Страницы

29.11.2012

SƏNSİZ NƏ EDƏCƏM

Şirinxanım Kərimbəyli Şadiman

Könül Səidə


Gözlərim kədərdən boylanıb baxır,
Canın dövrəsinə haylanıb baxır,
Anım əzabıma vaylanıb baxır,
Sənsiz ötməyəcək çən bu şəhərdə,
Sənsiz nə edəcəm mən bu şəhərdə?

Ötən günlərimi soraqlayacam,
Xatirə dəftərin varaqlayacam,
Hicran tellərini daraqlayacam,
Boğulub qalacaq canııım qəhərdə,
Sənsiz nə edəcəm mən bu şəhərdə?


Kirpriklər döyəcək baxışlarımı,
Bəbəklər doğacaq yağışlarımı,
Ağrın qoparacaq sərt qışlarımı,
Könlümün qədəhi daşar zəhərdə,
Sənsiz nə edəcəm mən bu şəhərdə?

Bilirsən ayrılıq əzabdır cana,
Ağlım dilənçidir hiss-həyəcana,
Qıyıb səbəb olma bunca hicrana,
Asılıb qalacaq ruhum səhərdə,
Sənsiz nə edəcəm mən bu şəhərdə?

Hönkürüb ağlayar getsən küçələr,
Qara örtüyündən çıxmaz gecələr,
Qəlbim haray salar, anım incələr,
Daşacaq həsrətin bağı bəhərdə,
Sənsiz nə edəcəm mən bu şəhərdə?
Sənsiz nə edəcəm mən bu şəhərdə?

Комментариев нет:

Отправить комментарий