Xatirə Xatun
Gözlərimi yollarına dikmişəm,
Başdan-başa bir yol çəkən gözəm mən.
Sənsizlikdən bilsən nələr çəkmişəm,
Səbrim yoxdu həsrətinə dözəm mən.
Kim dedi ki bu sevgidən dönmüşəm?
Bu sevgini ürəyimə gömmüşəm.
Elə bilmə yanıb-yanıb sönmüşəm,
Kül altında gizlənən bir közəm mən.
Heç olmadı tale mənlə tən deyən.
Sənə, mənə ,,qayıt" deyən, "dön" deyən,
Hər qarışı sən qoxuyan sən deyən
O yerləri çətin bir də gəzəm mən.
Özün getdin, qalan oldu həsrətin,
Məni dərdə salan oldu həsrətin.
Nə zəhərli ilan oldu həsrətin
Bir daş verin bunun başın əzəm mən!
O yerlərə mənsiz bir də gələrsən,
Həsrət nədir,bəlkə onda bilərsən.
Sən də çətin unudarsan, silərsən,
Taleyində bir silinməz izəm mən...
Gözlərimi yollarına dikmişəm,
Başdan-başa bir yol çəkən gözəm mən.
Sənsizlikdən bilsən nələr çəkmişəm,
Səbrim yoxdu həsrətinə dözəm mən.
Kim dedi ki bu sevgidən dönmüşəm?
Bu sevgini ürəyimə gömmüşəm.
Elə bilmə yanıb-yanıb sönmüşəm,
Kül altında gizlənən bir közəm mən.
Heç olmadı tale mənlə tən deyən.
Sənə, mənə ,,qayıt" deyən, "dön" deyən,
Hər qarışı sən qoxuyan sən deyən
O yerləri çətin bir də gəzəm mən.
Özün getdin, qalan oldu həsrətin,
Məni dərdə salan oldu həsrətin.
Nə zəhərli ilan oldu həsrətin
Bir daş verin bunun başın əzəm mən!
O yerlərə mənsiz bir də gələrsən,
Həsrət nədir,bəlkə onda bilərsən.
Sən də çətin unudarsan, silərsən,
Taleyində bir silinməz izəm mən...
Комментариев нет:
Отправить комментарий