Страницы

29.11.2012

Restoranda xanım ərini məşuqəsiylə yaxaladı

Vasif Əlihüseyn
 
 Axşam evə gec gəldiyimdən, səhər tezdən Müşgünaz xalanın səsinə oyandım yuxudan kirayə çarpayımda.  Tez-bazar əl-üzümü yuyub restorana yollandım və uşaqları bir yerə toplayıb axşamdan qalan tör-töküntünü yer-yığış etdik.  Həmişə ki, kimi öz otağımızda səhər yeməyi yeyib, təzə  uşaqlara “Menyu”dakı yeməklərin tərkibini, necə hazırlandığını başa salarkən, “qapıçı”nın qapını açaraq, kiməsə “Xoş gəlimsiniz!” – deməsini eşitdim. Adəti üzrə mən də qapıya yaxınlaşaraq, gələn qonaqları harada yerləşdirməyi və sifarişlərini almaq üçün restoranın zalına dəvət etdim.  
Qonaqlarım iki orta yaşlı bəy və xanım idi. Onlarla ilk söhbətimdən anladım ki, onlar məhz restoranın zalında yox, xüsusi “kabina”da əyləşmək istəyirlər. İstədikləri kimi “kabina”da yer ayırıb, sifarişlərini aldım və uşaqlardan birini də yanıma alıb xidmət etməyə başladım.

Çox keçmədi “qapıçı”nın yenə, qapını açaraq “Xoş gəlmisiniz!”-deməsi mənə yenə kiminsə gəldiyini xəbər verirdi.   Bu dəfə ki qonaqlarım bir orta yaşlı xanım, iki gənc bəy və xanım bir də, üç-dörd yaşlarında balaca qız uşağı idi. Onlar restoranın zalında əyləşdilər və “Düşbərə” supu sifariş edib, sakitcə yeməyə başladılar.
Çox keçmədi ki, “Düşbərə” supuna görə həm mənə, həm də aşbaza təşəkkür edib, “hesabı” istədilər. “Hesab”ı ödədikdən sonra, qonaqları yola saldım. Keçib “kabina”da əyləşən bəy və xanımın masasına baş çəkərkən, iş yoldaşlarımdan biri az öncə yola saldığım qonaqlardan orta yaşlı xanımın restoranın küncünü-bucağını axtardığını dedi.
Mən də səsəbi halda xanımın qarşısına keçib, bu hərəkətinin səbəbini sordum. Söhbət zamanı məlum oldu ki, xanım restoranı tərk edərkən, küçədə ərinin maşının dayandığını görüb və onun restoranda olduğuna yüz faiz əmindi.  Məndən restoranda belə bir qonağın olduğunu soruşduqda, çıxılmaz vəziyyətə qaldım. Çünki, bayaqdan “kabina” da öz sevgilisiylə kabab qartışıdıran məhz onun “həyat yoldaşı” idi.
Söhbətdən uşaqlar da agah oldu. Burada, böyük bir dava-dalaşın düşəcəyindən ehtiyat edib qadının başını qatmağa başladım. Uşaqlar isə, gedib kişinin qulağına vəziyyəti pıçıldadıqdan sonra, kişinin sevgilisini başqa bir otaqda gizlədib, qarşısındakı bir nəfərlik “priboru”da yığışdırıb guya, kişinin hansısa iş adamı ilə görüşü var imiş kimi qələmə verdik. Hər şey hazır olduqdan sonra restoranın digər yerlərini də axtarmaqda israrlı olan xanıma “həyat yoldaşı” əyləşən “kabina”nı göstərdik.
Amma bu senari də heç nəyi ört-basdır edə bilmədi.  Ərinin xahsiyyətinə yaxşı bələd olan xanım, burada onu yaxşıca danladı və gizlənmək də olan sevgilisinin saçını ayağının altına qoymayınca, buradan getməyəcəyini dedi. Kişi sağ olsun, çox qeyrətli kişi idi, məni iki qadının arasında qoyub, elə aradan çıxdı ki, heç tozu da bilinmədi. Xanımla söhbətimdən məlum oldu ki, artıq 10-ildir ki, əriylə peyda olmuş sevgilisinə görə dalaşır. Gözünün yaşına hakim ola bilməyən xanımın, onunla gələn gənc oğlan onun oğlu, yanındakılar isə, gəlini və nəvəsi imiş.
Uzun bir söhbətdən sonra xanımı yola sala bildim. Otaqda gizlənən məşuqənin təhlükəsizliyini təmin etmək üçün tanış “taksi”lərdən birinə mindirib, istədiyi yerə çatdırmağını xahiş etdim.
“Taksi” sürücüsü geri qayıtdıqdan sonra məlum oldu ki, kişi sevgilisini “Ramstore” körpüsünün yanında gözləyirmiş, orada görüşüb aradan çıxıblar. On ildir mübarizə aparan xanımı isə, yenə gözü yaşlı evinə qayıdıb.

vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий