Страницы

25.12.2012

Sağlam cəmiyyət

Ceyhun FikretCeyhun Fikrət

Qəribədi  insanların bir-birinə yadlaşdığı bir vaxtda,hətta qohumlarında bir-birinə yad olması o deməkdir ki,cəmiyyət getdikcə tənəzzülə uğrayır. Tənəzzülə uğrayan cəmiyyətdə isə sağlam ailələrin mövcud olmasi  qeyri  mümkündü. Qohumların yadlaşması və yaxud qonşuların  bir-birilərini tanımaması cəmiyyətdə olan hadisələrin ailələrə pis təsir etməsindən irəli gəlir. Cəmiyyətdə olan fərdlərin bir-birilərinə qarşi soyuq münasibət bəsləməsi,çox vaxt keçmişdə olan ədavətlərlə və yaxud paxıllıq,həsəd, kin-küdürətdən irəli gəlir.Burda yoxsulluq və yaxud zenginlikdə böyük rol oynayır. Məsələn; Bəzən bir qohumun zəngin,digər bir qohumun yoxsul olması ədavətə yol açan mənbələrdən sayıla bilər. Buda yenə nəfsi istəklərin məcradan çıxmasına səbəb olur. Nəfsi istəklər nəticəsində fərdlər getdikcə yadlaşır,isti münasibətlər soyuq münasibətlərə çevrilir.  Deməli bir cəmiyyətdə qonşu-qonşunu, qohum-qohumu saymadığı halda və insanların yadlaşması, biganəlik hallarının çoxalması göstərir ki, artıq cəmiyyət  tənəzzülə uğrayıb.
Yoxsul və zənginlərin niyyətləri bərabərləşsin deyə saf və sağlam bir cəmiyyətin yaranması  zəruridir.Saf və sağlam cəmiyyətin yaranması üçün də gərək insanlar yəni hər bir fərd, digər bir fərdlə mehriban və səmimi ünsiyyət qurmalıdır. Necə ki,Allahın Peyğəmbəri(ə)buyurub:”Qohumun səninlə əlaqəni kəssə də,sən onunla əlaqəni qırma.”Sonra cəmiyyətdə sağlam mühütün formalaşması üçün yenədə ilk əvvəl elmin inkişafı və əxlaq normalarının qaydaya düsməsi mütləq vacibdi.Əxlaq normalarına gəldikdə isə,bəzi fərdlərin cəmiyyətdə doğru  və düzgün olmayan hərəkətləri(yəni əxlaqla ziddiyyət təşkil edən hərəkətlər)cəmiyyətdə olan digər fərdlərə öz təsirini  göstərmiyə bilməz. Çox vaxt nəfsi istəklərin həddi aşması,bəzən fərdlər arasında böyük problemlərə,cinsi xəstəliklərə,cəmiyyətə gəldikdə isə qınaq obyektinə səbəb olur.Cəmiyyətin və cəmiyyətdə mövcud olan fərdlərin özlərini islah etməsi mütləq vacibdir.Bu barədə İmam Əli(ə) buyurub:”Kim özünü islah etməsə,çirkin adətlər onu rüsvay edər.”Bundan əlavə  İmam Əli(ə)yenə buyurur:”Kim nəfsin istəyinə tabe olsa,bu istək onu kor,kar,xar  edər  və azdırar.” Cəmiyyətdə olan bütün fərdlər yalnız nəfsi istəklərdən uzaq olsa,əxlaq normalarına zidd olan hadisələr törənməz,ən azından cəmiyyətdə yaşayan bütün fərdlərin hüqüqları pozulmaz və sağlam cəmiyyət yarana bilər   

Комментариев нет:

Отправить комментарий