VAHİD ASLAN
Doğulduğu andan haqsızlıqla üzləşmişdi. Ailədə ikinci qız olduğundan atasının qəzəbinə tuş gəlmişdi. Atası Allahın verdiyi paya arxa çevirib, yeni doğulan qızından üz döndərmişdi. Elə anası da əslində oğlan uşağı gözlədiyindən bu gözlənilməz paydan pərişan olmuşdu. Beləliklə valideynlər qəddarcasına yeni doğulan körpəni yaşadıqları ərazidə yerləşən körpələr evinin həyətinə atmışdılar. Səhərisi gün süpürgəçi qadın onu taparaq körpələr evinə təhvil vermişdi. Onun valideynləri isə elə həmin gün maşın qəzasına uğrayaraq cəhənnəm dünyasının növbəti sevimli bənədlərinə çevrilmişdilər...
Artıq onun on altı yaşı var idi. Kimsəsızliyin və əzabların onunla qol-boyun olduğu on altı il bir göz qırpımında ötüb keçmişdi. Adı Bənövşə idi. Bu adı ona müəlliməsi vermişdi. Gözləri bənövşəyə oxşadığından bu ad ona çox yaraşırdı. Əslində ömrü bənövşə ömrünə bənzədiyindən adı ilə həyatı eyniyyət təşkil edirdi. Tanrı ona verdiyi ağrılı tale ilə bərabər, ondan gözəlliyi və istedadı əsirgəməmişdi. Onun ən çox sevdiyi şey – kompüter, poeziya və futbol idi. Böyüdüyü körpələr evində tərbiyyəçilərdən tutmuş müdirəyə qədər hamı onu çox istəyirdi. O, doğrudan da digər uşaqlardan gözəlliyi və istedadı ilə bir neçə addım irəlidə idi. Hələ on iki yaşı olarkən müdirə kompüterə olan marağını nəzərə alaraq onu kompüter kurslarına göndərmiş, kompüterdə işləmək bacarığını cilalaya bilmişdi. Elə kompüter kursunda da özündən dörd yaş böyük Azərlə tanış olmuşdu. İllər ötdükcə bu tanışlıq dəli bir sevdaya çevrilmiş və indi onun bütün varlığına hakim kəsilmişdi. Bütövlükdə isə indi onun bu dünyada Azərdən başqa bir kimsəsi yox idi. Azərin 20, onun isə 16 yaşı var idi. Əslində Azər də onu dəlicəsinə sevirdi. Di gəl ki, Azər imkanlı və müasir ailədən olduğundan Bənövşə kimi hətta valideynlərini belə tanımayan kimsəsiz bir qızı çətin ki, valideynlərinə qəbul etdirə bilərdi. Lakin hələlik Azər Bənövşəyə bu haqda bir kəlmə də deməmişdi. Onun onsuz da sınıq ürəyini bir daha və bəlkə də həmişəlik sındırmaqdan qorxurdu. Valideynləri artıq şəhərin mərkəzində ucaldılmış göydələnlərin birindən Azər üçün mənzil də almışdılar. Bir ilə yaxın idi ki, Azərlə Bənövşə yeddinci mərtəbədə yerləşən bu mənzildə görüşür və gəncliyin sevgi dolu anlarını bölüşürdülər. Bənövşə bir az da gözəlləşmişdi. Gözləri günbəgün təzəcə açılan bənövşə kimi təravətlənir, bir az qəmli, bir az da nəşəli görsənirdi. Elə Azər də onun bənövşə gözlərinin, şair könlünün və sınıq ürəyinin aşiqi idi. Bənövşə istedadlı idi. Kompüteri gözəl bildiyi kimi gözəl də şeirlər yazırdı. Hətta on beş yaşı olarkən qəzetlərin birində şeiri də dərc olunmuşdu.
Bənövşə Nizami küçəsindəki kompüter satışı mərkəzlərinin birində çalışırdı və heç də pis qazanmırdı. O, kirayə etdiyi evə kompüter, televizor və paltar yuyan maşını almaqla həyatının rahatlığını az da olsa təmin edə bilmişdi. O, Azərlə tanışlığa qədər ən çox kompüter və poeziya ilə hisslərini ovundururdu. Azərin futbol azarkeşi olması isə ona da sirayət eləmiş və o, “Qalatasaray”ın azarkeşinə çevrilmişdi. O, az da olsa on altı illik ağrı-acılardan qurtulmuş, gənc qızların həsəd apardığı gözəl, müasir və sevilən bir qıza çevrilmlşdi. Sən demə,.. bu talesiz qızı gözləyən növbəti acılar dalğası çox yaxında imiş...
İş yerinə çatar-çatmaz yerindəcə donub qaldı. Qapı açıq idi. Axı açar yalnız onda və müdirdə olurdu. Hər iş günü isə qapını birinci o, özü açırdı. Görəsən nə baş verib?!. Mərkəzə daxil olmamış bir anlıq dayanıb, düşündü. Bəlkə bu gün müdir ondan tez gəlib işə. Kaş elə belə də olaydı. Amma belə olmadı. O, içəri daxil olarkən mağazada bir dənə də olsun kompüter görmədi. Əclaflar kompüterin hamısını oğurlayıb aparmışdılar.
Müdirin təşəbbüsü ilə işə polislər qarışmışdı. Müdir ancaq bir adamdan – Bənövşədən şübhələnirdi. İşin üstü açılanadək polislər şübhəli qismində Bənövşəni nəzarətə götürdülər. Ən azından o, çörək ağacı olan iş yerini itirmişdi...
Kirayə etdiyi otağa sanki özünü deyil, qorxudan və məyusluqdan biri-birinə dolaşan ayaqlarının üstündə kədərdən yonulmuş heykəlini gətirmişdi. Nə edəcəyini bilmirdi. Yüngülcə duş qəbul etdikdən sonra bir qədər özünə gələn kimi elədi. Şair könlü qəm yükünün ağırlığına tab gətirmədi. Başladığı şeri tamamlamaq istəmədi. Qəddarcasına vərəqi tikə-tikə edib zibil qabına atdı. Televizoru yandırdı. Qalatasarayın oyunu gedirdi. Onsuz da uduzduqlarından baxmağa həvəsi qalmadı. Özünü tanıya bilmirdi. Gözünə nə sataşırdısa hamısını məhv etmək istəyirdi. Televizoru sındırmaq məqsədilə döşəməyə yuvarladı... Saat birə qalırdı. Yatmaq vaxtı çoxdan keçsə də yata bilmirdi. Partlayırdı... Azəri görmək istəyirdi. Zəng etdi. Azərin mobilinə zəng çatmadı. Axı o, heç vaxt telefonu söndürmürdü. Öz-özünə düşündü. Yox, Azəri mütləq görməlidi. Yoxsa ürəyi partlayacaq. Ola bilsin Azər təzə aldığı mənzilində olsun. Bəlkə də... Taksiyə əyləşib Azərin mənzilinə gəldi. Binanın qarşısına çatan kimi qüssələrdən sınan ürəyi bir qədər sevinən kimi elədi. Azərin yeddinci mərtəbədəki mənzilinin işığı yanırdı. Deməli bu dar məqamda o, sevgilisinə qovuşa biləcəkdi. Pilləkənləri quş qanadında uçurmuş kimi bir göz qırpımında qalxdı. Qapının zəngini dəfələrlə basdı. Qapı açılmadı. Qapını yumruqladı, təpiklədi əlac olmadı. Artıq o, hər şeyi anlamışdı. Çantasında gəzdirdiyi bıçağı hazır tutub qapının açılacağını gözlədi. O, anlamışdı ki Azər mənzildə tək deyil. Və bir şeyi də anlamışdı ki, artıq bu qədər haqsızlıqlarla dolu olan həyat onun üçün başa çatmışdır. Bir damla belə günahı olmasa belə... Bezmişdi daha və son fərmanını qəddarcasına qətiləşdirmişdi... Bu an qapı açıldı. Azər yarıçılpaq qarşısında dayanmışdı. Onu içəri dəvət etmək əvəzinə: – gecəyarısı nə gəzirsən? – deyə, üstünə bağırdı. Onun onsuz da paramparça olmuş ürəyi kökündən vurulmuş ağac kimi içinə sərildi. Udqundu. Qəhərdən boğulacaqmış kimi, qollarını açıb sevgilisinə söykənmək istədi. Azər kobudcasına onu geri itələdi. Bənövşə səndələyib üzbəüz otağın qapısına çırpıldı. Elə bu vaxt Azərin mənzilindən çıxan gənc qız pilləkənlərlə üzüaşağı qaçıb, gözdən itdi. Qapı hələ də açıq idi. Fürsəti əldən vermək olmazdı. Bənövşə bıçağı əlində hazır tutub qızılquş kimi mənzilə atıldı. Azərə tərpənməyə imkan vermədən bıçağı onun ürəyinə sapladı. Bir də,.. bir də... Azər hərəkətsiz vəziyyətdə arxası üstə döşəməyə sərilmişdi. Bənövşənin barmağının ucundan dəlicəsinə sevdiyi oğlanın qızıl qanı damcılayırdı...
... İntiqam hissi ağlını, düşüncəsini üstələmişdi. Ona həyatın çeşid-çeşid acılarını yaşatdığından əli çatan hər şeydən, hər kəsdən intiqam alacaqdı. Anlayırdı ki, hətta tanrısı belə onu unutduğundan özündən savayı kimsəsi qalmamışdır. Lakin özü də tanrıya məxsus olduğundan tanrısının acığına elə özündən intiqam alacaqdı... çatlamış dodaqlarına bənövşələnmiş gözlərindən qan damcılayırdı. Bir daha geri qanrılıb, sevgilisinin hələ də onun arxasınca boylanan gözlərinə baxdı. Ancaq indi ürəyinin dərinliklərindən ötəri də olsa mərhəmət hissi baş qaldırdı. Sevgilisinin çoxdan soyumuş meyitnə yaxınlaşıb gözlərini qapadı. Yenidən geri eyvanın qapısına tərəf dönüb cəld addımlarla eyvana çıxdı. Hər tərəfdə dərin yuxuya getmiş şəhərin səssizliyi duyulurkən, yeddinci mərtəbədən özünü ölümün qucağına atan qızcığazın əzablardan qurtulan ruhu gecənin qaranlığından sıyrılıb göylərin aydınlığına doğru uçurdu...

Комментариев нет:
Отправить комментарий