Страницы

03.12.2012

UNUTMAĞI ÖYRƏT

Sədaqət Əliqızı

SƏNSİZ
   
Bu gundə açılan səhər sənsiz.
Bu gündə açılan səhər sevincsiz.
Bu gündə düşünürəm səni çarəsiz.
Ruhum çevrilib əsən küləyə,
Çırpınaraq can atır,
Yaşadığın otağın pəncərəsinə .
Halsız yorğun döyəcləyir pəncərəni,
Dönub baxsan , həmin an ,
Pəncərənin önündə görəcəksən məni ,
pəncərəni döyən, küləklər əvəzi.


UNUTMAĞI  ÖYRƏT

Məni  varlığına öyrətdin ,
Mənə  sevməyi  öyrətdin, mənə  gülməyi  öyrətdin.
Xoşbəxt olmağı  öyrətdin, məni özünə  öyrətdin .
Sonra sənsizliyə  tərk  etdin ,
İndi  unutmağı  öyrət, göz  yaşın  silməyi  öyrət.
Acıları  hiss  etməyən , qəlbi  daş oımağı  öyrət.
Sənsiz  xoşbəxt  olmağı , sənsiz  yaşamağı  öyrət.
Nə  olur  unutmağı , mənə  unutmağı öyrət .

MƏNİM  MƏMLƏKƏTİM

Mənim  məmləkətim susmsyan  ağrım bitməyən  dərdim.
 tapdanmış  torpaqlarının , naləsi  göylərinə  çöküb bilirəm .
Şəhidlərinin  qisası  alınmayıb , talanmış  şəhərlərin  kəndlərin,
Daşı –daş  üstə  qalmayıb ,  çadır  şəhərciklərinin  sayları  azalmayıb .
Bir  oğul  həsrətindəsən , xilaskar  gözləyirsən .
Mənim  məmləkətim ümüdün  hələ  tükənməyib .
Amma  səbrin  tükənib , daha  gözləmək  istəmirsən .
Igidlər  istəyirsən silaha  sarılsın , yaralarını sarısın .
Düşmənlərin  üstünə ,mərmilər  tək  yerisin .
əsir  torpaqlarını düşməndən  azad  etsin .

BİR SÖNƏN SEVGİ

Bir sönən sevginin külüyəm indi,
Sovrula-sovrula yox oluram mən.
Nə olar əf edib  günahlarımı ,
Yenidən həyatıma kaş gələydin sən.

Qəlbimdə sızlayan nakam eşqimə,
Bəlkə də ömürlük yas tutacağam.
Səni gəzəcəyəm bil ki hər yerdə
Keçmiş xatirəylə ovunacağam.

Nə etsəm geriyə dönməz ki, zaman
Silinib yox olmaz yaşanmış o ,an
Tufanlar sarsıdan tənha ağacam
Torpaqdan qoparaq bax yıxılıram.  

Комментариев нет:

Отправить комментарий