Страницы

30.11.2012

Şəlalə Cavanşir - Qadın və feminizm


Latinca qadın anlamına gələn “femine” sözcüyündən törədilən femenizm fransizcaya 1837-ci ildən sonra (feme –qadın sözcüyündən törədilərək ) inglizcəyə isə, 1890-larda womanism (qadıncılıq) ismini alaraq  girmişdir .
Qadın haqları 1960-lı   illərdən sonra sıxca duyulan bir qavram olmuşdu. Bu qavramın içəriyinin doldurulmasında femenistlər etkili olmuşlar. Femenist hərəkəti tarixi  açıdan Birinci Dünya Savaşi öncəsi və 1968-ci il sonrası olmaq üzərə iki dönəmə ayrılmaqdadır .

Bu devinim (hərəkət) ilə bir çox qadın bir araya gəlmiş, daha önəmlisi qadin- kişi eşitsizliyinə qarşı bir işlərin görülməsi lazım bilmişlər. Bu qonuda duyarsız  olan bir çox qadına onun haqlarının nələr olduğunu anlatmağa çalışmışlar. Feminizm 1968-ci  il sonrasında daha geniş bir kütləyə  yayılma meyli göstərmişdir .
Günümüzdə feminizm devinimi bəzi vurğu fərqliliklər ilə  dəyişik ölkələrdə çeşidli qadın qrupları tərəfindən özümsənməkdədir.
Avropada ilk feminist sosyoloq Fredrich Engels olmuşdur( 1878). O, qadının tarixdəki rolunu belə anlatmış: Toplumun iqtisadi etkinliklərinin (fəaliyyətlərinin) təməli ovçuluq oluşdurduğu zaman kişilər ovlayıcı və qadınlar toplayıcı işlə uğraşmışlar. Ancaq daha sonra tarımın qadınlar tərəfindən bulunması ilə birlikdə və xışın qullanımı ilə eş zamanda kişilərin fiziki gücləri öz etkisini göstərməyə başlamışdır. Heyvanciliğin gəlişməsi tarim ekonomik qaynaqlarla birləşərək başqa tarixi və toplumsal qoşullar olmuşdurmağa başlamışdı. Doğa ilə qarşılaşaraq ürətim yapmaq zorunda qalan insanoğlunun daha çox fiziki gücə ehtitacı ortaya çıxmışdır. Doğanın aşırı sərtliklərinə əhliləşdirəcək fiziki gücə olan ehtiyac qadının toplumdakı toplumsal pozisionunu arxa plana edərək, kişilərin rolunu önə çıxarmışdı.
Qadınların yeyəcək ürətimindəki rollarının azalması onların toplumsal statusların azalmasına nədən olmuşdur. Zaman axışı içində qadın kişilərin özəl mülkiyətlərinin bir parçası olmağa başlamışdı. Neolitik (yeni daş devri) dönəmin başlanqıcında böyük bir gəlişmə olaraq tarım kəşf edilmişdi. Bu dönəm sonlarına doğru qadınlar açısından şansız  sonuçlar ortaya çıxmmağa başlamışdı.
Feminist hərəkətinin birinci amacı  qadın kişi  eşitsizliyinə son vermək olmuşdur. Feministlər seçib-seçilmə haqqını əldə etmək istəyirdilər. Bir çox ölkə 20-ci yüzilin ilk yarısında, özəlliklə Birinci Dünya Savaşının sonlarına doğru qadınlara səsvermə  haqqı tanıdı. Bu ölkələrin içərisində Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azerbaycan Demokratik Xalq Cümhuriyəti də yer alırdı.
Dünyaya sürətlə  yayılan feminizm dalğası bütün ölkələri etkilədiyi kimi, İslam ölkələrində  də etkilərini göstərmişdi. Islamci feministlərə görə İslam dini ataərkil (kişimərkəzli) zehniyətlə çevrələnən erkəklər tərəfindən əsir alınmışdır.
Islami yöntəmləri qullanan Fatimə Mernisinin çalismaları bu doğrultuda çox önəm daşımaqdadır. Bu qadın yazarın çalışmalarında klasik İslami yöntəmlərlə çağdaş metodların bir araya gətirildiyi görülməkdədir.
Qadınlar ailənin namusu olaraq  görünürler. Qadınların hərəkət sahələri kişilərdən daha dardı . Çünkü yaxın əqrabalar və qonşular xaricindəki ilişkilərin onların namusuna zərər verə biləcəyi düşünülür. Bu nədənlə də qadınların toplumsal fəaliyətlərdə bulunmaları sınırlanır. Bütün bu əngəllər qadının intelektual imkanlarının gəlişməsini önləmişdir, önləməkdədir.

İran, Ərdəbil

Комментариев нет:

Отправить комментарий