Страницы

25.11.2012

Müşfiq Cabbar: “Nəticə yaxşı olanda hamı sizi uzaqgörən adlandırır”

Müşfiq Cabbar “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Müşfiq Cabbar.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Müşfiq.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Bu sonda məlum olacaq.

- Dost…
- Bir ömür onu axtarmağa dəyər.

- İlk sevginiz?
- Bu hamıda olur.

- Əsas ixtisasınız?
- Sənətşünas
.


- İstifadə etdiyiniz nəqliyyat növü?
- Çox vaxt piyada gəzirəm
.

- Sevdiyiniz maşın markası?
- Qaz 21
.

- Sevdiyiniz brend?
- Yoxdur.

- Sevdiyiniz saç düzümü?
- Əsas odur ki, səliqəli olsun.

- Sevdiyiniz rəng?
- Qara.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Bir zamanlar İtaliyanı gəzmək istəy
irdim, xüsusilə Venesiyanı. Sağ olsun, BŞİH-nin sayəsində yağış yağanda bu “gözəl” anları yaşayıram.

- Sevdiyiniz yemək?
- Dovğa.

- Ən çox istifadə etdiyiniz söz?
- Ok.

- Leksikologiyanıza yad olan söz?
- Öndər.

- Sizi nə həyacanlandıra bilər?
- Gücsüzə qarşı zülm.

- Ən çox sevdiyiniz kitab?
- Qurani-Kərim
.

- Ən çox sevdiyiniz yazar?
- Misbah Yəzdi
.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Çox ifaçıları dinləyirəm
, amma xüsusilə fərqlənəni yoxdur.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Satanistlərin musiqisindən başqa hamısında məna tapmaq olar. Həzin musiqilər dinləyirəm.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Yaddaşım.

- Mənfi xüsusiyyətiniz?
- Həm də çox.

- İdeal insan necə olmalıdır?
- Hər kəs ideal insanı bir cür düşünür. Allah məntiqi ilə yaşayan insanlar üçün təbii ki ideal insan əziz İslam Peyğəmbəri həzrəti Mühəmməddir.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Xeyr.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Ədalətsizlik.

- Həyat fəlsəfənizi ifadə edin.
- Qəbr evinə qədər ədalətsizliklə mübarizə.

- Siz xoşbəxtsinizmi?
- İndiki zamanda yalnız dəlilər xoşbəxt ola bilər. İstədim uşaqları da qeyd edim
, amma düşünürəm ki, uşaqların da xoşbəxtliyi əllərindən alınıb artıq.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Axmaqlıq.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Nəticə yaxşı olanda əvvələ görə hamı siz
i uzaqgörən adlandırır, nəticə pis olunca isə dünyadan xəbəri olmayan biri.

- Ölüm niyə ölmür?
- Kim deyir ölmür? İnsanlar var ki ölümü öldürərək yaşayır.

- Dinlərə münasibətiniz?
- Əlhəmdulillah müsəlmanam
.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Xilas olmaq istədiklərimdən tək yox, xalqımla bir yerdə xilas olmaq istəyirəm.

- Falçıya inanırsızmı?
- Xeyr!

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Daş olmaq daha yaxşıdır. Daşlaşmaq insani hisslərin ölməsi deməkdir.

- Sevinciniz nə qədərdir?
- Ani sevinclər olur. Hesaba gəlməyəcək qədər az.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Ədalətli olmağına. Bütün insani xüsusiyyətlər bundan aslıdır.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Bəli.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Həm içmək, həm keçmək.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Hər ikisi qədərində olanda gözəl olur.

- Mənə sualınız.
- Sizə suallarım gələcəkdə olacaq, indi isə sizə təşəkkürümü bildirirəm.

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий