Страницы

24.11.2012

Nizami Məmmədov: “Düzlükdən böyük biclik yoxdur!”

Nizami Məmmədov “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Məmmədov Nizami Sərdar oğlu.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Nizami müəllim.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
-
İctimai problemlərə biganə qala bilməyən.

- Dost…
- Onlarsız olurmu?..

- İlk sevginiz?
-
Mənim bir sevgim olub.


- Əsas ixtisasınız?
-
İnşaatçı mühəndis.

- İstifadə etdiyiniz nəqliyyat növü?
-
Taksi.

- Sevdiyiniz maşın markası?
- Nissan Teana.

- Sevdiyiniz brend?
-
Əlahiddə sevdiyim elə bir şey yoxdur.

- Sevdiyiniz saç düzümü?
- Qısa.

- Sevdiyiniz rəng?
-
Bəyaz.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- İran, Ərdəbil.

- Sevdiyiniz yemək?
-
Ağ balığın kababı.

- Ən çox istifadə etdiyiniz söz?
-
Mahiyyət.

- Leksikologiyanıza yad olan söz?
-
İnanmıram.

- Sizi nə həyacanlandıra bilər?
-
Doğmalarımın qəfil zəngləri.

- Ən çox sevdiyiniz kitab?
- “Kəmalüddövlə məktubları”.

- Ən çox sevdiyiniz yazar?
- Mirzə Fətəli Axundov.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Əlibaba Məmmədov.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
-
Lirik.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
-
İntuisiya.

- Mənfi xüsusiyyətiniz?
- Var.

- İdeal insan necə olmalıdır?
- Stalin kimi, Mir Cəfər Bağırov kimi
.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Əlbəttə ki yox.

- Sizi özünüzdən nə çıxarda bilər?
-
Bəzi insanların riyakarlığı.

- Həyat fəlsəfənizi ifadə edin.
-
Düzlükdən böyük biclik yoxdur!

- Siz xoşbəxtsinizmi?
-
Tanıdığınız tam xoşbəxt vardırmı?

- Bədbəxtliyin xüsusi düsturu varmı?
-
Düsturu olduğunu bilmirəm, ancaq əlamətlərini qeyd edə bilərəm.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
-
Yalnız özümə güvənməli idim.

- Ölüm niyə ölmür?
-
İbrət götürmək üçün.

- Dinlərə münasibətiniz?
-
Normal.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
-
Saxta insanlardan.

- Falçıya inanırsızmı?
-
Qoroskoplara inanıram.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
-
Heç biri.

- Sevinciniz nə qədərdir?
-
Bəs edir.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
-
Səmimiliyinə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
-
Lazımi qədər.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
-
Çay içməyi xoşlayıram, əsasən də hind.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Gülməyi.

- Mənə sualınız.
-
Növbəti müsahibiniz kim olacaq?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий