Страницы

01.12.2012

İbrahim Sel - Qəza günü

"Tələbkar tələbə" dəftərindən -3

Heç yadımdan çıxmaz
Həmin dumanlı gündə
Axundov kitabxanasına gedirdim
Hövsandan
cib də bir qəpik pul yox
şoferə 28-də düşəndə
nə quraşdırıb deyəcəyimi fikirləşirdim
“Vay, bağışla, şofer
pul yadımdan çıxıb
pencəyimin cibində qalıb”
Bəlkə başqa cür quraşdırım
əsas fakt odur ki
bazar dolu ciblər boş
Nəsə

saldım bakı-ceyhan borusuna
əyri-üyrü diferensial tənliklər
axundovda yazacağım
diplom işinin mövzusundan çox
şoferə verəcəyim pulun dərdi
məşğul edirdi məni
şoferlər ponyatkalı olurlar
atam balası
əsasən bakı kəndlərində
qeydiyyatdadırlar
hərdən də qaçqın olurlar
heç onlar da pis deyil
Artıq bir neçə dəfə
sınaqdan keçirmişəm
Ancaq keçən dəfə pulsuz gedəndə
biri zor dedi: “lap yaxşı”
mənim özümü də gülmək tutdu
olmayan pencəyimin cibləri
bakı-ceyhan borusu tək
dərin göründü mənə
Nəsə
vurub çıxıb böldüyüm yerdə
deyəsən ikinci dayanacaqda
sanki tormozlanma getdi beynimdə
Mikroavtobusa
bomba bir şey mindi
saçları cenifer lopesin saçları tək
buruq-buruq
anna maria amore mia!
dilləndi instrument
dayanmazmı urəyim
durmazmı ya
Elə bir jestlə durub ki
sanki bu saat durub
ona yer verəcəyəm
sanki laklanmış dırnaqları
mənim oturduğum yerin biletiydi
bomba dizləri var
gözlərinə baxıb
təyin etmək çətin deyil
süni şəkildə qabardılmış
büstqalter
süni kiprik və parik
gözünün üstünə çəkdiyi
eskizlər bir başqa aləm
sifətində də yarım sant
israilin bayram kremi
Adətən belə süni əldəqayırmalar
şikayətlənirlər ki,
“Artıq həqiqi kişilər yoxdur”
Hə, gözəl xanım
onu da ora əlavə et ki
indi heç onlarda
mədəniyyət də qalmayıb
Çünki yerimi sənə verən deyiləm
sənin nə kefinə
səhərdən axşamadək
anadangəlmə yarığınla
pul qazanırsan
Mənsə səhərdən axşamadək
acqarına ayaq üstə
diplom işi yazıram
Mənə elə baxma, gözəl
Son zamanlar Bakıda qala-qala
peyğəmbərlik gəlib mənə
qürur hissi duyuram
üzə baxan kimi
maska olub olmadığını anlayıram
əvvəl bu başıma girmirdi
hamısı birdi mənə əvvəl
Bizə alqoritmin mistik açılışından
dərs deyən Aydın Sultanovun
mühazirələrindəndir yəqin
adamın sifətinə baxan kimi
qəhbə olub-olmadığını o saat tuturam
“Ey xalqım, mənə inan
bu qəhbələr səni ölümə aparacaqlar”
hayqırmaq istəyirəm
başqa peyğəmbərlər tək
Ancaq nə fayda
öz peyğəmbərinə inam gətirmək
bu azərbaycanlılar üçün olduqca çətindir
Axı o necə qəbul edə bilər ki
başqa azərbaycanlı ilahi olsun?
Hər xalq müdrikləri sevdi
bizim xalqsa müdrikcəsinə
maskanı bişirənləri
bu da bir başqa fakt
bir başqa vaxt yaz ora dəftərə
Odur ki istedad
məhv olub gedir, qaqaş
bu da olsun biri, atam balası
minlərlə dahi olur
ya tanıyanı olmur
ya daydayısı
ya da yerliləri
vaxtında hakimiyyətə gələ bilmir
Düz demirəmmi, gözəl maska?
Bəs sən hansı rayondansan?
Bağışla
özün bilirsən biz
bu sualsız yaşaya bilmirik
bu da bir tale yazısı
qaradərili olsaydım əgər
durub keçərdim arxana
yerimi verərdim sənə
Lap Amerikada olduğu kimi
Ancaq yaxşı ki biz
Amerikada-zadda deyilik
və rejim aparteida yaşamırıq səninlə
odur ki yerimi sənə verməyəcəyəm
niyə bizdə bütün maskalar
qaradəriliyə meyllidirlər?
müstəqil olandan bəri
bu suallar məni mazg edir
Deyirlər ki bakıda 60-cı ilərdə
maskanı ələ alanlar ruslar imiş
70-ci illərdə isə maskayla kayf edənlər
ermənilər imiş
səksənlərdə maskanı bişirmək üçün
yəhudi olmaq lazımmış
indilərdəsə
qaradərili olmağın kifayətdir
bəs edir
enə-enə gəlirik
bəs bizə nə zaman növbə çatacaq
bilmək olarmı?
Biz aborigenlər
hələ də yaşayırıq sevgi xətrinə
tərcuman tapmırıq tanrı xəttinə
Arzumuz uzundur, imkanımız dayaz
bəxtimiz zəncidir, atamız bəyaz
ömür bir qumardı, bizsə qumarbaz
tale əlimizdə kartdı bizimçün
sanki hansısa gözəgörünməz qüvvə
inanginən mənə
qarri kasparov olub
bizimlə şahmat oynayır
sübut etmək istəyir ki
biz bu oyunun adi peşkaları
uşaq oyuncaqlarıyıq
Deyirəm bəlkə allah boyayanda
dünyanı qara
boya bankasından bəxtimizə
tökülüb qara?
Ey öndəki şofer
maşını yavaş sür sən orda
kartoşka-zad aparmırsan
Yox
yerimi verməyəcəyəm, qada
qoy qaradərili abrikos
minsin yer versin sənə
Yaxşı bəsdir zəncinin qarasına
o ki var deyindik
gücümüz yalnız gücsüzlüyümüzü
sübut etməyə çatar
Yoxlama Allah
bizim qarışıq mallar mağazasından
baş aça bilmədi ki bilmədi
Qəflət yuxusu çin olamaz
olamaz əmioğlu olamaz
Eh şair deyir ki
dünyanı başını burax,
qayıt reallıqlara
mənsə deyirəm
dünyanın başına burax
onsuz da düzəlməyəcək
babalar da yaxşı deyib
əgər mikroavtobusda
maskaya oturmaqçün yer vermirsənsə,
onu bişirmək fikrindən vaz keç
Ey şofer sən də asta sür maşını
bu tısbağa kimi dar iuda qazelində
ölmək istəmirəm, şofer
cənnətə getmək mənə hələ tezdir, bil
Axı nə var orda?
Axı dəqiq deyə bilərəm ki,
orda evlənmirlər və pivə vermirlər
Mənsə evlənmək və
çoxluca pivə içmək istəyirəm
Yanır ciyərimin başı
bir də siqaret istəyirəm
Sən də açıl başımdan
ay inəkgözlü maska
Get yıxıl ekzotik abrikoslarının altına
dollara transfer et sevgini
Sayğac qoş qaradəriliyə
sən öz çılpaqlığınla
Hoppan, qoy qaranlıqlar don biçsin
yarasa uçuşlarına
kalva qazan kalva
qalan hamısı boş şeydi
Ürəkli ol, qorxma allah keçər günahından
onun peşəsi elə budu
təki vətən basılmasın, valyuta gəlsin
Mənəsə səndən heç bir şey lazım deyil,
inan mənə
olsa-olsa bircə gilə siqaret
əgər varsa
bircə bu 28-ə tez çatsaydıq, ilahi
gözəl maska,
mənim dekorativ çiçəyim
Hə, demək harda qaldıq
Nə cür oldu
Allah birinci qadını yaratdı
sonra kişini
sonra kişiyə yazığı gəldi
ona siqaret verdi
Ah, yenə də bu siqaret
çıxmır beynimdən zəhrimar
soydu məni
günə bir paçka
bir aya vurur kəllə-çarxa
yol pulunu da verə bilmirsən
deyirdi atam deyirdi
çəkmə, ay zibil balam, düşəcəksən zibilə
Yox, gözəl maska, belə getməz
yerimi sənə verə bilməyəcəyəm,
incimə
gözünü də elə süzdürmə
bəlkə sən elə bilirsən ki
mən də kimi gördü
gəl gedək qonağım ol kişilərdənəm
Nəzərinə çatdırım ki heç də yox
tamam da yox
qoy bir az fikirləşim…
hə hə yox
nə qədər yaxırsan yax
yox ki yox
Get özünü neqrə cala
balanızın adı olsun neqroid
vətənoğlu
toyunuzda lap belə oxusun alqayıt
Mənə nə dəxli
yerimi sənə verməyəcəyəm
Heç problem də deyil, gözəl maska
o qədər adama yer vermişəm ki
di gəl ki yorulmuşam artıq!
Başa düşürsən?
Ah sevgili Saram
bütün bunları sənə danışanda
necə də güləcəksən
Nə bilim,
bəlkə də inanmayacaqsan
bəlkə də əsəbləşəcəksən
Fakt odur ki mən
bu dombagöz maskanın
gözlərinə aldanıb
ona yer vermədim vallah
əhdimə sadiq qaldım
Eh azərbaycanlı maska
sən nə qanırsan ki, həyat nədir
Həyat sən deyilsən
həyat altında inildəyən
ari qadınıdır
ari qadınlarını
yer mələkləri adlandırardım
mələklərin özlərini göylərin
ari qadınları sanıram
Sənəsə, azəri qız
maska olmağı arzulamıram
bu sənə heç yaraşmır
qaraçıya daha çox oxşayırsan
bu qiyafənlə
Başa düşürəm
səadətə tərəf iz axtarırsan
maskanı salırsan üz axtarırsan
Ancaq bilməlisən ki
bizdə adamlardan gərək seçilməyəsən
gedənin ağlına
geridə qalanın adına
söz çıxardırlar burda
Bəs qızın hardadır
o gözəl qızcığazın
Kimin əlinə vermisən
ümidinə qoymusan körpəni
doğma balanı
İndi yəqin o bağırır
Ana, kəndinə gəl
yanımıza qayıt
sir-sifətini düzəlt gəl
hə hə
Hardan bildim?
Ola bilər
Çünki mən bilirəm
sənin kimi temperamentli xalaşkaların
qızları olur həmişə
Bu mənə Sara deyib
mənim sevgili Saram
sevimli kamasutra müəlliməm
Eh cühud qızı Sara
Alı kişi demişkən
al da geysən yaraşır
şal da sənə
Səni adam görəndə çaşır, Sara
ürəyi yüz qırx döyünür
cənnətə belə sənsiz
getmək istəməzdim
lap cəhənnəmə də razıyam
təki sən ol yanımda
Yenə yadıma düşdün, qancıq
Hər şey gözəl idi
Bircə oxuduğun kitabın
birinci səhifəsində yazdığın
İzrail- eto prinç
sözləri qanımı qaraltmışdı
zövqlə saldığın yataq
Moiseyin keçdiyi susuz səhradakı
ilğım tək görünmüşdü mənə
Qalan hər şey gözəldi
Yatdığımız divan kimi
Halaldı səni doğan anaya
özzüm ölüm deyirəm
Elə bu dəm
dum dara-daram
desəm inanmasınız
təsəvvür etməzsiniz də
qəza baş verdi
maşınlar toqquşdu
heç inanmasınız da
iki 175 marşrut qazeli
baş-başa gəldi
hər şey bir anda oldu
biri boş işə gedirdi
biz minən dolu isə şəhərə cumurdu
sonra qəzetlər yazacaqlar
dumana düşdü
boş gedib dərəyə tullandı
bizim maşında isə şofer cərcənək oldu
bir arvadın qıçı sındı
yanımdakı alkaşınsa
bilinmədi harası
qabaqda bir cavan oğlanın
deyəsən xayası
Maskaya heç nə olmadı
ona görə ki sərxoş idi
mən isə həmişə olduğu kimi
şalvarımı islatdım
qorxudan
Ancaq otuz qəpik
irəli düşdük
ödəmədik bilet pulunu
olmayan büdcəmizdən
Bu da Azərbaycanda
olmayan həyatın
qiyməti…

Комментариев нет:

Отправить комментарий