dəfə is­ti­fadə edir! Qəd­da­fini dik­ta­tor he­sab edən­lər bunu necə təh­lil edə bi­lər­lər? Bəl­kə məğ­lub ol­du­ğunu gö­rüb na­haq yerə qır­ğın tö­rət­mək is­tə­mə­yib? Bəl­kə əv­vəl­dən elə bi­lib ki, qə­ləbə ça­la­caq, ra­ket zər­bə­lə­rini axıra sax­la­yıb?  Bəl­kə öz xal­qına avia­zər­bə vur­mağı la­zım bil­mə­yib? Bəlkə, ümu­miy­yət­lə, dinc əha­li­nin zə­rər çə­kə­cə­yin­dən eh­ti­yat­la­nıb ra­ket zər­bə­lə­rin­dən is­ti­fadə et­mək is­tə­mə­yib? Hər hal­da za­man bu sual­lara gec-tez ca­vab ve­rə­cək!
Av­qus­tun 28-də Qəd­da­fi­nin oğlu Ha­miz Qəd­dafi bəni-Va­lid ya­xın­lı­ğın­dakı dö­yüş­lər­də öl­dü­rü­lür.
Qəd­da­fi­nin di­gər oğlu Sədi Qəd­dafi isə Ni­ge­ri­yaya qaçır. Sent­yab­rın 29-da onu İn­ter­pol ax­ta­rı­şına ve­rir­lər.
Qəd­da­fi­nin özü üçün Əl­cəzair sər­hədi ya­xın­lı­ğın­dakı Ha­da­mis və Qat şə­hər­ləri ara­sın­dakı ra­yon­lar­da giz­lən­məyə sı­ğı­na­caq ve­rir­lər, la­kin Qəd­dafi bun­dan im­tina edir. Onu mü­dafiə edən tua­req tay­fa baş­çı­ları nə qə­dər tə­kid et­sə­lər də, Qəd­dafi on­lara belə ca­vab verir: «Siz is­tə­yir­si­niz ki, mən dö­yüş­dən qa­çan­la­rın ta­le­yini ya­şa­yım? Dö­yüş­çü dö­yüş­də öl­mə­li­dir!»
Sent­yabr-okt­yabr ay­la­rın­da Tar­xun, Bəni-Va­lid və Sirt ət­ra­fın­da dö­yüş­lər da­vam edib. NATO-nun bom­bard­man­ları nə­ti­cə­sin­də 150 nə­fər­dən çox dinc əhali öl­dü­rü­lüb. Okt­yab­rın 3-də üs­yan­çı­lar Qəd­da­fi­nin do­ğul­duğu Kəsr Əbu Hadi ra­yo­nunu ələ ke­çir­di­lər. 

Комментариев нет:

Отправить комментарий