Страницы

31.01.2013

Məlihə Əzizpur - Kimdən miras qaldı mənə


Kimdən miras qaldı mənə
Bu, varlığıma qanıq verməyən yaşam
Bu, yaşamıma qanıq verməyən varlıq?!
Taxılmışam saniyələr astanasına
Gələn keçir, gedən keçir üstümdən!

Mən kimin artığını yaşanıram
Kimin taleini təkrarlanıram
Yoxluğa doğru,
Kimin ölümünü tamamlayıram?!
* * *
Kimdən miras qaldı mənə
Bu, ölümümə qanıq verməyən yoxluq
Bu , yoxluğuma qanıq verməyən ölüm?!
Taxılmışam saniyələr astanasına
Gələn keçir - gedən keçir üstümdən
Və mən,
Hələ yanıtlananmamışam
Bu gedişin, çiy fəlsəfəsi ilə . . .

Комментариев нет:

Отправить комментарий