Страницы

26.11.2012

Türkiyə və Rusiyada masonluğun tarixi

İbrahim Sel
Professional Oxucu Liqası

 Masonlar öz mətbuat orqanlarında siyasətlə məşğul olmadıqlarını desələr də faktlar göstərir ki, onlar nəinki siyasətlə məşğul olur, hətta siyasi hadisələrin, müharibələrin, inqilabların, münaqişələrin, seçkilərin, sui-qəsdlərin, qiyamların, siyasi-iqtisadi böhranları və.s tam mərkəzində yer tuturlar. Belə demək mümkünsə, dəyirman daşı oxun ətrafında döndüyü kimi siyasi proseslər masonların və masonluğun ətrafında dönür.


 TÜRKİYƏDƏ MASONLUQ. Türkiyədə masonluğun tarixi 1720-ci illərə qədər uzanır. İlk Osmanlı-türk masonları Humbaracı Əhməd paşa, osmanlıda “mariflənmənin” təşəbbüsçüsü kimi tanınan İbrahim Mütəfərriqa və vəzir Mehmet Səid paşadır. 1730-cu illərdə Avropadakı Osmanlı səfirlərinin və xarici işlər məmurlarının demək olar ki, yarıya yaxını mason lojalarına üzv idilər. Sultan I Mahmud (1730-1754) 1748-ci ildə və sultan II Mahmud (1808-1839) 1826-cı ildə verdikləri fərmanlarla masonların Osmanlı dövləti ərazisində fəaliyyətini qadağan etmişdilər. Sultan Əbdüləziz (1861-1876) də masonların fəaliyyətlərinə qarşı ciddi tədbirlər görmüşdü. Masonların fəaliyyətinə mane olan bu Osmanlı imperatorlarından I Mahmud və Əbdüləziz suiqəsd nəticəsində ölürüldü. I Mahmud zəhərlənmiş, Əbdüləzizi isə mason nazir Midhət paşa öldürtmüşdü. Üstəlik bu sui-qəsd intihar kimi göstərilməyə çalışılmışdı. Lakin istintaq həqiqəti üzə çıxarmışdı. Masonların fəaliyyətini qadağan edən sutan II Mahmuda qarşı isə mason və ingilislərin sadiq nökəri olan Misir canişini Mehmet Əli paşa Kavalalı, oğlu İbrahim paşa ilə birgə üsyan etmişdi.
 Osmanlı dövlətində ilk mason lojası 1857-ci ildə açılmışdı. Öz mason baş naziri Mustafa Rəşid paşanın təsirində qalan sultan Əbdülməcidin (1839-1861) hakimiyyəti dövründə baş nazirin təşəbbüsü ilə məşhur Tinzimat (Gülxanə xətti-humayunu) fərmanı elan edilmişdi. Bu fərman Osmanlı dövlətinin siyasi, iqtisadi və ictimai həyatına ağır zərbə vurmuşdu.
 1870-ci ildə Osmanlı dövləti ərazisində artıq 49 mason lojası fəaliyyət göstərirdi. Sultan II Əbdülhəmid (1876-1908) Osmanlı masonlarının can düşməni idi. Onun hakimiyyəti dövründə dövlət aparatı əhəmiyyətli dərəcədə mason ünsürlərindən təmizlənmişdi. Lakin II Əbdülhəmid də qərb dövlətlərinin, “İttihad və Tərəqqi Cəmiyyəti”ndəki masonların təşviqi ilə başlamış qiyam nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı.
 XIX əsrin birinci yarısında masonlar Türkiyədə artıq kifayət qədər möhkəmlənmişdilər. Lakin onlar Osmanlı dövləti ərazisində heç vaxt özlərini rahat hiss etməmişdilər. Çünki müsəlman xalq arasında mason sözü kafir sözü ilə sinonim kimi işlədilirdi. Bu ada qarşı sıravi insanlar düşüncəsində ciddi anitpatiya var idi. Buna görə də bir çox Osmanlı siyasi xadimi mason olsalar da, bunu açıq-aşkar dilə gətirməyə cəsarətləri çatmırdı. Buna baxmayaraq 1909-cu ildə İstanbulda “Hürr və Qəbul Edilmiş Masonlar Böyük Lojası” açıldı. Bu lojanın bir sıra üzvləri “İttihad və Tərəqqi” kimi bir sıra cəmiyyətlərdə və QHT-lərdə fəaliyyət göstərirdilər.
 1926-cı ildə eyni zamanda mason olan keçmiş “İttihadçılar”ın Atatürkə sui-qəsd təşkil etmələri Türkiyədə masonların fəaliyyətini şübhə altına aldı. 10 avqust 1935-ci ildə Atatürk Türkiyədəki mason lojalarını bağlanması haqqında qərar qəbul etdi. Beləcə, Türkiyədə masonluq zahirən də olsa qadağan olundu. 1950-ci illərin ortalarında masonluğa qoyulan rəsmi qadağa aradan götürüldü. 1956-cı ildə Türkiyə baş nazirinin müşavirlərindən biri olan Əhməd Saleh Korurun böyük ustad olması ilə “Hürr və Qəbul Edilmiş Masonlar Böyük Lojası” yenidən fəaliyyətə başladı. Bu gün İstanbul, Ankara, İzmir, Bursa, Adana, Eskişehir, Dənizli, Bodrum, Marmaris, Antaliya, Fəthiyə kimi şəhərlər başda olmaqla Türkiyədə 14 min üzvü olan 200-dən çox mason lojası fəaliyyət göstərir.
 Yaxın və müasir tarixə qısa səyahət burada yerinə düşəcəkdir. Türkiyənin yaxın tarixində, hətta Osmanlı imperiyasının yıxılmasında mühüm rol oynamış masonik təşkilatlardan biri də “İttihad və Tərəqqi” təşkilatıdır. XX əsrin əvvəllərində Osmanlı dövləti ərazisində bir çox gizli təşkilatlar qurulmuşdu. “İttihad və Tərəqqi” bunlardan sadəcə biridir. “İttihadi-Osmani” adı ilə 21 may 1889-cu ildə qurulan bu cəmiyyət daha sonra “İttihad və Tərəqqi” adlanmışdı. İtalyan Karbonari mason təşkilatı nümunə götürülərək qurulan bu cəmiyyətin qurucuları və üzvlərinin böyük əksəriyyəti mason idi və Parisdəki “Gənc Türklər” cəmiyyəti ilə əlaqəli halda fəaliyyət göstərirdi. Təşkilatın qurulmasında əsas məqsəd Osmanlı dövlətini yıxmaq idi. Mətbuatın dəstəyi ilə qısa müddətdə populyarlaşan təşkilat getdikcə gücləndi. Nəhayət, hakimiyyətə gələn “İttihad və Tərəqqi” Almaniya ilə müttəfiq olaraq Osmanlı dövlətini I Dünya müharibəsinə apardı. Halbuki bu müharibənin Osmanlı dövlətinə heç bir aidiyyəti yox idi. Bu təşkilatı quran və idarə edən 7 nəfərin adı heç vaxt açıqlanmadı. Etnik yəhudi Emanuel Karaso və etnik erməni Hallcyan kimilərinin idarə etdikləri bu təşkilatın on illik hakimiyyəti dövründə Osmanlı dövlətinin iqtisadiyyatı məhv edildi, ölkə müharibədə 2 milyondan çox vətəndaşını itirdi. Az qala dünyanın yarısını tutmuş Osmanlı imperiyası kiçilərək Yer üzündən silindi, yerində indiki Türkiyə yarandı.
 I Dünya müharibəsindən sonra “İttihad və Tərəqqi” cəmiyyətinin özü olmasa da, üzvləri Türkiyə respublikasında mövcud idilər. Bir qrup ittahadçı Atatürkün hakimiyyətdə olmasını heç cürə qəbul edə bilmir, Ənvər paşanı yenidən Türkiyəyə gətirərək iqtidarı ələ almaq istəyirdilər. Onların bu müxalifəti 1926-cı ilin iyun ayına qədər davam etdi. 15 iyun 1926-cı ildə Atatürk İzmirə gəlməli idi. Lakin bir gün əvvəl İzmirdə ona sui-qəsd planlandığı xəbəri verildi və Atatürk Balıkəsirdə qalaraq İzmirə getmədi. Sui-qəsdi planlayan 50-yə yaxın köhnə “ittihadçı” həbs edildi. Həbs edilənlərin arasında məşhur azərbaycanlı siyasi xadim Əli bəy Hüseynzadə də var idi. Əli bəy Hüseynzadə “İttihad və Tərəqqi” cəmiyyətinin fəallarından olmuşdu. 18 iyun 1926-cı ildə “Qara Çətə”nin məhkəməsi başladı. Sui-qəsdçilərdən bəziləri məhkəmənin qərarı ilə edam edildi, digərləri ilsə həbs olundu.
 RUSİYADA MASONLUQ. Masonlar Rusiya tarixindəki bir sıra məşhur hadisələrdə əhəmiyyətli rol oynamışdılar. Rusiyanın ilk masonlarından biri olan çar I Pyotr 1699-cu ildə Londondakı Böyük Lojada, Frans Lefortla birlikdə, böyük ustad Kristofer Ren tərəfindən masonluğa mərasimlə üzv qəbul edilmişdi. İlk rus böyük lojası 1731-ci ildə qurulmuş və onun böyük ustadlığına ingilis hərbiçisi kapitan Con Filips təyin olunmuşdu. Qraf Qolovin, qraf Zaxar Çernışev, İvan Çernışev, knyaz Roman Vorontsov, Qolitsin, Trubetskoy, Şerbatov, Sumarkov, Boltin kimi tanınmış zadəganlar və siyasi xadimlər ilk rus masonlarıdır.
 1750-ci ildə mason lojasına daxil olan İvan Perfilyeviç Elaqin 1772-ci ildə böyük ustad vəzifəsinə təyin olundu. O, Rusiya Böyük Lojasının milliyətcə rus olan ilk böyük ustadı idi. Məşhur rus mason ustadlarından biri də N. Novikovdur. Onun böyük ustadlığı dövründə masonluq Rusiyada xeyli genişlənmişdi. Çariça II Yekaterinanın hakimiyyəti dövründə masonlarla saray arasındakı əlaqələrdə gərginlik müşahidə olunmuşdu. II Yekatrina başda Novikov olmaqla Kurakin, knyaz Repnin, Bejanov, Lopuxin kimi bir sıra mason dövlət xadimlərini həbs etdirmişdi. Lakin özü də mason olan I Pavel hakimiyyətə gələn kimi Şisselburq qalasında həbsdə olan Novikovu və silahdaşlarını azad etdi.
 1822-ci ildə Rusiyada masonluq yenidən qadağan olundu. Lakin masonlar da bu dəfə dövlətə əks zərbə ilə cavab vermək qərarına gəldilər. 1825-ci ilin dekabrın 14-də ayında Senat meydanına toplaşmış hərbiçilər I Nikolaya qarşı qiyam qaldırdılar. Lakin I Nikolay bu qiyamı yatıra bildi. Bundan sonra masonlar Rusiyada ciddi şəkildə təqib olunmağa başladılar. Bu təqib və qadağa dövrü 1905-ci il manifestinə qədər davam etdi. 1906-cı ildə müşhur rus alimi Maksim Kovalevsiy “Fransa Böyük Şərq Lojası”nın icazəsi ilə Moskvada “Vozrojdeniye” lojasını açdı. 1908-ci ildə isə Sankt-Peterburqda “Severnaya Zvezda” lojası açıldı.
 1917-ci il oktyabr inqilabında masonlar mühüm rol oynadılar. Kerenskiy və onun hökumət üzvləri mason idilər. Eyni zamanda V. Leninin bir sıra silahdaşları da mason və ya masonik təşkilat üzvü idilər. Alman mason lojaları ilə bolşeviklərin sıx əlaqələri artıq sirr deyil. Leninin bir sıra silahdaşlarının rus soyadını qəbul etmiş etnik yəhudilər olması da hər halda təsadüf deyildi. Məsələn Trotskiy (Bronşteyn), Zinovyev (Apfelbaum), Kamenyev (Rozenfeld), Boqdanov (Silberşteyn), Larin (Lurie), Meşkovskiy (Qoldberq), Ryazanov (Qoldenbax), Martınov (Zibar), Sverdlov və.s. Bu soyad dəyişmə ənənəsi hər halda bolşeviklərə etnik alman cühudu Mordaxay Levidən (Karl Marks) miras qalmışdı.
 Stalin hakimiyyətə gəldikdən sonra Sovet Rusiyasında masonların kökünü kəsməyə başladı. Bu dövrdə bir sıra yəhudi mənşəli masonlar mühacirətə gedərək orada fəaliyyətlərini davam etdirməyə başladılar. Mühacirətdəki rus masonları haqqanda Nina Berberova “Lyudi i Loji” adlı əsərində ətraflı məlumat vermişdir.
 SSRİ-nin dağılmasından qısa müddət sonra 1991-ci ildə masonlar Rusiyadakı fəaliyyətlərini bərpa etdilər. Bu gün artıq Moskva, Peterburq, Voronej və Arxanqelskdə mason lojaları fəaliyyət göstərməkdədir.

Комментариев нет:

Отправить комментарий