Страницы

29.12.2012

Türkiyə nurçularının Azərbaycanda yaratdıqları şah əsər - Fazil Mustafa!

Türkiyə nurçularının Azərbaycanda yaratdıqları şah əsər - Fazil Mustafa! Bu adam açıq aşkar bizim milli dəyərlərimizi təhrif edir və ölkənin 90%-nin etiqad bəslədiyi şiəliyə qarşı şər-böhtan atır. Eləcə də bir qüdrətli şiyə hökmdar olaraq Şah İsmayıla da qərəzlə yanaşır, ona nifrət edir.Bunu savadsızlığından etdiyini düşünmürəm. Savadı var, amma imanı olmadığı üçün bu savad yanlış istiqamət götürmüşdür. Və indi o bunu Türkiyədə bizə 2-ci dərəcəli toplum olaraq yanaşan və özünküləşdirmək istəyən dairələrin cızdığı hiyləgər plana uyğun olaraq edir. Güntay Gəncalp kimi İran cəəsuslarının dəyirmanına su tökərək edir! Küfrə meyillənərək edir! Bunu bu gün ANS-də gedən "Açıq söhbətdə" tam sübut elədi. Şah İsmayılın özü kimi daşı da həmişə çox ağır olub. Bir vaxtlar osmanlı sultanının və farsların başına düşürdü, indi isə sapı özümüzdən olan baltaların başına düşür. Böyük şahı anlamaq və ona ləyaqətli qiymət vermək hər adamın işi deyil axı!

Həzrət Əli əlejhüssəlamın məzarının naməlum olduğunu iddia edirsiniz. Sizdən savayı bütün dünya bilir ki, O həzrətin məzari-şərifi İraqın Nəcəf-əşrəf şəhərindədir. Ora İslam dünyasının ən mötəbər ziyarətgahlarından biridir. Bundan savayı Onun dünyanın bir çox yerlərində məqamı-şərifi də var. Biri də Buzovnada xalq arasında "Əli ayağı" adlanan ziyarətgahdır. Hətta Əfqanıstanda da o Həzrətin təcəllasını ehtiva edən böyük bir ziyarətgah var ki, əfqanlar oranı da Həzrət Əlinin məzarı hesab edərək ziyarətgaha çeviriblər. Bunlar metafizika qanunlarına görədir. Yəəqin ki, metafizkanın nə olduğunu eşitmisiniz. Bu belə! Dünyada sünnülərin 90% olduğunu iddia edirsiniz. Əslində 90% deyil, 80%- olar. Qızıl dəmir-dümürdən əlbəttə az olur. Və az olduğu üçün daha da qiymətlidir. Amma mən yazmadım ki, sünnü təriqətli dindaşlarımız tamam imansız hesab olunmalıdırlar, kafirdirlər və sair. Onu siz belə ifadə edirsiniz. )))) Mən bildirmək istədim ki, şiyələrlə müqayisədə sünnülərin imanı kamil sayılmaz. Necə ki, xristianın da, yəhudinin də imanı var, tamam imansız deyillər, amma imanları kamil deyil. Çünki yalnız kamil iman hesabına ən incə mətləblər də dərk olunur və Allaha, onun peyğəmbərinə, imamına məhəbbət formalaşır. Azərbaycanın və İranın XVI əsrə kimi büsbütün sünnü türklər olduğunu iddia edirsiniz. Tamamilə səhv və böhtandır. Şiyəlik əgər Peyğəmbər salavatullahın zamanında yaranmışdısa, təbii ki, hər yerə, o cümlədən İrana, yəni Bütöv Azərbaycana da gəlib çıxmışdı. İmam Hüseynin bir xanımının fars qızı olması, öz Kərbəla faciəsi ərəfəsində İmamın buyruğu ilə öz Vətəninə gəlməsi, sonradan türk oğlu türk Şah İsmayılın sayəsində indi İran adlanan ərazidə şiyəlik hakim mövqeyə yüksəldi. Amma bu o demək deyil ki, əvvəl yox idi. Bəs Böyük şahın ata-babaları şiyə deyildimi? Hə, deyirsiniz ki, İslama görə qəbir itməlidir. Bəs onda peyğəmbərin və iki səhabənin məzarı nə üçün 1400 ildir qorunur? Deməli, bu söz məzari-şəriflərə aid deyil. Bu fikir hənəfi cərəyandan gələn cəfəngiyyatlardır. Bəlkə camaat ekskvator salıb bütün qəbirləri sürüməli, dağıtmalı, itirməlidir? Sünnü həhəfilərdən vəhabilik yarandı ! Son əsrdə isə hənəfilik nurçuluğu "doğdu" )))) Onlar müqəddəs olan heç nə qəbul etmək istəmirlər. Söhbətin mövzusu yayınmasın deyə dərinə getmirəm. Astarada sünnü olduğunu sizdən əvvəl mən bilirəm, çünki lənkəranlıyam. Mömün şiyələrin qonşuluğunda bir neçə sünnü kəndinin olması onu sübut edir ki, şiyələr heç vaxt sünnülərə qarşı diskriminasiya aparmamış, onları zorla şiyə etməmiş və ya öldürməmişlər. Amma sünnü Türkiyə indinin özündə də ələviləri, şiyələri qırmaqda, sıxışdırmaqda, məhv etməkdədir. Sünnü təriqətli olmaq İslamda nisbətən asan olduğu üçün onun tərəfdarlarının çox olması təbiidir. Şiyə olmaq isə çox çətindir. Müsəlmandan kamil iman, yüksək hümanizm, səbr və dərin düşüncə tələb edir axı. Bu isə çətindir . Düşünürəm ki, dini savadı olmayan adamların dərk edə biləcəyi səviyyədə bir çox mətləblərə toxundum. Amma deyirsiniz ki, bu qədər yazı - cavab nəyə lazımdır? Sizlərə vaxt sərf etmək çox mənə xoşdur elə! ))))) Sadəcə, sizlərə bildirmək istəyirəm ki, şiyələrin sizlərlə işi olmadığı kimi, sizin də şiyələrə sataşacaq ifadələrə yol verməməyiniz lazımdır. Sizin kimilərin bu cür iddiaları Azərbaycanda təfriqə sala bilər. Siz bizi kiçikləyirsiniz, zorla Türkiyənin qoltuğuna soxmağa çalışırsınız. Bəlkə də bu təsadüfən deyil və nə etdiyiniz yaxşı anlayırsınız. Çünki Azərbaycanda şiyə təbliğatı genişlənərsə bu Cənubi Azərbaycanla daha da yaxınlığa səbəb olar. Farslar onlara bizi imansız kimi tanııdırdı, indi də siz şiyəliyin əleyhinə açıq təbliğat aparırsınız. Axı Cənubi Azərbaycandakı 33 millyon soydaşımız büsbütün mömin şiyələrdir! Deməli, siz Bütöv Azərbaycan marağında deyilsiniz! Əgər biz bütöv Azərbaycan marağındayıqsa, onda bizi cənubdakı qardaşlarımızla birləşdirən nöqtələri qabartmalıyıq, ayıran yox. İsrailin bütün və Türkiyənin isə nurçu dairələri Azərbaycanın gələcəkdə daha da böyəlməsini və türk dünyasının lider dövlətinə çevrilməsini məqbul hesab etmirlər. Buna görə də indi şiyəliyi zorla İrannın adına yapışdırır, onu Azərbaycanın düşməninə çevirir, şiyəliyi irançılıq kimi təbliğ edir, əslində isə Bütöv Azərbaycan idealarına qarşı planlar həyata keçirdirlər. Güntay Gəncalp (Hüşəng Cavanşir) də bu ideyaya xidmət edir. Bu ideya isə həm də fars-İranın maraqlarına uyğundur. Əslində Şimali Azərbaycanda heç vaxt sünnü-şiyə ədavəti olmayıb. Azacıq olubsa da, onu sünnülər özləri yaradıblar. Azərbaycan bütün məzhəblərə toleyrant ölkədir. Bilin ki, Bütöv Azərbaycan inşallah qurulacaq. Biz bütöv olduqdan sonra kimsə bizim torpaqlarımıza göz dikmək hünərində olmayacaq. Nə isə! Sizə bu qədər etimad göstərdim, yetər. Bir də şiyələrə qarşı şər-böhtan atmayın! Bilmədiyiniz mövzularda danışmayın. Burada bizi oxuyanlar olmasaydı, mən heç bu sözləri də yazmazdım. Bizi həm də düşmənlərimiz oxuyur. Kömək edə bilmirsəniz, heç olmasa ölkəmizin və xalqımızın perspektivinə hesablanan ideyalara qarşı çıxmayın. Çıxsanız da xeyri olmayacaq! Nə isə.

Hafiz Mirzə

Комментариев нет:

Отправить комментарий