Страницы

20.11.2012

HİLALIN NƏ GÜNAHI?

MANBUR

Video-çarxı düzən kəs,
Filankəsdir, filankəs.
Bu məqamda söylə bəs
Hilalın nə günahı?
İran dönüb piranə,
Hamı gedir İrana.
Cavab verin Qurana,
Hilalın nə günahı?
Qəlbimin hər xanası,
Məhəbbətlə yanası.
Talış olub anası,
Hilalın nə günahı?
Birliyimiz uçdumu?
Öndər sözü puçdumu?
Talış olmaq suçdumu?
Hilalın nə günahı?

Zülmü bitər zalımın,
Könlü gülər halımın.
Müqəddəs bir alimin-
Hilalın nə günahı?
Heroini kim atdı?
Dostdan düşmən yaratdı-
Yatmışları oyatdı!
Hilalın nə günahı?

QAZAMATDA YATSIN HİLAL?

Millətimin alim oğlu,
Əqidəsi salim oğlu…
Niyə onu, zalım oğlu,
Həbsə atdın, xoşmu bu hal?
Qazamatda yatsın Hilal?!
Hardan gəldi soyuq, sazaq?
Quruldu bu açıq duzaq.
OBAMAya bəlkə yazaq?
Məşhur olaq mahal-mahal?
Qazamatda yatsın Hilal?!
Burda düşmən barmağı var,
Birliyimiz oldu inkar,
Çəkilsə də aləmə car,
İqtidarlar oldu kar- lal!
Qazamatda yatsın Hilal?!
Dostluğumuz yelə getdi?
Qarışaraq selə, getdi.
Novruzəli belə getdi…
Dəli şeytan, fitini çal,
Qazamatda yatsın Hilal?!
Haqdeyəni tutdu, basdı-
Bu qanunu Sovet yazdı.
“Əski hamam, əski tasdı”
Deyib bunu bir general,
Qazamatda yatsın Hilal?!

Комментариев нет:

Отправить комментарий