Страницы

28.12.2012

Müsəlman həkimlər Amerikanın tibbi sığortası olmayan vətəndaşlarını müalicə edir


Sent Luis Universitetinin tibb professoru Bahar Bəstani: «Bizim bu şimal şəhərini seçməyimizin səbəbi əhalinin yarıdan çoxunun işsiz və tibbi sığortasız olmasıdır»

FaktXeber.com-un verdiyi məlumata görə, Amerikanın Sent Luis şəhərində müsəlman həkimlər tibbi sığortası olmayan şəxslərə kömək etmək üçün pulsuz tibbi  kabinet açıb.
«Bizim bu şimal şəhərini seçməyimizin səbəbi əhalinin yarıdan çoxunun işsiz və tibbi sığortasız olmasıdır», - deyə  Dur-ul-Zəhra məscidinin rəhbəri və Sent Luis Universitetinin tibb professoru  Bahar Bəstani bildirib.

Bir sıra müsəlman həkimlər ABŞ səhiyyə nazirliyinin səbatsızlığı nəticəsində tibbi sığortasız qalan az imkanlı vətəndaşlara yardım etmək üçün öz aralarında razılığa gəliblər. Onlar  Sent Luisin şimalında metodist kilsənin  pastoru  Ceym Morisə öz ideyalırını bölüşdükdən sonra, o, məbədin həyətindən şənbə günləri tibbi kabinet kimi istifadəsinə razılıq verir. Qeyd edək ki, pulsuz tibbi mərkəzin açılışı barədə  ilkin rəylər şübhə ilə qarşılanmışdı. «Hər kəs soruşurdu ki, burda nə kələk var», - deyə pastor bildirir. Artıq hər şey dəyişilib: şənbə günləri  14 müsəlman terapevt pasiyetləri qəbul edərək, onların müayiən edir, sadə rengen, ultrasəs və laborator tədqiqatlar aparırlar.

Комментариев нет:

Отправить комментарий