Aytən Təhmasibin tərcümələri
Virginia Woolf üçün
Hekayəm bu cür başlamalıdır: “İkimizə bir göy üzü seçək. Daha doğrusu, bir ulduz. Adsız, yolunu ikimizdən başqa heç kimin bilmədiyi olsun. Bir ulduz, solğun bir günü qıpqırmızı, bənövşəyi rəngə boyasın. Hay-küylü, çılğıncasına sarılsın qollarıyla...
Yox, çox axmaq bir giriş oldu. Axmaqdı, çünki ardı belə gələcək:
-Səni sevirəm.
-Mən də səni sevirəm.
-Səni həqiqətən... çox...
-Mən səni... daha... da...
Elə hey təkrarlanaraq, artıq altıncı dəfə bağırtıya, yalvarışa, uçuq bir gecəqondunun fəryadına çevriləndə...
-Səni sevirəm. (Aman Allah, ilk dəfə qarşılaşanda ürəyimi döyündürən, röyalarımı gerçəkləşdirən insan bu idimi görəsən?)
-Səni sevirəm. Bir gün varlığımı bu cür səmimi şəkildə bir insana bağışlayacağımı ağlımdan belə keçirməzdim. (Fikirli, narahat, günahkar, peşman... Yorğun, ölü bir sevincdən yapışmağa çalışan...)
-Səni çox ... (Sənə nifrət edirəm, amma bir gün gələcək... İlk dəfə nə vaxt fərqinə vardım, xatırlamıram.)
Tavanından balıqçı torları sallanan evdə, şüşəsi işləməli qaz lampasının işığında qədəhlərimizi toqquşduranda yox oldu? Mənasızlaşdı hər şey? (Qışqıra bilməyən, hardasa bezgin, hətta acıqlı ...)
- Günəşim, çayım, nəğməm, sevgim idin. (Sənə ilk yalan danışdığım gün idi. Hətta, gündəliyimə qeyd etmişdim: - Yoxsa, bu sadəcə bir xəyaldı?)
- ... (Bir həmlədə narahatlığımı artıran tərk edilmək yox, tərk etmək və aldatmaq duyğusu idi. Pişiklərdən və güllərdən uzaq gəzirdim çünki. Çünki durduğum yerdə üzüklərimi itirirdim. Hər şey tənhalığı yada salırdı çünki. Ətrafımdakı bütün insanlar sevgisiz görünürdü, bütün parlaqlıqlarını itiribmiş kimi. Bu səbəbdən... Bu səbəbdən...)
Yox, alınmır lənətə gəlmiş... Lənətə gəlsin, bir amöb kimi həmişə yalnız öz-özümə bölündüyümə görə, buna görə, siz də görürsünüz ki, məhz buna görə yarımçıq qalacaq hekayəm... Doğulmayacaq... Dərin dənizlərə ata bilməyəcək özünü... Qurbangahınıza əvvəllər olduğu kimi yeni bir qurban gətirə bilməyəcəyəm. Xeyr, bütün əvvəlkilərdə olduğu kimi deyil, hörmətli B ... Sizi tanıdıqdan sonra yazmaq istədiyim bütün hekayələrimin başına gələn qaçılmaz sonluqdan söhbət getdiyini başa düşürsünüz. İçim qurudu, tükəndim. Qorxulara bürünmüş və qanadları qırılmış bir yazaram artıq. Bir bədbəxt , bir ...
Siracuza kralı Deniusa yaltaqlananlardan biri, yeni icad etdiyi işgəncə alətini təqdim edir. Bu, içi boş tunc bir öküz imiş. İşgəncəylə öldürüləcək məhkum içinə salındıqdan sonra tunc öküz qızğın alovun üstünə qoyulmalı və yüksək istiliyin təsirilə uzun müddət fəryadlar qopararaq, can çəkdikdən sonra ölməliymiş... Yaltaq sözünü, - məhkumun çıxardığı səs öküz böyürtüsündən fərqlənməyəcək, - deyə tamamlayır. Kral Denius bu maraqlı açıqlamanı gülümsəyərək dinləyir və o dəqiqə, ilk sınağın həyata keçirilməsi üçün yaltaq icadçının tunc öküzün içinə salınmasını buyurur.
Bu lətifəni ilk dəfə eşidəndə, bilmirəm qəzəbdən, yoxsa qorxudan, kənziyimdə qəribə dadsızlıq hiss etdim. Bu, kiçik hekayənin mənim üçün vacib olduğunu göstərirdi. Qaranlıqda, üzərək bir uçurumdan keçməyə çalışırdım. Mənə aydın olmayan şey, hansı kəlmədə, işarədə, səsdə və ya səssizlikdəydi? Bəs yerim?... Denius- Yaltaq-Cangüdən-Tunc Öküz - Alov beşbucağında mən hansıydım? Və siz... siz... siz dəyərli B.?
Televizor açıqdı. Axşam düşəndən bəri başlayan mübahisə hələ davam edir. Mövzu: Ölüm cəzaları.
- Ölüm cəzası cəza deyil, qisasdır, - deyir vəkil. Humanist, uniformalı bir başqa qonaq xəncərini qaldırıb torpağa sancır:
- Vəkillər niyə ölüm hokum verir? Cəlladların vizit kartları var, görəsən?
Beldən yuxarısı lüt, kürəyi, sinəsi, çiyinləri qapqara tüklərlə örtülü, müşk çəkilmiş, baldırları, sanki bir-birini yedikcə qalınlaşan ayaqları yiyəsini başqa səmtə aparacaqmış kimi aralı qoyulmuş biri yaxınlaşır. Qulağında sırğası, burnunda halqası, başında yarıbağlı yaylığı... Bircə gözündə qara lenti çatışmır. Üzündə maskası var. Maskası olmalıdır, əslində. Niyə həmişə nazik, qupquru, rəngi solmuş bir ağac kimi xəyal edirlər cəlladları?
Üstəlik çiçəyi, yarpağı tökülmüş ağaclardan ötrü bu qədər kədərləndikləri halda?! Yaxşı, bəs mən nəyəm bu oyunda? Nəsə olmaq məcburiyyətindəyəm. Sadəcə bir oyun, bəli. Yazmağa çalışdığım hekayə də oyunun bir hissəsidir. Fraqmentlərinizdən biri deyil, amma “Pərdə Arası” bir an ola bilər. Bəli, ola bilər. İndi nə etmək lazımdır? Hər şey yolundaymış kimi yarım ay şəklində düzülmüş tamaşaçıların, saray əhlinin ortasında qollarım sinəmə bağlı, ürəyimdə iblisin ürəyi, ya da naməlum bir tarixdə, naməlum biri tərəfindən divara asılmış tablodakı, ağ nazik, uzun barmaqlarını birdən-birə çıxan qış günəşinə uzatmış bir qadının çatlaq dodaqlarındakı duzlu qabarlardımı? Haydı, gəlin xətaları tapaq elə isə, - ətrafımızda gedən bütün oyunlardakı xətaları. Oyunçularda, işıqda, səsdə, dekorda, kostyumda... Nə varlığı, nə də yoxluğu heç nəyi dəyişdirməyən, amma vacib xətaları... Və rollarımız haqda danışaq. Rejissorun üstünə hücum edək. Öncə bataqlığı qurutmaq lazımdır.
-Ölüm cəzaları qisasa qisasdır, - Siyasətçilərdən bir deyir. Sonra Deniusdan danışırlar. Liderlik bacarığından, uğurlarından, qəddarlığından, haqlı olduğundan… Xətaları tapmaq üçün lazım olan bütün nöqtələrdən necə də uzaq qaçırlar. Özü də, bilərəkdən. Məsələn: həftənin hansı günü olduğunu soruşmur. Siz niyə soruşmursunuz bəs? “Bu gün mənim yazıçılığımda bir qərar anıdı”, desəm, sizcə nə ifadə edər, Hörmətli B.?! “Bu günün” sualı yanlış yerə sürükləyən və cavablandırılmasının qarşısına müvəqqəti bir əngəl olduğunumu deyirsiniz? Ya da yaz mövsümü olmamalıydı, eləmi?
Çünki, bahar intihar, ölümlər üçün münasib fəsil deyil. (Bəs sizin üçün necə gün, necə bir mövsüm idi - o an yaşadığınız, tərk etdiyiniz, qoynundan çıxıb, qoynuna atıldığınız?) Cibinizdə xırda-xırda daşlar... Bəs eynəkləriniz? Saçınızın düyününü açmışdınızmı? Bütün insanların, nəzəriyyələrin söyülməsinin yanlış olduğunu da düşünə bilərsiniz.
Bəlkə də ərğəvanlaraydı üsyanınız. Necə bütün yaşıllığı udub, belə bənövşəyi, çəhrayı qala bilirlər? Bu qədər cinayətdən sonra xoşbəxt, sevincli və məsum? Səhv olduğunu düşündüyünüz başqa nələr var hekayələrimdə? II Pərdəarasında? Yersizliyinə görə - yanılmışlıqdan çox yenilmişlik anlamında- yanlış hesab edirsiz sözümü? Həyat hər şeyimi oğurlayır, deyib, sonra keçmişimə baxıb məni bu günlərə gətirən hər kəsə qəzəbmi qusum? Bəs ,sizi “ Xanım əfəndi “ deyə çağırdığım zaman? Bilirsiz , “Xanıməfəndi” həşərat yeyən bir bitkidir və “ mən sadəcə olaraq bəsit bir həşəratam” deməkdir... Yaxşı, yaxşı bu yüz faiz xətadı... Çünki xoşbəxtliklə azadlıq əsla birlikdə olmaz deyirlər.Sizə , sən deyəmi xitab etməliyəm? Etməliyəmmi? Bəlkə də ən böyük xəta elə budur.“O zaman “ bütün çatışmazlıqlar bitərdi “ amma “ sevgi bitəcək“ deyə tamamlanmalıydı misra.
Bir də hərflərimin zaman-zaman Kosinskinin quşlarına bənzədiyimi düşünməyim... Sanki uçacaqlar, uçub gedəcəklər... Bu da sizə görə, sizin baxışınızla yanılmaqdı. Çünki onlar sizin ata nənənizin quşları olacaq mütləq. Ya da sevimli Leanardonuzla uçurduğunuz quşlarla bir əlaqəsi yoxdu...Bəlkə gölə atdığınız daş parçalarıdı ... Bəs hörmətli oxucu, bəs siz? Sizin içinizdəki şəbehçi, qəddar, soyuqqanlı, axmaq, inancsız, yoxsul hərflərə oxşamırmı mənim hərflərim? Sonsuzluqda yaxalayacağım, ümidimi heç itirmədiyim azadlıq quşlarınızdımı yoxsa? Yox, xeyr, inana bilmərəm...
Yaxşı, yaxşı. Mənim kimi nöqtələrdən iyrənən, nidalara iç çəkən, üç nöqtələrdə hər dəfə dayanan, üç nöqtəli sual və nidalarda itmiş biri və sizə tapınmaqla , sizin qanınızı sormaq hissini bir-birinə qarışdıran birinin xəyallarının sizə maraqlı olmadığı çox bəllidir. ” Bir yazarın həyatı, o yazarın işidir “ deyirsiz və əlavə edirsiniz: “Bəs indi necəsiz? ( İncidən, qanadan , şahdamarımı gəmirən bir ölgünlüklə). ”Ah bəli, bəli yaxşıyam...” ( Nə deməkdirsə , yaxşılıq?) Amma bildiyim yeganə şey, bəlkə də istənilən şərtlərdə sizin nərdivanınızı dayanmadan çıxdığım, çıxacağım. Mənim Olimpim, mənim Romam, Kəbəm, Sarayımsınız siz... və.s , və.s, və.s.barmaqlarınızla havanı yüngülcə küləkləndirərək, - başınızı dik tutub : “Yazar tanrıdır, çünki yaradır...
Əvvəlcə özünü, sonra dünyanı . ”Gövdənizi dayadığınız nərdivanı ayyaqabınızın şiş burnuyla itələyirsiz sonra... Mən nərdivandan möhkəm-möhkəm yapışmış, pillələr gövdəmi itələyir, qışqır-bağırla nərdivanla birlikdə geriyə gedərkən, göy gurultusu, şimşəklər altında iliyiməcən islanmış, bir dalğanın özünü qumsalın qoynuna atdığını duya bilirdim. Siz, orada, mayakın başına vuran dalğadan qurtulmuş bir köpüyə çevrilirsiz, həmişə, hər yerdə olduğu kimi bir işıq topası şəklində yamyaşıl budaqlarınızla birlikdə, səssiz, kinayəli baxışlarınızla ürəyimi inanılmaz acıdaraq, qəhqəhələrinizlə, ən dəli, ən çılğın həmişə qibtə etdiyim baxışlarınızla ...
Mübahisə hələ də davam edir: ”Edam cəzasına qarşısan, deyilsən?” sualının doğru olmadığını iddia edir biri. Sual, ”qatillərin ölüm cəzasının tərəfindəsən, deyilsən?” biçimində verilməliymiş.
”Qatil bəs, kimdi qatil?” Öncə bunun müzakirə edilməsi lazım deyilmi? Bir yandan da heç bir müzakirənin nəticə vermədiyini düşünərək... Amma öldürülən mən və qatil də sizsinizsə , Əziz EB., müzakirə ediləsi bir sual qalmır. Bilmək istəyirəm ki, gerçəkdənmi, sizinlə aramızdakı məsafə, yalnız dayandığımız yerlər arasındakı məsafə qədər, yoxsa bir yel əsintisi qədərdi? Baxışlarınızda “çox, çox uzaq“ , sonra isə “və ya olduqca yaxın, bilmək olmaz” kəlmələri əks olunur.
Hər bir dalğanı tutub, əlinizdə bir insana çevirərək sahilə tullayırsınız. Qulluqçular, ağalar, homoseksuallar, əxlaq dərsi keçənlər, ziyalılar, cinsəlliyi təhqir edən qadınlar, doymaq bilməyən kişilər, - hər birini ətli, çəhrayı balıqlar kimi qumsala tullayırdınız.Yaxşıca sığallayaraq, sanki onlardan yeni, daha seçmə şəxsiyyətlər yaratmağı qarşınıza məqsəd qoymuş, ya da kamilləşmiş biri kimi qutsayaraq.
Villamızın aynəbəndində, yellənən kreslonuzda oturduğunuz kimi rahat. Bura qumsal yox, bomboş bir otaqıydı bəlkə? Özümü bir anlıq nərdinvanlarda ya da qumsalda hiss etdim. Şəffaf balıqlar, minbir anlama gələn , ancaq yalnız mənim nəzərdə tutduğum mənanı bildirməyən sözləriydi, bəlkə? Bəs siz, siz bir molyusk çanağından başqa bir şey deyildiniz, - minilliklər öncənin şərqilərini dəniz pəriləriylə birlikdə zümzümə edən, çanağın içində səssiz, qımıltısız, şübhəli? Germanerin qabıqları kimi, bəlkə də sədəf suyunda əriyərək, tam orda, orada çanağın beynində, qanında, damarlarında dövr edən də məniydim elə. Min illər sonra melodiyaları dinlədikcə, özünü yaratdığı hekayələrinin içinə kilidləyən. Xəta zaman tunelində itməyimdənmi qaynaqlanır, keçmişlə gələcəyi qarışdırmağımdanmı?
“Edamlar, həmişə gecələr, alaqaranlıqda, kimsənin bilmədiyi bir yerdə və gizlicə yerinə yetirilər. Kulonaoxşar bir sosial alim, susmuş insanların səsiylə danışdığını sanaraq söyləyir bunları. Ardınca bir şair atılır meydana (ya da cadugər): “Bəs dar ağacının əzabı? Bunu necə dəstəkləyə bilərik?” Soruşa bilmirəm, bəs gecələrin suç ortaqlığını? Özləri günahkar deyillərsə, niyə son qoymurlar varlıqlarına, niyə son sabahı elan etmirlər, deyə bilmirəm?! Yaxşı, mən nə edə bilərəm bəs, nə etmək lazımdı? Bəs əl-qolumu kim bağladı? Kimlər? Yoxsa, işıqdımı onlar, sözdümü, ilhamdımı sizdə əks olunan? Necə çarəsizəm..
Yeni bir səhifə çevrilir. Televizoru qonaqları ilə baş-başa buraxıram. Aha, bu da qapı səsi... Sizin qapınızdı bu. Açıldı, ya da bağlandı.Hardasa oralardasınız. Nəfəsiniz pərdənin qırçınlarından, xalçanın altından keçib əsintisi ilə titrədərək, bulaqdan “dup, dup, dup” damcılayan suda kristal damlalar şəklində duyulur. İndi səslərin tezliyi fərqlidi. Tündməcaz, sitəmli, titrək, əsəbi... Amma itələnə-itələnə divarlara, ağaclara, mağaralarda hələ də gizlənmiş qurbangahlara gələn-gedən sirli, qanlı, hədə-qorxu yüklü...
Televiziyadakı aparıcı deyir ki, alnı inanılmaz dərəcədə geniş, üzü donuq, buz kimi baxan gözləri, gərgin cizgiləriylə əsl intellektualdı. Üzü bir antik büst kimi çatlarla dolsa da, yaraşar ona. Nə deyir, bilmirəm. Bilmirəm... Mən sizi düşünürdüm çünki HÖRMƏTLİ B. Çünki, yaxın görünməsinə baxmayaraq, o da sizdən çox uzaqda idi! Çünki, yükləyəcəyiniz bütün günahları qəbul etməyə hazır idim. Bütün doğru-yanlışıyla... Sarayınıza aparan deməyəcəm, sarayınıza yaxın yolda olmaq da bəsimiydi.
Sonra dəhşət hüznlü skripka səsləriylə qaraçılar düşdü yadıma. Və skripkanın mənə yaşatdığı hüznü, onlara yaşatmadığını düşündüm. Bircə, onlar heç nə itirmədilər. Çünki heç nə qazanmaq fikrində deyildilər. Veriləcək bir şeyləri yox idi və həmişə elə qaldılar, - sevincli, qayğısız, coşğulu, ümidsiz, sualsız, ölkəsiz. Sizsə, əsil köhnəçi və onun yeganə köhnə əşyasıydınız. Ardınızca gəlmək məcburiyyətindəydim: Fena fillaha (Allahda yox olmaq) Nirvanaya, Kəbəyə.. Xətalarımdan qurtulmaq, amma sizdən uzaq olmamaq... Ah, lütfən, lütfən, bu yazıq kərkədanı məbədinizin önündən uzaqlaşdırmayın.
Lütfən, sizə nifrət etdiyim kimi, sizi sevməyimə də izn verin BL. Necə olur belə tapınmaq, nifrətlə sevgi birlikdə? Unutdunuzmu , bunu sizdən öyrənmişdim? Hər şey o cümlənizi oxuduğum an başlamış və digərləri orada bircə nöqtəylə nöqtələnmişdi.Sonrası isə ola bilməzdi...Siz məni girov götürməmişdiniz, mən özüm bütün varlığımdan imtina edərək , qeyd-şərtsiz sizin köləniz olmuşdum. Mənə ehtiyacınız yox idi, heç olmamışdı. Uzaq bir rəsmdəydiniz həmişə. Rəsimdəki sonsuz səssizliyin qorxularını gəzdirdiyi qayalıqların başındakı sarayda... Siz!... Siz!..
Divarlardakı kölgələrlə oyun oynamağı sınaqdan keçirdim. Qumsal bomboş idi. Nərdivanlarıızın aşağısını mavi bir günəş yandırıb- yaxırdı. Birdən hava qaralmağa başladı. Bilirdim ki, məni eşidirsiniz.Hava boğulurdu , sanki günəş kəməndə salıb boğurdu havanı. Onu sahildən götürüb aparmağa, qurtarmağa çalışdım. Özümü qurtarmaq cəhdiydi bu, baş tutmadı. Geriyə sayırdınız ləzzət duyaraq. Sonra bütün gücümlə müqavimət göstərməyimi buyurdunuz. Halbuki, köləniz olduğumu bilirdiniz. Leopold von Sacher Masoch kimi, köləliyə imzamı çoxdan atmışdım. Qıy-qışqırıqla nərdivanqarışıq geriyə aşarkən, göy gurultusu, şimşəklər arasında çim-su, bir dalğanın özünü sahilə vurduğunu hiss edirdim.Siz, orada, mayakın boynuna dırmaşan kiçik bir dalğadan qopmuş bir köpük...
“Artıq uç, sevimli quş!”, - deyərək açdınız əllərinizi. Qanadlarını havada çırparaq, uçub getdi sözcüklərim. Hava daha da soyudu. Təkrarladınız: “Mənim üçün bütün gücünlə mübarizə et . Uzat əllərini əllərimə”.
Mübahisə edənlərin səsləri bir-birinə qarışır artıq. Hamısı bir ağızdan danışırlar. Yavaş-yavaş sümükləşib, mexanikləşirlər əsərlər. Üzləri, quraşdırılmış bir robota bənzəyir. Gözlərini qırpmırlar, məsələn. Dodaqları elastikliyini itirir, - bir balığın ağzını ritmik şəkildə açıb - yumması kimi. Hər biri akvariumun şüşəsinə söykənmiş açılıb-yumulan, açılıb-yumulan ağızlar... Üz cizgiləri yerli-dibli itir, ama bütün məna, mənasızlıq olaraq toplanır baxışlarında. Bütün varlığımı gözləriylə dəlib keçirlər.
-Edam cəzasına , həə!
-Qatillərə edam!
-Fərqli görənə edam!
-Fərqli olana edam!
-Edam cəzasına ,həə!
Səhər, dənizdən əsən ağ, ilıq yellər kimi, günəş kimi, dəniz kimi... Kitab-dəftərlərimi, kağızlarımı, sənədlərimi, qeydlərimi götürüb suya atıram. Aydınlaşsın, aydınlaşım; belə ola bilmirəm artıq. Mənə elə gəlir ki, mənsiz söylədiklərimin heç birinin qoxusu, rəngi yoxdu .
-Səni sevirəm.... çox... lap ... lap...
-Sevirəm, sevəcəm, sevəcəkdim, sevirdim, sevmişdim, sevə bilərdim...Sevə bilərdimmi?
Sevməliydim? Sevirdim? Sevmişdim?
Bir ölüm marşının notları arasında itib-batır bütün danışılanlar. ( Bu marş məni fon olaraqmı seçdi? Amma niyə? Heç vaxt onun tərəfdarı olmamışam , onu müdafiə etməmişəm axı.)
-Edam cəzasına...
Barmaqlarım məndən aslı olmayaraq klavyatura üzərində hərəkət edir. Bəs mən hardayam, hörmətli B? Bədənim, ruhum, düşüncələrim sizinlə birlikdədilərsə, mən hardayam?
-Mən.. ölüm cəzası...
-BƏS SİZ HARDASINIZ?
“Yaltaqlarından biri Siracuza kralı Deniusa yeni icad etdiyi bir iş-gəncə aləti təqdim edir. Bu , içi boş , tunc bir öküzdü. İş-gəncəylə öldürüləcək adam içinə qoyulduqdan sonra tunc öküz qızğın atəşin üzərinə qoyulacaq və yüksək istiliyin təsiriylə içindəki qurban boğuq iniltilərlə uzun müddət can çəkdikdən sonra öləcək.Qurbanın çıxardığı səslər öküz böyürtüsündən fərqsiz olacaq..” , - deyə yaltaq sözünü tamamladığı zaman, son dəfə Deniusə baxıram bircə anlıq; dalğaların qumsala yığışmalarından bir az öncə,sizin ruhunuzda əriyəcəyimin coşqusunu bütün şiddətiylə hiss edərək, özümü tunc öküzün qabırğalarının arasına atmazdan bir azca qabaq. Ekrandakı mübahisə bütün canlılığıyla davam edir. Akvariumdakı balıqlar ağızlarını açıb-yumurlar. Durmadan çalışır barmaqlarım.Eyni anda beynimdə onlarla sual yüzlərini doğuraraq , sorğularkən, sorğulanarkən (künc-bucaq) artıq dayana, əngəllənə bilmir, gözlərimlə bütün üzlərdən maskasını yırtıram. İnanmayacaqsız, amma gözlədiyimdən fərqli bir şey görmürəm. Deniusun üzündə sizin üzünüz... Sizin üzünüz və uzun boylu, sinəsi, çiyinləri, kürəyi tüklərlə örtülü, müşk qoxular vurulmuş, baldırları sanki bir- birini yedikcə qalınlaşmış, ayaqları sahibini fərqli yönlərə aparacaqmış kimi aralı və yad kimi dayanan bədən...
Sizin bədəniniz...
Yazı makinasındakı kağızın səthində birdən bir dar ağacı görünür. “Bu hardan çıxdı” deyə təəccüblənərkən daha bir dənəsi, daha biri... Ardınca gilyotin, elektrikli stul, zəhər yeridilməyə hazır şprislər, qılınclar. Durmadan yeniləri gəlir və hər yeni gələn əvvəlkini kağızdan qırağa tullayır.Dəhşət içində geri çəkilirəm. Çünki bu dəfə bir edam dəstəsidi! Hərflərin arasından partlamağa hazır silahlarıyla qaçaraq çıxırlar.Onları qılınclarını çəkmiş, təkbir səsləriylə başqaları müşaiyət edir...
İnsanlar qışqırışır, bəziləri gilyotinin hər enişində papaqlarını göyə tullayır, bəziləri rəqs edir, bəziləri səcdəyə qapanır. Ardınca, qorxunc bir səssizlik. İki qolum yanıma düşür. Yorğunam... Nəfəsimin, ürəyimin ritmlərini eşidirəm. Artıq gerçək bir dünyadayam. Öz səsi, öz kölgəsi olan. Öz duyğularıyla acı çəkən bir insanam. Buraxın məni, hörmətli B. Buraxın! Heç bir cəhdin anlamı, faydası yox, çünki...Artıq, labirintinizə iz salmaqdan fərqli yönədi səfərim. Anlayıram ki.... Anlayıram ki, sizi belə sevməməliydim.
Çeviri: Aytən Təhmasib

Комментариев нет:
Отправить комментарий