Страницы

25.11.2012

Quşbeyin qızlarımız

Моя фотографияRəşad Həqiqət

Bu günlərdə avtobusla üzüyuxarı Şamaxinkaya tərəf gedirdim. İki qız mindi. 17-18 yaşlarında. Gənclik sərvətlərini lap açıqca nümayiş etdirir, az qala göbəkdən bir qarış yarım aşağı olan mini yubka geyinmişdilər. Əlbəttə, fiquraları və üzləri cazibədar idi. Çünki bu yaşında nəinki insanlar, hətta heyvanlar da qəşəng olurlar.
Fikirləşdim yəqin ki, hansı bir pijonunsa görüşünə – ağuşuna
gedirlər.

Bu vaxt 22-23 yaşında doğrudan da, xalis bir pijon avtobusa mindi. Nazik bığları onun oğlan olduğunu bildirən yeganə əlamət idi. Çiyninə tökülmüş uzun saçları vardı.
Qızların biri oturmuş, o birisi oğlanın lap yanında dayanmışdı. Oturan qız gözlərinin işarəsiylə o birinin diqqətini oğlana cəlb etdi. Yəni əla oğlandır ha! Yanında dayanmış qız həsrətlə zahirən özündən çox az fərqlənən pijona baxırdı. Oğlan isə gah telefonla danışır, gah da qızın bu baxışlarına heç bir əhəmiyyət vermədən gözlərini harasa çölə zilləyirdi. Mən xeyli təəccübləndim. Çünki o, yeniyetmə qızın bu cür nümayişkaranə çağırış dolu baxışlarına zərrə qədər də əhəmiyyət vermirdi. Bəlkə də, onun özü də «mavi» idi. Və doğrudan da o, «mavi»lərin məskəni olan Avropa mehmanxanasının yanında avtobusdan düşdü. Qız yana-yana qaldı. Görünür, oğlan ona görə ona əhəmiyyət vermirdi ki, özü də kiminsə ağuşuna tələsirdi. Bəlkə də, qız bunu bilirdi. Amma o, cinsinə xas qüdrətli bir instinktin hökmü ilə pijona doğru can atırdı və dünyada heç kimin məhəbbəti onu bu istəkdən yayındıra bilməzdi. qadın və qız quşbeyinliyi qədər məni kədərləndirən faktor hələ doğulmamışdır! Quşbeyin qızlarımız ancaq pullu, vəzifəli kişilərə üstünlük verirler! Kim olur olsun, lap "mavi" olsun, amma pulu olsun vəssalam! Amma gözəlliyi qiymətləndirən, qadının nə istədiyini cox gözəl bilən nadir kişilərimizi həyatın amansız küncünə sıxışdırırlar!

Комментариев нет:

Отправить комментарий