Qadir Cəfəri
"Onun xəyalının həvəsiylə , xəyala çevrilmişəm və adının həsrətini çəkdiyimdən, ay üzünün adını çəkmişəm". Mövləvi
bir irmaq ayrılır göyün maviliyindən
sənlisizliklər otağıma
otağımdan gömgöy bir don
biçilir qamətinə
xəyalın əyləşir bütün sözcüklər yerinə
haralarda boşalacağam səni?
hansı şerimdə sənsiz doğulacam
gəlmişdin,
tarla mələyi biçimində
sarı sünbüllüyümüzün yaşıllıq muştuluğu əllərində
quşqovanların gözünü yumub
bir tarla əsirdim səni.
bozqırların qır verən qara gözlüsü,
anılar bozqırı sərilir içimdə
işıq telləri uçurtmalardan asılır
səni darıxıram
və xəyalın yarımçıq qalır.
"Onun xəyalının həvəsiylə , xəyala çevrilmişəm və adının həsrətini çəkdiyimdən, ay üzünün adını çəkmişəm". Mövləvi
bir irmaq ayrılır göyün maviliyindən
sənlisizliklər otağıma
otağımdan gömgöy bir don
biçilir qamətinə
xəyalın əyləşir bütün sözcüklər yerinə
haralarda boşalacağam səni?
hansı şerimdə sənsiz doğulacam
gəlmişdin,
tarla mələyi biçimində
sarı sünbüllüyümüzün yaşıllıq muştuluğu əllərində
quşqovanların gözünü yumub
bir tarla əsirdim səni.
bozqırların qır verən qara gözlüsü,
anılar bozqırı sərilir içimdə
işıq telləri uçurtmalardan asılır
səni darıxıram
və xəyalın yarımçıq qalır.
Комментариев нет:
Отправить комментарий