Страницы

24.11.2012

Şəlalə Cavanşir - Sarmaşdı saçlarım sən gedən yola


Hava ağlar gülər
Günəşin saçı pırtlaşıq düşüb rüzgar əlində
Şəhər bütün sirləri cinayətləri gizlədib buxcasında
Qadınların tozlu aynasında anılar sevgilər axır
Acı bir irmaq kimi


***
Söyləmişdin
Şəhərimizə qar yağan zaman
Bir qucaq sevgiylə gələcəksən
Şeytanlarla döyüşüb
Qaranlq şəhərimizi ışiqlandiracaqsan
Gəlmədin
Şəhərimiz ışiqlanmadi
Şeytan üzlü insanlar
Güldü bizə
Və hər gecədəhşətli
Gülüçlərin səsi duyuldu
Gəlmədin
Sarmaşdı saçlarım sən gedən yola

***
Şəhərdə məscidlərdən əzan səsi ucalir
Odama sığınıb tanrini düşünürəm 
Yarpaqlarin yaşilliğina baxa -baxa 
Və sən düşüncələrimə giirsən xəbərsiz 
Elə xəbərsiz ki , heç bilmirəm nə vaxt gəlirsən .

Комментариев нет:

Отправить комментарий