Страницы

28.12.2012

ABŞ 7 il ərzində Pakistanda 3327 nəfəri qətlə yetirib

ABŞ Pakistanda 2010-cu ildə 46, 2011-ci ildə 122 və 2012-ci ildə isə 72 hava hücumu həyata keçirib

FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ ordusuna məxsus pilotsuz təyyarələr Pakistan ərazisinə son üç ildə 240 hücum təşkil edib. Bu barədə "The New American Foundation" (Yeni Amerika Vəqfi) adlı təşkilat hesabat yayımlayıb. Hesabata görə, ABŞ Pakistanda 2010-cu ildə 46, 2011-ci ildə 122 və 2012-ci ildə isə 72 hava hücumu həyata keçirib.
Qeyd edək ki, Pentaqonun pilotsuz təyyarələri Pakistan ərazisində 2004-cu ildən bu günə qədər bombardman zamanı 3327 nəfəri qətlə yetirib. Pilotsuz təyyarələr əsasən Əfqanıstanla sərhəddə yerləşən şimal və cənubi Vəziristan əyalətinə avia zərbələr endirib.

Комментариев нет:

Отправить комментарий