Страницы

28.12.2012

Hörümçək torunda yellənən ev

Günay Ümid

Bu ev
dünənə bir addım uzaq,
Sabaha bir addım yaxın...

Bilirsənmi?
Evlər də yetimləşir
ondan gediləndə...
Qərib olur tərk ediləndə.

Çəkilmiş pərdələrin
Arxasından boylanan tənhalıq,
Hər gün bir az daha çox
sıxır evin ürəyini...
Neçə vaxtdır bir əl də yox,
İsidə qapı dəstəyinin kürəyini.


Qopmuş divar kağizlarinda
Küləyə qoşulub dillənir ev...
Xatirələr də döşəmədən
Yığışdırıb addımlarını.
Hörümçək torunda yellənir ev...

 yaşama bir addım uzaq,
Ölümə bir addım yaxın.
Toz-torpaq örtüb
Əşyaların üz-gözünü.
Xarabalığında basdırıb özünü...

Bu ev dağılıb...
Yapışmaq istəyir
küçələrin dizindən,
köçüb getmək istəyir özündən...

Комментариев нет:

Отправить комментарий