Страницы

31.12.2012

Gey-parada etirazda dava düşdü


Yürüş iştrakçıları üzərində «Mən qeyəm», «Mən qey dostumu sevirəm» şüarları yazılan plakatlarla çıxış ediblər

Gürcüstanın paytaxtı Tiflisdə Beynəlxalq Homofobiya və Transfobiya günündə bir qrup qey yürüş etməyə cəhd edərkən yürüşə qarşı olan insanların etirazları ilə qarşılaşıblar. Rustaveli prospektində başlayan yürüşə 50-yə yaxın qey qatılıb. Yürüş iştrakçıları üzərində «Mən qeyəm», «Mən qey dostumu sevirəm» şüarları yazılan plakatlarla çıxış ediblər. 1 kilometr davam edən yürüşdə Ortodoks Valideynləri Birliyinin mühafizəkar üzvləri qeylərin qarşısını kəsiblər.

Bir qədər mübahisədən sonra tərəflər əlbəyaxa dava etməyə başlayıblar. Qarşıdurma polisin müdaxiləsi ilə sona çatıb. Məlumata görə, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Lakin polis yürüşü əngəlləyən 3 nəfəri saxlayıb. Yürüşə qarşı çıxan fəallardan biri David İsakadze yürüşün əxlaq pozqunluğuna təhrik edən təbliğat olduğunu qeyd edib.
«Bizim küçələrdə onlarla azyaşlı uşaqlarımız var. Belə yürüşlər onların maraqlarına səbəb olur və əxlaqsız yola cəlb olunurlar. Bu qəbul edilməzdir. Biz bunun qarşısını almalıyıq», — deyə İsakadze fikirini ifadə edib.
Onu da qeyd edək ki, bu Gürcüstanda ilk qey-parad kimi tarixə düşüb.

Комментариев нет:

Отправить комментарий