Страницы

30.11.2012

Elxan Zal Qaraxanlı Almatıda tədbirdə iştirak edib

Noyabrın 27-də Almatı şəhərində, Qazaxstan Respublikasının birinci Prezidentinin Fondu tərəfindən Qazaxstan prezidenti Nursultan Nazarbayevin “Qazaxstan yolu” kitablnının Azərbaycan nəşri ilə bağlı ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirilib. Bu kitabı Azərbaycanda nəşr etmiş Mahmud Kaşqari adına Beynəlxalq Fondun nümayəndələrinin də qatıldığı tədbirdə , Azərbaycan və Qazaxstan Respublikaları arasında siyasi, iqtisadi və mədəni əlaqələrin surətlə inkişaf etdiyi xüsusi vurğulanıb. Ortaq mədəniyyətə, ortaq tarixə malik olan xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün, mədəni əlaqələrin, görüşlərin, tərcümə işlərinin artırılmasının vacibliyi qeyd olunub.
Qazaxstan Respublikasının birinci Prezidentinin Fondunun sədr müavini İlyas Kozubayev tədbir iştirakçılarına Azərbaycan nümayəndə heyyətinin üzlərini təqdim edib. Tədbirdə çıxış edən görkəmli qazax yazıçısı Berik Şaxanov bu sahədə Maxmud Kaşqari adına Beynəlxalq Fondun fəaliyyətinin Qazaxstan-Azərbaycan mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını, bu sahədə xeyli işlər gördüyünü, bildirib. Mahmud Kaşqari adına Beynəlxalq Fondun icraçı direktoru, tanınmış şair və tərcüməçi Elxan Zal Qaraxanlı preziden N. Nazarbayevin türk birliyinin möhkəmlənməsində, türk tarixinin öyrənilməsində gördüyü işləri qeyd edərək, Astana şəhərində fəaliyyət göstərən türk dünyası elmlər akademiyasının yaradılmasını böyük tarixi hadisə adlandırıb. Xalqlarımızın mədənin irsinin qarşılıqlı surətdə təbliği üçün ortaq layihələrin vacibliyini vurğulayıb. Tədbirin təşkilinə və Azərbaycan nümayəndə heyyətinə göstərilən isti manasibətə görə Qazaxstan Respublikasının birinci Prezidentinin Fonduna, onun rəhbəri xanım Dariqa Nazarbayevaya təşəkkürünü bildirib. Tədbirdə həmçinin Qazaxstanın elm və mədəniyyət adamları, Azərbaycan diasporunun nümayəndələri çıxış ediblər. KİV-də geniş işıqlandırılan tədbirdən sonra Qazaxstan Respublikasının birinci Prezidentinin Fondu və Mahmud Qaşqari adına Beynəlxalq Fond arasında birgə əməkdaşlıq barədə saziş imzalanıb.

Комментариев нет:

Отправить комментарий