Страницы

04.10.2012

Bəzən həyat...

Fəridə İbadlı

“Uşaq olmaqdan bezirlər və tez böyümək istəyirlər. Böyüyəndə isə uşaqlılarından ötrü darıxırlar. Pul qazanmaqdan ötrü sağlamlıqlarını itirirlər. Sonra da sağlamlıqlarını bərpa etmək üçün pul verirlər. Sabah haqqında düşünüb, bu günü unudurlar. Buna görə də nə bu günü, nə də sabahı dolğun yaşamırlar. Heç ölməyəcəkmiş kimi yaşayırlar. Lakin heç yaşamamış kimi ölürlər.”

Həyat....
Yaşayacaqlarımızı bilmədiyimiz halda, geridə qalanları xatırlamaqdan ibarət olan məfhum...
Hər an bu “məfhuma” nələrisə əlavə etdiyimiz keşməkeşli yol.

İnsan həyatı - yalanlar, acılar, əzablardan ibarət olan səhnədə rolları ifadə edən fərqli simalar... eyni süjet... eyni ssenari... eyni məqsəd.
Xoşbəxtlik. O nədir və yaxud nədədir? Bəlkə də 3 şeydədir : 1.Dünəndən təcrübə; 2.Bu gündən istifadə; 3.Sabaha ümid.
Lakin biz həyatımızı 3 şey ilə hədər veririk:
1.Dünənə həsrət çəkməklə; 2.Bu günümüzü hədər verməklə; 3.Sabahdan qorxmaqla.
Həyatımızın “rejissor”luğunu başqasına versək, daim o insana “aktyor”luğumuzu bəyəndirmək məcburiyyətində qalarıq.
Həyat mənim üçün nədir?
-Həyat, mənim üçün bəzən "Avtobusun sol pəncərəsindən ətrafı seyr edərkən, sağ tərəfində baş verənləri qaçırdığımdan ibarətdir".  

Bir müdrikdən soruşurlar: “İnsanın hansı hərəkəti sizi daha çox təəccübləndirir?”
Müdrik bir-bir deməyə başladı: “Uşaq olmaqdan bezirlər və tez böyümək istəyirlər. Böyüyəndə isə uşaqlılarından ötrü darıxırlar. Pul qazanmaqdan ötrü sağlamlıqlarını itirirlər. Sonra da sağlamlıqlarını bərpa etmək üçün pul verirlər. Sabah haqqında düşünüb, bu günü unudurlar. Buna görə də nə bu günü, nə də sabahı dolğun yaşamırlar. Heç ölməyəcəkmiş kimi yaşayırlar. Lakin heç yaşamamış kimi ölürlər.”
Bu sözlərdən sonra müdrikdən məsləhət almaq üçün soruşdular: “Bəs sən nə məsləhət görürsən?”
Müdrik belə cavab verdi: “Heç kimə özünüzü sevdirməyə çalışmayın. Etməli olduğunuz tək şey özünüz kimi olub seviləcəyinizi düşünməkdir”- bəlkə həqiqətən də elədir -“İnsanlar rola girməklə sanki qəhrəmanlıq nümayiş etdirirlər. Qəhrəmanlıq həyatda ən çox şeyə malik olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır. Vacib olan nəyə baxdığınız deyil, ona hansı gözlə baxdığınızdır.”

Bəzən kiçik bir şey özündə böyük nə isə ifadə edir.
Bəzən kədərlə keçmişə boylanırsan. Bu sənə gələcəyə ümidlə baxmağa kömək edir.
Bəzən həyat sənə elə bir şeylər yaşadır ki, ifadə edə bilmədiyin hisslərin yerinə sadəcə gülüb keçirsən.
Bəzən ürəyindəkiləri sözlə ifadə edə bilmirsən. Həmin an üçün "sözün bitdiyi an" deyə düşünürük.
Bəzən danışa bilməyən balaca bir körpənin çöhrəsindəki ifadə, sənə, mənə, ona nələri yaşatmazki. Sadəcə böyük acılar çəkənlər xoşbəxtliyin mənasını və qədrini bilirlər .
Bəzən heç birinə tam qərar verə bilməyəcəyin 2 yol ayrıcında qalarsan.
Bəzən illər öncə həyatının ən unudulmaz anlarını yaşadığın məkanı xarabalığa çevrilmiş görərsən. "Üşüdər" xatirələr səni.
Bəzən başqaları yaşayar, sən "seyr" edərsən.
Bəzən, bu azad dünyada azadlığa həsrət qalmaqda varmış, deyə düşünərsən.
Bəzən ən böyük acı sənin olmayacaq birinin xəyalları ilə nəfəs almaqdır.
Bəzən nə sən gözləməklə "O" dönən deyil, nədəki o gözləməklə sən qayıdan deyilsən.
Bəzən unuda bilmədiyin birinin həsrəti səni bir ömür boyu yalqız qoyar.
Bəzən "səni heç vaxt tərk etməyəcəm" deyənlər, edər sənə ilk xəyanəti.
Bəzən elə an gələr ki, anlayırsan. Anlayırsan ki, "verdiklərini" sən demə geri almaq deyə bir şey yoxmuş.
Bəzən ən böyük tənhalıq həyatındakı birini itirib, bir oyuncağa sarılıb yatmaqdır.
Bəzən həyat yalnızlıq... yalnızlıq yalnızlıqdır... Əhatəndə hər kəs olduğu halda daxilən özünlə, içindəki “mən”lə danışaraq ona verdiyin hesabat, vicdan əzabıdır, göz yaşıdır, itirmək qorxusudur, yaşarkən “ölmək”dir.
Sevincdir, bir ananın gözlərindəki ümidli baxışdır, inam,etibardır, etimadları doğrultmaqdır bəzən həyat.
Həyat... bəzən ailəmin yanında olmağımdır, ailəmin çöhrəsində təbəssümdür. Həyat ailəmin mənə etibarı, inamıdır. Mən aiəmi çox sevirəm. Həyat bəzən mənim onlarla olan günümdür.

Bəzən həyat...
Həyat...

Комментариев нет:

Отправить комментарий