Dalğa Xatınoğlu
Stiven Spilberqin rejissorluq etdiyi "Linkoln" kinosu ABŞ-ın 16-cı Prezidenti Abraham Linkoln haqqında indiyədək çəkilmiş onlarla kinodan biridir, ancaq böyük fərqlə hamısından seçilir.
Keçən il Linkoln haqqında Rusiyanın Qazaxıstan əsilli kinorejissoru Timur Bekmambetovun "Linkoln, vampir ovçusu" əsəri ekrana çıxarıldı və bu il Salvador Litvakın rejissorluq etdiyi "Linkolnu qorumaq" əsərinin nümayiş olunacağı gözlənilir.
Spilberqin əsərinin ssenarisi 2005-ci ildə nəşr olunan Doris Kirns Qudvinin kitabı əsasında yazılıb, söhbət ABS-ın şimal və cənub ştatları arasında müharibənin gərgin vaxtında Abraham Linkolnun quldarlığın ləğvi ilə bağlı Konstitusiyaya 13-cü düzəlişi parlamentdə ratifikasiya etmə cəhdindən gedir. Tarixi dram janrında olan 2 saat 20 dəqiqəlik film həm də zəngin dialoqlarla doludur.
Linkoln haqqında bildiyimiz güclü siyasətçi, bacarıqlı natiq, ailəcanlı və vətənpərvər insan xarakteri bu rolu ifa edən Daniel Dey Luisdə yüksək dərəcədə əks olunur. İndiyədək Linkoln rolunu kinolarda ifa edənlərin hamısından çox Linkolna bənzəyən Luis kinoda ən gözəgəlimli xarakterdir və Liknolnun yoldaşı rolunu ifa edən Salli Fildi çıxmaq şərtilə, başqa bir gözəgəlimli rol və aktyor yoxdur. Digər maraqlı cəhət Fildin də Linkolnun yoldaşı Mari Todda çox oxşarlığıdır.
Filmdə Linkoln və bəzi parlament nümayəndələrinin dilindən olduqca dərin mənalı dialoqlardan istifadə olunub. Bilirik ki, Linkoln bütün siyasi uğurları və insani keyfiyyətləri ilə yanaşı, çox peşəkar natiq olub və onun yüzlərlə məşhur aforizmləri hələ də insanlara maraqlıdır.
Kinoda hadisələr ümumiyyətlə iki qapalı yerdə cərəyan edir - Ağ Ev və Senat. Yalnız kinonun əvvəlində müharibədən fraqmentlər göstərilir və kinoda daha çox quldarlığın ləğvi ilə bağlı mübahisəli hadisələrdən bəhs olunur.
Film 1865-ci ilin yanvar ayındakı hadisələrlə başlayır - vətəndaşlıq müharibəsinin gərgin, ancaq bitmək ərəfəsində olan dövrü. Ancaq Linkoln sazişdən öncə quldarlığın ləğvinə israrlıdır. Düşünür ki, bu layihə qanuni qüvvəyə minməyincə vətəndaş müharibəsinə son qoymaq mümkun deyil. Qısaca deyim ki, 1861-ci ildə başlamış ABŞ vətəndaş müharibəsinin bir motivi də qaradərili qullar idi. Cənub ştatlarda hava isti və əkinçilik-heyvandarlıq isə əsas peşə olduğu üçün cənublular quldarlığın tərəfdarı idi, lakin şimal ştatlar daha çox sənaye və bankçılıqla məşğul olduğu üçün quldarlığın əleyhinə idilər. O zaman ABŞ-da 4 milyon qaradərili qul var idi.
Linkolnun qeyri-etik yollarla parlament nümayəndələrinin səslərini alması, öz səlahiyyətlərindən kənar bəzi qərarlar qəbul etməsi, həmçinin inadkarlığı filmə maraqlı ab-hava qatır.
Əlbəttə, kinonun mənfi məqamları da çoxdur. Birincisi, kinoda Linkolnun şəxsi həyatı, o cümlədən yoldaşı ilə dialoqları həddindən artıq uzadılıb. Onun ailəcanlı olduğunu bilirik, ancaq bu dərəcədə əhəmiyyətsiz ailə-məişət məsələlərini kinoda uzatmaq tamaşaçını bezdirir.
Digər mənfi məqam, kinonun başdan-ayağa qaranlıq bir mühitdə çəkilməsidir. Əvvəldən axıradək kino sanki qürub çağı çəkilib. Bu, seyrçini yorur. Başa düşürük ki, kino yanvar ayında baş verən hadisələrdən bəhs edir, ancaq bu qədər qaranlıq səhnələrin iki saat yarım davam etməsi yorucudur.
Linkoln filmin bir çox fraqmentlərində depressiyaya düşmüş kimi təqdim olunur, xüsusilə də oğlu Robertin orduya qoşulma həvəsi ilə bağlı hadisədə. İndi başa düşmək olar ki, Linkolnun birinci oğlunun ölümündən 3 il keçir, ancaq kişili-qadınlı bu qədər gərgin depressiyada olmalarını qabartmaq yersiz idi.
Digər mənfi məqam isə kinonun mövzusu və hadisələrin cərəyanı arasında sıx əlaqənin olmamasıdır. Məsələn, gözlənilirdi ki, müharibədən və quldarlığın ləğvindən daha çox fraqmentlər göstərilsin, yaxud qaradərili insanların həyatı ilə bağlı fraqmentlər kinoya daxil edilsin, nümunə olaraq bir qaradərili qulun şəxsi həyatı ilə bağlı, yaxud başına gələn hadisələrlə əlaqədar nəsə göstərilsin.
Mənfi məqamlardan biri də kinodakı hadisələrin Amerika xalqından başqa, digər xalqlara yad olmasıdır. İnanmıram ki, bu kinoya baxdıqdan sonra kimsə quldarlığın ləğvi tarixindən nəsə öyrənə bilsin. Bu kino məhz amerikalılar üçün mənalıdır, ona görə ki, öz tarixlərini yaxşı bilirlər. Bədii bir əsər üçün belə məqam böyük nöqsandır.
"Linkoln haqqında çəkilmiş onlarla kino arasında bu, ən yaxşısıdır", desəm səhv etmərəm. Çox güman ki, mövzunun Linkolnla bağlı olması bu kinonu Oskar mükafatçısı edə bildi, lakin məncə bir o qədər də layiq deyil.
Əlbəttə ki, Stiven Spilberqin uğurları böyükdür. Onun 1993-cü ildə rejissoru olduğu "Şindlerin siyahısı" çox təsirli kinodur və Oskar mükafatına layiq görülüb. Bu kino da tarixi dram janrındadır.
az.trend.az

Комментариев нет:
Отправить комментарий