Страницы

05.02.2013

İnsan və onu əhatə edən kodlar

Aytən Eyvazon

Bir neçə müddət idi ki, insanlar və kodlar haqqında araşdırmalar aparırdım və araşdırmalarım vaxtı çoxlu maraqlı faktlara rast gəldim. Əvvəlcə "kod nə deməkdir” anlayışını qısaca şərh edim. Kod istənilən şəxsin doğum ilinin sadə ədədlə ifadəsidir ki, bunu tapmaq üçün çoxədədli rəqəmləri birədədli rəqəməcən yuvarlaqlaşdırmaq lazımdır. Məsələn: 1993-cü ili götürək. 1993-də olan ədədləri biri-birindən ayıraraq bir-birilərinin üstünə gəlib, alınan cavabı da eyni qayda ilə yuvarlaşdırsaq, 1993-cü ilin kodunu tapmış olarıq. 1+9+9+3 = 22 = (2+2)= 4
Demək 1993-cü ilin kodu 4-dür. Bu cür hesablamaqla istənilən ilin hansı kodda olduğunu tapmaq olar.
Araşdırmalarımdan belə aydın oldu ki, insan 9 kodunda yaranıb. Məsələn: insan 9 ayda dünyaya gəlir, Hicri aylarından Ramazan ayı insanların ayı sayılır və 9-cu aydır. İnsanın sol əlinin içində ərəb rəqəmi ilə 81 yazılıb ki, bu da kodlaşmada 9 deməkdir, 8+1=9. Sağ əlinin içində isə 18 yazılıb ki, bu da eyni ilə sol əldə olduğu kimi kodlaşmada 9 deməkdir. 1+8=9.

Bu rəqəmlərin bir başqa mənası, 81+18 = 99, Allahın adlarına işarədirsə. Digər mənası, 81-18=63, Məhəmməd {s} Peyğəmbərin yaşına işarədir.
Məhəmməd {s} peyğəmbər (569-632) 569-cu ildə dünyaya gəlib ki, həmən ilin hansı kodda olduğunu tapmaq üçün bayaqkı sadə hesablamadan istifadə etmək kifayətdir. 5+6+9= 20 = 2. demək Peyğəmbərimizin doğum ilinin kodu 2-dir. Çox maraqlıdır ki, Peyğəmbərimizin ölüm ilinin də kodu ikiyə bərabərdir. Bildiyimiz kimi, Peyğəmbərimiz 632-ci ildə vəfat etmişdir 6+3+2 =11=(1+1)= {2}
Demək Peyğəmbərimiz {2} kodunda anadan olub və vəfat edib. Maraqlı faktlardan biri də odur ki, "Qurani-Kərim”də "Muhəmməd” surəsinin də kodu 2-dir. Bildiyimiz kimi, "Qurani-Kərim”də "Muhəmməd” surəsi 47-ci surədir ki, sadə hesablama ilə bu surənin də kodunun ikiyə bərabər olduğunu söyləmək olar. 4+7 =11=(1+1) ={2}
Sonrakı araşdırmalarım zamanı da maraqlı faktlarla rastlaşdım. Məsələn: "Muhəmməd” surəsi 38 ayədən ibarətdir ki, bunun da kodu ikiyə bərabərdir. 3+8=11=(1+1)={2}
Bildiyimə görə Quranda "Yasin” və "Taha” surələri də Peyğəmbərimizə aid surələrdir. "Taha” 20-ci surədir (2+0=2) və 135 ayəsi var (1+3+5 =9). Yuxarıda qeyd etdim ki, Məhəmməd (s) Peyğəmbər 63 il yaşayıb (6+3=9), "Yasin” surəsi 36-cı surədir (3+6 =9), "Yasin” surəsinin 83 ayəsi var: 8+3=11=(1+1)={2}
Məhəmməd (s) peyğəmbərdən başqa Hz. Xədicə də 63 il yaşayıb, Hz. Əli (ə) da 63 il yaşayıb, Hz. Fatimə isə 27 il yaşayıb ki, bütün müqəddəslərin kodu 9-a bərabərdir.
Hicri aylarından Şaban ayını peyğəmbərlərin ayı kimi də tanıyırıq. Şaban ayı 8-ci aydır. Məhəmməd (s) adı 8 hərfdən ibarətdir. Quranda 26 (2+6=8) peyğəmbərin adı çəkilir. Cənnətin 8 qapısı olduğu deyilir. İnsan gündə 17 (1+7=8) rükət namaz qılır. Quranda ayələrin sayı 6236-dır ( 6+2+3+6 = 17=1+7=8 ).
Hicri təqvimi 622-ci il Məhərrəm ayının biri başlayıb. 6+2+2=10=(1+0)=1.
Səkkiz rəqəmi ilə bağlı digər maraqlı fakt. Quranda qızıl sözü 8 dəfə cəkilib. Qızılın kimyəvi tərkibi 118 N və 79 P-dən ibarətdir. 118+79=197=(1+9+7)=17=(1+7)= 8
Bu mövzuda araşdırmalarım davam edəcək...

"Tolışon Sədo”

Комментариев нет:

Отправить комментарий