Страницы

28.12.2012

"Şah İsmayıl Azərbaycanın tarixi şəxsiyyətidir"

İlkin Hüseynli

Millətvəkili Fazil Mustafa ANS telekanalında Şah İsmayıl  və Şiələr əleyhinə çıxış etdi.
Əvvəlcə bildirmək istəyirəm ki,  Fazil Mustafa şiə-sünni məsələsini tez-tez gündəmə gətirməklə təfriqə salır.
Bu kimi çıxışlarla özünü islamı sevən bir şəxs kimi göstərən millətvəkili şiə-sünni məsələsini qabartmaqla islama ən böyük zərbəni vurur. Dünən axşam Şah İsmayıl və şiələr əleyhinə etdiyi çıxış bunun sübutudur.
Əsasəndə Fazil Mustafanın  “Şah İsmayılın Azərbaycan xalqına ağlaşma, zəncir vurma, səhabələrə lənət göndərmək kimi adətləri gətirib” deməsi məni çox narahat etdi.
Bu səbəblədə Şah İsmayıl Xətai haqqında qısaca araşdırma aparıb sizlərə təqdim etmək istədim :

"Şаh İsmаyıl оlduqcа zirәk vә iti düşüncәyә mаlik оlаn bir cаvаn idi. Yаşının аz оlmаsınа bахmаyаrаq, uzun müddәt qızılbаşlаrı öz әtrаfınа tоplаyır vә bеlәliklә, Sәfәvi dövlәtini tәsis еdir. Hаkimiyyәt dövründә gördüyü әn böyük işlәrdәn biri dә böyüklü-kiçikli sülаlәlәrin fәаliyyәtini dаyаndırıb ölkә әrаzisindә vаhid quruluş yаrаtmаq, bаşlıcаsı isә mükәmmәl siyаsi tәfәkkür-tәrzinin әsаsını qоymаq оlmuşdur.
Şah İsmayılın xalqın rəğbətini qazanmasına əsas səbəblərdən biri də, onun vergi siyasəti idi ki, öncəki hökmdarların saysız-hesabsız vergilərinin sayı xeyli azaldılmışdı.
Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə ediblər.
Osmanlı dövlətinin yaratdığı Şah İsmayıl barədə yanlış təsəvvürlərdən biri onun sünnü məzhəbinə qarşı nifrətindən doğan Osmanlı dövləti ilə düşmənçiliyidir. Hərçənd ki, şah nə məzhəbi ayrı-seçkilik salmış, nə də Osmanlıya qarşı kin-küdürət bəsləmişdir. Bütün bu ittihamların kökündə Sultan Səlimin Səfəvilərə qarşı apardığı əks təbliğat dururdu.
Maraqlı məqamdır ki, Səfəvilər dövrünün alimlərindən biri fətva vermişdi ki, cümə günləri məsciddə xəlifələrə lənət oxunsun. O, hicri 917-ci (miladi 1511-ci) ildə bu barədə risalə yazaraq Şah İsmayıl Xətaiyə təqdim edir, amma şahın razılığını ala bilmir. Tarixçilər qeyd edirlər ki, Şah İsmayıl Osmanlı sultanı II Bəyazidə hörmət olaraq “ata” deyə müraciət edərmiş. Hətta, şahzadə Səlim (gələcək Sultan Səlim Yavuz) Trabzon valisi olduğu dönəmdə Səfəvi ərazilərini işğal etdiyi zaman sultan II Bəyazid oğluna məktub yazaraq Şah İsmayılın ərazilərini geri qaytarmağı tapşırmışdı.
Bunuda qeyd edim ki, şah tarixdə ilk dəfə türk dilinə rəsmi status vermişdi. Onun sarayında fars dili ilə yanaşı türk dilində də danışırdılar. Maraqlı faktdır ki, Şah İsmayılın qatı tənqidçilərindən olan İskəndər Pala özünün “Şah və Sultan” əsərində etiraf edir ki, sultan Səlim Şah İsmayılla farsca danışdığı zaman o, Sultana türkcə cavab verirdi.
Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “... Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)... Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şer söyləməyə də mail idi”.
Təsadüfi deyil ki, dahi Füzuli Şah İsmayılı “öz zəmanəsinin padişahı” adlandırırdı. Füzuli yaradıcılığı dövrünün böyük hissəsi Kərbəlanın Səfəvi hakimiyyəti altında olduğu zamana təsadüf edir. Böyük alim və şair Məhəmməd Füzuli öz alleqorik “Bəngü Badə” poemasını də (“Şərab və Tiryək”) Şah İsmayıla ithaf edib."

xebername.org

Комментариев нет:

Отправить комментарий