Страницы

29.12.2012

İsrail səfirliyi QHT-lərə İran əleyhinə kampaniya üçün pul ayırır

İsrail Azərbaycandakı səfirliyi bir sıra qeyri-hökumət təşkilatına qrant verir. Bu haqda qəzetimizə daxil olan məlumatda qeyd edilir ki, İsrailin ölkəmizdəki səfirliyi 2012-ci ildə yerli QHT-lərin bəzilərinə müəyyən məbləğdə qrant ayırıb.
Mənbə iddia edib ki, sözügedən səfirliyin ayırdığı qrant layihələri içərisində qonşu İrana qarşı ictimai kampaniyanın aparılmasına dair layihə də var. Ancaq səfirlik bu layihəni mümkün qədər gizli saxlayır. Layihənin məqsədi Azərbaycanda onsuz da böyük nüfuzu olmayan İranın nüfuzdan salınması, bu ölkənin bəd niyyətlərini ictimailəşdirməkdən ibarətdir.
Mənbə onu da bildirib ki, bu məqsədlə səfirlik bir milyon dollardan artıq maliyyə ayırmaq niyyətində olub. Ancaq son anda bu proses saxlanılıb. Səbəb isə bu məsələdə rəsmi Bakı ilə razılaşmanın əldə edilə bilməməsi olub.
Qeyd edək ki, hazırda Azərbaycanla İran arasında münasibətlər normaldır. İki ölkə arasında münasibətlərdə müxtəlif dövrlərdə anlaşılmazlıqlar yaransa da, sonradan tərəflər problemləri yoluna qoyublar.

Ancaq son illər İsraillə İran arasında münasibətlər daha da kəskinləşib. İki dövlət bir-birini müxtəlif məsələlərə görə ittiham edir. Belə bir vəziyyətdə İsrail səfirliyinin anti-İran kampaniyasına maliyyə ayırması təbii görünür.
Bu xəbəri dəqiqləşdirmək məqsədilə İsrailin ölkəmizdəki səfirliyi ilə əlaqə saxlamağa çalışdıq. Amma obyektiv səbəblərdən səfirliyin mövqeyini əldə edə bilmədik. Bununla belə, səfirliyin mövqeyini çap etməyə hazırıq.

teleqraf.com

Комментариев нет:

Отправить комментарий