Страницы

25.12.2012

Mən Məhəmmədşah qızı, bir şirvanlı sonasıyam


Aida Eyvazova

Cismi canının deyil, mən ruhunun aşıqiyəm,
Daim “ənəlhəqq” söyləyən, ol sufinin aşıqiyəm.

Həqq deyib, dönmədi həqdən, eldən didərgin etdilər,
Özü getdi, izi qaldı, sözünün aşiqiyəm.

Yandırıb yaxdı sözüylə, düşmənə bac vermədi,
Öylə bir kəhkəşandır ki, ruhunun aşiqiyəm.

Eşq əzabından yazdı, sevənlər yandı halinə,
O ruhu göylərdə pərvaz şairin aşiqiyəm!


Vətənin havasını, suyunu bir kövsər bilən,
Dili kuyində yanan ol aşıqın aşiqiyəm.

Vətənə həsrət qalan, ey gözləri giryan babam,
Xoş xəbər, yol gözləyən gözlərinin aşiqiyəm.

Padşaha baş əymədi, əydi padsahın sərin,
Sözü aşkar söyləyən ol zahirin aşiqiyəm!

Mən Məhəmmədşah qızı, bir şirvanlı sonasıyam,
Şirvana asiq olan aşiqlərin aşiqiyəm!

Комментариев нет:

Отправить комментарий