Страницы

30.11.2012

İki xəzərciyim

Cəfər Bozorg Əmin

Bənizinin  iki  xəzərciyindən
Özgəliyimi
Dilsizliyimi soyunuram
“ öz” “ada”-ma sarı  üzməyə.
Buğdayı  savalan- səhənd məmələrinin
Pətəyindən,
Süzmə baycan  balına  çılğınlanıram
Barmaqlıqlar  ardına
Qamçılara
Batımlara.
Sərgilənirəm   yaşı  qurumuş
gözünü  deşən
Düz  çarmıxlanıra.

Комментариев нет:

Отправить комментарий