Страницы

29.11.2012

Shape of my heart...

Günel Eyvazlı

Hər günü yaşamaq...
Eynilə.
Bir stəkan çay, hamına sünii təbəssümlə günaydın demək.
Sonra kitab alıb əlinə
Dünən qatladığın yerdən davam etmək...
Oxuya-oxuya , oxumadığını və hərflərin enini, uzununu ölçmək kimi kitabdan sevmədiyin şəxs kimi ayrılmaq.
Yadına düşənə qədər unutmaq...


Hərdən evdə heç kimin olmamasından istifadə edib dəli musiqi altında atılıb-düşmək. Paltarını tərdən isladınca oynamaqdan əl çəkməyib, sonra yorğun halda yerə diz çökmək...
Əynini geyinib. Eyni küçədən, eyni ciddiyyətlə keçmək.
Payızın hirslə tökdüyü yarpaqları, hirslə xırçıldatmaq...
Ürəyində Stinqın “Shape of my heart...” mahnısını züm-zümə etməklə xiyabanları arxada qoymaq...
 ağlı topuğunda olanların, ağıllı məsləhətlərinə qulaq asmaq məcburiyyətindən hirslənib qapını çırpmaq, ya da çığırmaq istəyi ilə hər şeyi tərketmək ehtiyacını duymaq... Sonra adamlardan ayıbdı deyib, dinləməyə davam etmək.

Ürəyinin dərinliyində olan acını bir şüşə araqla sakitləşdirmək istəyi hərdən adamı yaxalıyır. Sərxoş olmaq cəmiyyətdən. Sonra eldən ayıbdı demək...

Gecə yerinə uzanarkən Kəlməyi Şəhadət əvəzinə, günlərin bir günü həyatı Borxes kimi hiss etmək.

 “Mən necə əbədi olduğumu və həmişəlik olmadığımı hiss edirəm”...

Sonra Kəlməyi Şəhadətini oxumaq, birdən sabah oyanmazsan...

O dünyaya rahat uçmaq. Shape of my heart... Shape of my heart...

Комментариев нет:

Отправить комментарий