Mərdan Əzimov
Çox eşitmişdim, çox yazılarda oxumuşdum, çox yazarlar bu qeyri-adi hala aydınlıq gətirmişdi. Deyirdilər ki, taksi şoferləri söhbət dəlisi olurlar... Şahidi oldum, bir neçə ay da bir neçə taksiyə mindim. Adətən şirin söhbəti tam açıq elan etmək üçün bircə “haralısan?” sualı kifayət edir. Ona ki, cavab verdin düşürsən şoferin əsarəti altına, söhbət qızışır...
Bir həftə bundan qabaq axşam saatlarında bir taksi saxlatdırdım, oturdum. Dedim sür təzə bazara. 5 manatdan razılaşdıq, yol aldıq təzə bazara. Həə yolda ordan-burdan biraz söhbət etdik. Kişi özüdə rejimdən bezənlərdən idi, amma tam qorxurdu. Elə hey “hardadı əvvəlki günlər” deyib sayıqlıyırdı. Deyir ki; “İndi vəziyyət çox çətindir bala, birinə bir yumruq atdın 500 manat boynundadı.
Mənim oğlum Nəsimi rayonunda müstəntiq işləyir. Ordan xəbərim var”. Məndə arada bir sözünə qüvvət verirdim, təstiq edirdim... Məndən hansı partiyaya üzv olmağımı soruşdu. Qısaca biitərəfəm dedim... Dedi: “ay bala düz eliyirsən, birdən müxalifətçilərə qoşularsan. Bizim bir qonşu vardı, onu müxalifətçilər pozub öz yanlarına çəkmişdilər. Olmuşdu müxalifətçi. Nə vaxtsa mitinq olanda o da getmişdi. Elə mitinqdə də tutub atmışdılar içəri. Heç müxalifətçilərdən bi nəfər də getməmişdi yanına. Axırda meyiti gəldi türmədən... Yenə qoşulanda da YAP-a qoşulasan da buların nəyinə qoşulursan” demişdi ki, təzə bazara çatdıq. Daha dilim söz tutmadı deməyə, tez “soğanı” 5-lik verib düşdüm. 20-30 metr yolu gedənədək fikirə qərq oldum... Dərd-qəm ağuşuna almışdı məni... Balaca beynimlə yalnız bircə şeyin dərdin çəkirdim: “Ay YAP, sən bu günədəmi düşəcəkdin ki, səni taksi şoferi təbliğ edəcəkdi?!”

Комментариев нет:
Отправить комментарий