Страницы

26.02.2013

KARSIZ ƏLAC

İmarət Cəlilqızı

Şeir yaz!..
Kəlmələrdən kəndir hörüb
kədərini  dardan as!
Vücüdunu çalxala,
nəyin var, çıxsın üzə,
 dönməzliyin,
çox danışan
  dinməzliyin
                çıxsın üzə!

Təmkinini, hövsələni
 dəstələyib yiğ köksünə,

  kirimişcə bax,
     kirimişcə gül…

Şeir yaz!..
Dərdlərini şeirə düz,
dolaşıq kələfsən sən–
düyünləri şeirlə  çöz...

…Yazmaqla pozmaq olurmu?
Düyünlü gəzmək olurmu?
Bəs buna dözmək olurmu?
Olurmu?!..

Комментариев нет:

Отправить комментарий