Страницы

09.11.2012

Yolruh Atalı. Həyatın dibi

Həyatdakılar Həyatın dibinə düşüblər, çıxa bilmirlər. 
Həyatda Həyatın özündən yüksək ideya olmayanda, adamlar onun dibinə düşür. 
Gerçəklikdəki hər yanda, hər yerdə Həyatın dibi var!
Televiziyalar Həyatın dibini göstərir.
Qəzetlər Həyatın dibindən yazır. 
Kino Həyatın dibindən danışır.
Yazıçı Həyatın dibini qələmə alır...
***
Həyatın dibi – 
İnsanlığın yox, İnsansızlığın boyudur. 
Əxlaqın yox, Əxlaqsızlığın boyudur.
Vicdanın yox, Vicdansızlığın boyudur. 
Mənəviyyatın yox, Mənəviyyatsızlığın boyudur. 
Kamilliyin yox, Kamilsizliyin boyudur. 

***
Həyatın dibi – ölümlüdür, itimlidir, qanlıdır, iyrəncdir. 
Həyatın dibi – adamları bezdirir, usandırır, cana doyurur, ancaq ondan çıxa bilmirlər. 
Həyatın dibi – hadisələr yığınıdır, iyrəncliklər məskənidir. 
***
Adam öldürmək, qan tökmək – Həyat tələbidir, Həyatın dibinin təsdiqidir. 
Var toplamaq – Həyat Tələbidir, Həyatın dibinin təsdiqidir.
Əxlaqsızlıq – Həyat tələbidir, Həyatın dibinin təsdiqidir.
İnsanlararası ilişkilərin pozulması – Həyat tələbidir, Həyatın dibinin təsdiqidir.
***
Həyatdakılar Həyatın dibində yaşayırlar, əslində yaşamırlar, sürünürlər. Ona görə ki, Həyatın dibi İnsanı yaşamağa yox, ölməyə, öldürməyə, aşağılanmaya, mənəviyyatını itirməyə... məcbur edir, onu Həyatın üzərinə yüksəlməyə səsləmir. 
***
Adamların içi – Həyatın dibinin güzgüsüdür. 
Adamların işi - Həyatın dibinin güzgüsüdür. 
İçdəki işdəkini doğurur, təkrarlayır! 
***
Həyatdakıların ən varlısı da Həyatın dibindədir. 
Ona görə ki, varlanmaq üçün ləyaqətdən keçir, baş kəsirlər, əyri yollara gedirlər.
Həyatdakıların ən ağıllısı da Həyatın dibindədir. 
Ona görə ki, ağıl daha çox Həyat bicliklərini öyrənməyə, onlardan baş çıxarmaya, Həyata uyğunlaşmağa xidmət edir. 
Həyatdakıların ən güclüsü də Həyatın dibindədir. 
Ona görə ki, zorakı yaşam qaydasına xidmət edir, özünütəsdiq üçün başqasını əzir. 
Həyatdakıların hamısı Həyatın dibində yaşayırlar. 
Ona görə ki, Həyat elə dibdən ibarətdir. 
***
Həyatdan üstün bircə şey var: Amal!
Həyatın dibindən çıxmağın, ondan üstün olmağınsa bircə yolu var: İnsanlaşmaq!

Комментариев нет:

Отправить комментарий