Страницы

22.03.2013

Ailə qalmaqalı

Anar Sadıllı

Ailə - nigah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır.Nigah ailənin hüquqi əsasıdır. O, qadınla kişi arasında rəsmi qaydada bağlanılan müqavilədir.
Bu gün Azərbaycanda yaşayan hər bir insan bir ailənin nümayəndəsidir. Artıq boşanma,  ailələrin dağılması Azərbaycanda adi hala çevrilib.  
Hər gün kiminsə ayrıldığını və ya boşandığını eşidirsən. İnsanlar birgə yaşamağı bacarmayanda,  artıq əvvəlki kimi dözümlülük nümayiş etdirmirlər, birdəfəlik ayrılırlar.  Əvvəllər boşanan qadına çox pis baxırdılar. Düzdür, indinin özündə də belə qadınlara münasibət Azərbaycan cəmiyyətində  birmənalı deyil.  Ailənin funksiyaları  bir tərəfdən ailə – cəmiyyət,  digər tərəfdən ailə – şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir. Biz hər birimiz  fərdi olaraq, cəmmiyətin üzvüyük və aileədə olan hər bir problem cəmiyyətə təsirini göstərir,  nece deyərlər cəmiyyət ailədən başlayır. Möhkəm ailə, möhkəm cəmiyyət deməkdir. İnsanların  ailə daxili hərəkətlərinə tam baxanda görürsən ki, ailələrdə böyük çatışmazlıqlar var. gərək Ailələrdə olan bütün narazılıqların müsbət həlli üçün,ailə tam dövlət tərəfindən maariflənməlidir. Hesab edirəm ki, ailə münasibətləri dövlət tərəfindən idarə olunmalıdır. Dövlət ailə üçün psixoloqlar müəyyən etməlidir. İstərdim son zamanın statiskasına diqqət edək və aydın görəcəyik ki, gələcəyimiz bir xarabalığa dönə bilər. Azərbaycanda hər beş insandan  birin ailəsi dağılır. Səbəblərisə cox zaman ailə daxili münaqişədir. İstərdim fikrimə tam aydınlıq gətirəm. İlk növbədə sevgidən başlamaq lazımdır, iki insanın ailə qurmaq üçün ilk addımları. İki fərqli insan və onları birləşdirən sevgi. Əsas düzgün insan seçməlisən və o secdiyin insanla yalnız hisslər üzərində  ailə qurmayasan. Sevgi gərək dəyərlər üstündə qurulsun. Bir-birinin acığına gələn sözlər işlədirlər. Bunun üçündə gərək bir tərəf səbir etsin. Ailə daxilində hissi və fiziki stress yaradan böhranlardan ən cox uşaqlarımız zərbə alır və o uşağın gələcəyi sual altına düşür. Bu zərbədən bilin ki, yalnız bizlərin ən yaxınları əziyyət çəkəcək. Ailə sözünün mənası bir-birlərinə dayanan deməkdir. Sizlərə arzu edirəm ki, hər nə olursa olsun ailənizə dayaq olun.

Ailə həyatında əsas- səbirdir. Sevgi uzun müddət davam edə bilməz. Anton Çexov

Комментариев нет:

Отправить комментарий