Kimdən miras qaldı mənə Bu, varlığıma qanıq verməyən yaşam Bu, yaşamıma qanıq verməyən varlıq?! Taxılmışam saniyələr astanasına Gələn keçir, gedən keçir üstümdən!
Şahbaz Xuduoğlu Üstündən bir müddət keçdi Vaqif Bəhmənlidən daha bir məktub aldım ki, bəs ildə iki dəfə Tender Komissiyası toplanır və siz ora müraciət edə bilərsiz. Bu yaxınlarda bilmişəm ki, sən demə bu Tender Komissiyası deyilən o mistik qurum özü də Vaqif müəllimlərdən ibarətdir. Sizin diqqətinizi Mədəniyyət və Turizm Nazirliyinin tender yolu ilə kitabxanalar üçün aldığı kitablara yönəltmək istəyirəm. Görək nazirliyimiz hansı məşhur yazarlarımızın kitablarını hansı yolla və hansı nəşriyyatlardan alırlar. Bakıda ilk kitab yarmarkası keçirildi. Stendimiz pilləkənin başındaydı. Kitablarımız mədəniyyət nazirinin diqqətini çəkmədi, amma müavin Ədalət Əliyev “nə yaxşı kitablar nəşr edirsiz, bəlkə bir görüşək” dedi. “Hər il müxtəlif nəşriyyatlardan kitablar alırıq.
Tələsirəm Tələm – tələsik gedirəm Yetişirəm özümə Qıjqırıram xiyabanlardakı ayaq izlərimdə Dərirəm ayaqlarımı izlərimdən Yenə də, tələsirəm Tələm-tələsik gedirəm Yenə də, yetişirəm özümə Sərilmişəm Qəzet satan budkanın qabağında Oturmuşam sətirlərin arasında Yağmurlar başıma döyür Qıjqırırıram yazıların içində Qalxıram Qəzetlərdən Titrlər canıma suvaşır Yenə də, tələsirəm Tələm-tələsik gedirəm
Frensis Fukuyama Vaşinqtondakı RAND korporasiyasının daimi məsləhətçisi. “George Mason” univerisitetinin ictimai siyasi fakülətisinin işçisi, “Journal of democracy” jurnalının redaksiya heyyətinin üzvü. Birləşmiş Ştatlar xarici siyasi kursunu yenidən gözdən keçirməli, onu “hərbi kompaniyadan”, insanların ağıl və ürəyinin səsinə səs verən siyasi yarışa çevirməlidir. Bu gün İraq işğalının üçüncü ildönümündə, artıq qismən də olsa aydındır ki, tarixin bu müharibə və onu törədən əsas qüvvə olan ideologiyalarla bağlı hokmü sərt olacaq. İraqın və Yaxın Şərqin demokratikləşdirilməsi ideyasının gerçəkləşməsinə ən fəal “can atanlar” həm Buş administrasiyasının tərkibində, həm də ondan xaricdə olan neokonservatorlardır (neokonsevativizm – 1960-70 –ci illərdə liberalizm axınına qarşı yaradılmış siyasi ideologiya –tərc).
Osman Öcal -I- Kim gizemli kim emin, İpek yiyen güvenin, Nem düşer yaldızına, Ucu oynak kalemin. Can içinde öz gerek, Özü açar söz gerek, Hakikate varmaya, Yanmak için köz gerek. İkiyüzlü bu acun, Giydirdiği her tacın, Bir öyküsü olmalı, Bayrağı tutan burcun. Şeyhlik şahlık zamanı, Yaradan’ın fermanı, Bir şah geldi dünyaya, Nice derdin dermanı.
Nəriman Həsənzadə Hörmətli Nuranə xanım, sizin şeirləri “Azərbaycan”, “Ulduz”, “literaturnıy Azerbaydjan” Türkiyədə çap olunan “Kardeş kalemler” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə oxumuşam. Və mənə bu yaxınlarda verdiyiniz şeirləri də oxuyandan sonra aldiğım zövqü o biri şeirlərin üstünə gəlsəm təsəvvürüm daha da genişləndi və sizin şair səciyyəniz ədəbi prosesdə özünüzə məxsus olan yeri mənə dəqiq göstərdi. Öyrəndim ki, 2010-cu ildə “Yazıçı” nəşriyatında “Yanaqda yağış yeri” adlı şeirlər kitabınız işıq üzü görüb, həmçinin Türkiyədə, İranda, bir sıra xarici ölkələrdə ingilis dilində şeirləriniz çap olunub. Gənc olsanız da, artıq yetkin bir şair kimi tanınırsınız.
Aida Eyvazlı Ey mənim sufi babam, Sərgədan ruhlu babam. Dövrana asi olub, Vətənə həsrət qalan, Ay mənim sufi babam! Belə olmaz, belə olmaz, Belə qalmaz, belə qalmaz.... Baxdığın yollar qısalmaz, Gecələrdən həmdəm olmaz. İçdiyin şərabdan, meydən Həsrətin yuku azalmaz, Ay mənim sufi babam. Belə olmaz, belə olmaz, Belə qalmaz, belə qalmaz....
Tural Balabəyli Mənasız saydığım bir dövürdə təsadüfən girdin həyatıma. Hər şeyi dəyişdin. Özünlə gətirdin bütün sevincləri və sevgiləri… Qınadılar məni, səni təsadüfən tanıdığım üçün. Sənin bir başqa dünyanın insanı olduğunu, əslində
FaktXeber.com-un “Ərəb əl-youm” saytına istinadən verdiyi məlumata görə, Misir Parlamentinin media və mədəniyyət üzrə komissiyasının sədri, prezident Məhəmməd Mursinin müşaviri Fəthi Şəhabuddin yəhudilərin Holokostda qırğın edilməsini ABŞ-ın uydurması adlandırıb. İngiltərnin “Daily Mail” qəzetinin yazdığına görə, Fəthi Şəhabuddin çıxışı zamanı deyib: “Holokost xurafatı İkinci Dünya müharibəsi dönəmində ABŞ xüsusi xidmət orqanları və onların müttəfiqləri tərəfindən uydurulan bir məsələ olub. Onların bu işdən məqsədləri, almanları gözdən salmaq, yaşayış massivlərinə hücum etmək üçün zəmin yaratmaq, Xirosima və Naqasakiyə olunan atom hücumunun dünya ictimaiyyətindəki mənfi təsirini azaltmaq olub”. O daha sonra deyib: “Hitlerin öldürdüyü 6 milyon yəhudi, əslində qabaqcadan Amerikaya köçürülən yahudilərin sayıdır”.
Taleh Eminoğlu Qərbi fəth edəcək Şərqli yetim Partlayış səsləri layladı körpələrə Şərqdə, Anaların göz yaşları adiləşibdi daha. Niyə susur görəsən bircə kəlmə dur demir, Məgər bu qədər ölüm bəs eləmir ALLAHa?! Küçələrdə cəsədlər üst üstə divar kimi, Yetim qalmış uşaqlar ağlayır küçələrdə. Şərqdə barıt qoxusu ən prestijli ətir, Ölüm kabusu gəzir dar,qaranlıq tinlərdə.
Razzaq Xansuvarov Talışxanov Azərbaycan və Talış tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa Xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır. Mir İbrahim bəy 1845-ci ildə Unter-Zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabır ayında isə praporşik rütbəsi verilmişdir.