Страницы

31.01.2013

Şahbaz Xuduoğlu - YAXŞI İNSANLAR

Şahbaz Xuduoğlu

Üstündən bir müddət keçdi Vaqif Bəhmənlidən daha bir məktub aldım ki, bəs ildə iki dəfə Tender Komissiyası toplanır və siz ora müraciət edə bilərsiz.

Bu yaxınlarda bilmişəm ki, sən demə bu Tender Komissiyası deyilən o mistik qurum özü də Vaqif müəllimlərdən ibarətdir.

Sizin diqqətinizi Mədəniyyət və Turizm Nazirliyinin tender yolu ilə kitabxanalar üçün aldığı kitablara yönəltmək istəyirəm.
Görək nazirliyimiz hansı məşhur yazarlarımızın kitablarını hansı yolla və hansı nəşriyyatlardan alırlar.
Bakıda ilk kitab yarmarkası keçirildi. Stendimiz pilləkənin başındaydı.  Kitablarımız mədəniyyət nazirinin diqqətini çəkmədi, amma müavin Ədalət Əliyev “nə yaxşı kitablar nəşr edirsiz, bəlkə bir görüşək” dedi. “Hər il müxtəlif nəşriyyatlardan kitablar alırıq.
Respublika kitabxanalarına paylayırıq. Bu vaxta qədər nə əcəb sizdən almadıq”.
Bir neçə gündən sonra Ədalət müəllimə zəng edib yanına getdim. Elə mehriban, səmimi qarşıladı ki, hətta utandım, özlüyümdə Mədəniyyət Nazirliyi məhz belə insanların yeridir, düşündüm. Ədalət müəllim üçün min ədəd kitab adı olan bir kataloq hazırlamışdım.
Kataloqa diqqətlə baxdı, sonra Ədalət müəllim yerindən qalxdı, siz ki bütün nəşriyyatların işinə bərabər kitab buraxmısız. İşimizdən elə təsirlənmişdi ki, heç yerində belə otura bilmədi. Katibəsi çay gətirdi. Sevinc həyəcanından təsirləndim, boğazım qurudu. Çeçədim.
Dəstəyi qaldırıb Vaqif Bəhmənliylə danışdı, biz “QANUN”dan niyə kitab almırıq, lazımlı kitablar buraxırlar.
Son sözünü sərəncam verdi. Özümüz səninlə əlaqə saxlayacağıq, narahat olma. İstədiyin vaxt zəng et, hər şey əla olacaq!
Üstündən ilyarım keçdi. Mədəniyyət nazirinin müavini Vaqif Əliyev naşirləri Milli kitabxanaya görüşə dəvət etdi. Sevinə-sevinə getdim. Tədbir açılan kimi söz aldım, kitab böhranından danışdım, qanundakı boşluqları göstərdim, naşirlər qurumunun yaranmasına ehtiyac olduğunu, ƏDV-nin ləğvini və sair fikirləri səsləndirdim. Sonra təkliflərimin yazılı variantını Vaqif müəllimə verdim. O isə, bu ki əladır, niyə Vaqif Bəhmənli ilə bu məsələni müzakirə etmirsən. Vaqif, siz görüşün, maraqlı təkliflərdi, müzakirə edin, dedi.
İki-üç gündən Vaqif Bəhmənli ilə görüşdüm. Təkliflərimin yazılı variantını ona da verdim. Problemləri dərdləşdik. Bəzən çox məhrəm söhbətlərə də baş vurduq. Məsələn, onun ilk dəfə Bakıya necə gəlməsi, “Ədəbiyyat” qəzetinə işə getməsi, və orada qardaşımla görüşü, onun bunu işə almaması və buna baxmayaraq, ona çox böyük hörmət etməsi və sair və ilaxır. Vaqif müəllimin yaddaşı möhkəm olmaqla,  həm də şairdir. Ondan hər növ səmimi söhbətlər eşitmək olar.
Üstündən daha yarım il ötdü. İkinci böyük kitab yarmarkası keçirildi. Çingiz müəllimlə görüşdük, yerimizi göstərdi. Vaqif Bəhmənli də ordaydı. Yarmarkaya xüsusi proqram hazırlamışdım. Proqramda nəşr etdiyimiz kitabların təqdimatı, müəlliflərin imza vaxtları yazılmışdı. Təsdiq üçün Vaqif Bəhmənliyə verdim. Vaqif müəllimə proqramı təqdim edəndə çox sevindi, düşündüm, İlahi, yalnız istedadlı adamlar belə sevinə bilərlər.
Sərgi başladı da, bitdi də, amma Vaqif müəllimdən cavab gəlmədi. Və bizim proqram da icra olunmadı.
Bəzi kitabxanalar sərgidə mənə yaxınlaşıb Mədəniyyət Nazirliyinin xəttilə onlara kitab göndərməyi xahiş etdilər. Dedim, axı bu, mümkün deyil. Həm də əlavə vaxtım, üstəlik əsəbim gedir. Adamlara hörmətim azalır. Onlar mənə sakitcə, bir az da ehtiyatla yeni ünvan göstərdilər. Və əmin etdilər ki, ora müraciət etsən əla olacaq.
Sərgi bitdi, təəssüratım yüksək oldu. İşimizdən razı qalmışdım. Təşkilatçı kimi Mədəniyyət və Turizm Nazirliyinin işindən də narazı deyildim.
Nazirliyin saytını açdım, nazir müavini Vaqif Əliyevə elektron bir müraciət etdim, bizim kitablara ehtiyac var, nazirlik müxtəlif nəşriyyatlardan kitab alıb kitabxanalara paylayır, bizdən də alın. Axı bizim nəşr etdiyimiz kitablara böyük tələbat var.
Məktubu sayt qəbul etdi, cavab gəldi ki, sizin müraciət qəbul olundu. Uşaq kimi sevindim. Düşündüm, nazirlik belə olar e, hətta elektron müraciəti qəbul edir.
Üstündən bir müddət keçdi. Vaqif Bəhmənlidən bir məktub aldım ki, məktubunuza baxılıb, bizim Tender Komissiyasına müraciət edin.
V. Bəhmənliyə zənglə təşəkkür etdim ki, əziyyət çəkib məktub yazıb, eləcə də
"Qanun" nəşriyyatının buraxdığı kitablardan
​​müraciətin prosedura qaydasını öyrəndim. İzah elədi ki, ildə iki dəfə Tender Komissiyası Mili Kitabxanada toplanır.
Hər kitabdan bir ədəd və uzun bir siyahı Mili Kitabxanaya yolladım.
Üstündən bir il keçdi. Milli kitabxananın rəhbəri ilə Vaqif Bəhmənlini küçədə gördüm. Dedim olmaya tender komissiyası toplanmışdı. B.Vaqif müəllim and-aman etdi ki, yox, kitablarınızı gördüm, çox bəyəndim, inan ki, hamısından bir-bir özümə alıram. Onu düz deyirdi, çünki bu yaxınlarda onu “Papanin”də yol keçən gördüm, əlində Kafkanın “MƏHKƏMƏ” kitabı var idi.
Üstündən 6 ay keçdi. Nizami günlərində nazir müavini Vaqif Əliyev məni görən kimi məktubunu almışdım Vaqif Bəhmənliyə verdim ki, müsbət həll etsin - dedi. Düşündüm ki, doğrudan bu adam böyük adamdır. Axı böyük adamların yaddaşları da möhkəm olur.
Filarmoniya bağında kitab yarmarkasında yenə kitabxanaçılar məni tutdular. “Nazirliyin büdcəsi artıb, kitablar alırlar. Bəs niyə sən kitab vermirsən. Camaat axı sizin kitabları istəyir”.
Yarmarkadan sonra bu dəfə nazirə bir məktub yazdım. Bizim kitablara olan ehtiyacı izah etməyə çalışdım.
Üstündən bir müddət keçdi Vaqif Bəhmənlidən daha bir məktub aldım ki, bəs ildə iki dəfə Tender Komissiyası toplanır və siz ora müraciət edə bilərsiz.
Bu yaxınlarda bilmişəm ki, sən demə bu Tender Komissiyası deyilən o mistik qurum özü də Vaqif müəllimlərdən ibarətdir.
Mənə o yarmarkalarda yaxınlaşan kitabxanaçılara deyirəm ki, dostlar, lütfən, bir daha mənə yaxınlaşmayın. Qoyun, rahat kitablarımı nəşr edim.
Yaxınların söhbətidir, bir sərgidə nazir müavini Ədalət Əliyev mənə dedi ki, inan, daha o kurasiya məndə deyil. Onun da yaddaşı möhkəmimiş. Həqiqətən, o söhbəti mən unutmuşdum.
Yadımdaykən, bir məlumatı da nəzərinizə çatdırım ki, artıq nazirliyin dəstəyi ilə Naşirlər Assosiasiyası yaradılıb, rəhbəri də “Təhsil” nəşriyyatının direktorudur. Bu yaxınlarda mənə də zəng etdilər ki, bəlkə sən də üzv olasan...
Yaxşı ki, bu yay bəzi rayonlarda oldum, kitabxanalara baş çəkdim.  Mədəniyyət və Turizm Nazirliyinin satınalma yolu ilə aldığı kitablarla tanış oldum. Deyə bilmərəm ki, alınan kitabların dəyəri yoxdur, sadəcə, bilginiz olsun. Axı  tender haqqında qanunun da tələbinə görə tender yolu ilə əldə olunan kitabların siyahısı açıq olmalıdır.
Siyahıdan bir hissəni nəzərinizə çatdırıram. Bu kitablar “Təhsil” nəşriyyatından alınıb.
1. Misir Mərdanov AZƏRBAYCAN TƏHSİLİNİN TARİXİ, 5 cilddə,  bir ədədin qiyməti 65 manat. (30 komplekt)
2. Qəzənfər Paşayev SEÇİLMİŞ ƏSƏRLƏRİ, 7 cilddə, bir ədədin qiyməti  30 manat (30 komplekt)
3. Yaqub Mahmudov SEÇİLMİŞ ƏSƏRLƏRİ, 9 cilddə, bir ədədin qiyməti 30 manat (30 komplekt)
4. Fərman İsmayılov SEÇİLMİŞ ƏSƏRLƏRİ, 5 cilddə, bir ədədin qiyməti 60 manat (20 komplekt)
5. Hidayət SEÇİLMİŞ ƏSƏRLƏRİ, 10 cilddə, bir komplektin qiyməti 112 manat (100 komplekt)
6. Yaqub Mahmudov ŞUŞA PƏNAHABAD, bir ədədin qiyməti 20 manat, (50 ədəd)
7. bir ədədin qiyməti 17 manat (100 ədəd). HAMI, Vaqif Bəhmənli

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

azadliq.org

Комментариев нет:

Отправить комментарий