Страницы

22.11.2012

KÜÇƏ UŞAQLARI

Sədaqət  Əliqızı

“Küçə   uşaqları” elə  sevirlər ,
 ki  daş  divarları,
Onlar  belə  sevmirlər canlı  adamları,
                    Həta  doğmalarını.
Yuxularına  gəlsə  belə
                              tanımazlar  onları.
Çünki  hər  gecə    bu  daş  divarlaradır  sığınacaqları.
İsidir  hər  axşam daş  divarları
                       kiçik  bədənləri.
Gecənin  qaranlığı
 ,Gözlərinin  yaşı  axır  ürəklərinə,
         damla- damla,  gilə, gilə.

Qarışar  qanlarına,
Daşlaşır  beləcə  kiçik  qəlbləri
  İlahi...
Acı  siqareti  hər  şeydən  tez
 Dadarlar.
Görəsən  bu  dadda ,
             Nəyi  axtararlar  ?
Ehtiyac  şərik  çıxar  ömürlərinə ,
Kölgə  salar  məsum zlərinə.
Hər  şeydən  çox  nəyi  istəyərlər?
  Düşünsənə.
Çox  şey  yox ,bir  tikə  çörək ,
 Bir sevgi  dolu  ürək,
                                       arzulayarlar.
Arzuları  yollar  boyu
                         tökülüb  qalar.
Axın-axın insanların ,
                        ayağı  altda  tapdalanar,
Itib-batar  özləri  kimi.
Kormuş  bu  dünyanın
                     Gözləri  sanki, Ilahi...  

QORXULU  YUXU   
    
Yıxılmış  köklü  bir ağac,
              Tapdanmış  budaqları.
Andırır  bir  elin,
                   elatın  yoxluğunu  .
Bir  yolçunun  nəfəsinin 
                                     təngidiyni,
Gücünün  tükəndiyini.
Suyu  qurumuş  arxın 
             ürəksıxan boşluğu.
Xatırladır  mənə  insanların  gözündə
Sonuncu  ümüdün  xarabalığnı.
Dayandığım  yer  sonuncu
_  Uçurum
Baxdıqca  gözüm  qaralır.
_Boşluq
Sonsuz  uzanır
_Bu  yuxu
Qorxulu  yuxuların  ən  qorxulusu.

VİDA NƏĞMƏSİ

Dayanıb önündə dedim sevmirəm
Sən xoşbəxt ol  deyə yalan deyirəm
Budur   otağımda  tənha kimsəsiz
Sevgin ürəyimdə ölüb gedirəm.

Bir gün çıxararsan məni  yadından
Olarsan sən  xoşbəxt    bax hamı kimi
Sevərsən yenidən   ilk  günkü təki
Bütün  bu  olanlar olmamış sanki

Ruhm göylərdən hey boylanacaq.
Bu  həsrət  ayrılıq  onu sıxacaq.
Gözümdən süzzülən gözünün yaşı,
Yağış tək üzərinə göydən yağacaq.

 Səninçin hər zaman mən  nigaranam
O sənsiz dünyamdan sənə baxıram
Görsəm bu dünyada sən bəxtəvərsən
O zaman əbədi yoxa çıxaram  
    
SONUNA  QƏDƏR

Bu şəhərin  canı  sıxıla – sıxıla  içinə  sığdırıb hər  kəsi .
Ümüdü  üzülənləri , taleindən  küsənləri ,
özünə  künc  gəzənləri ,
Bir  badəlik  sevgiləri , mənəm – mənəm  deyənləri ,
 qoluzorlu  kəsləri ,
Zəifləri  əzilənləri , daha  kimləri , kimləri .
Bu  qədər  geniş  bu  şəhərin daş  “ qəlbi” 
Gühahlar  içində    çırpınan  gecələri ,
gizllətməyə  çalışır  içindəki ,İyrənclikləri ,
ləkələnən  şərəfləri , qırılan  qürurları .
Hər  kəsin  can  atdığı  bu  şəhər ,
 iradələri  sınağa  çəkəcək  sonuns  qədər.

Комментариев нет:

Отправить комментарий