Mahir Şəkərov
Qurani-Kərim bütün insanlığı hidayət etmək üçün göndərilmiş, səmavi bir kitabdır. Lakin, bu ilahi hidayətdən üz döndərib, zəlaləti satın alanlar da az deyil. Haqqı danıb, Allahın dinini məhv etməyə çalışan, Nəmrud və Fironlardan ibrət götürməyənlərə Allah “Əbabil” quşlarının vasitəsi ilə rəzil edici bir əzab göndərir. Çox təəssüf olsun ki, bu rüsvayedici əzablardan dərs götürməyənlər də tapılır. Nəticədə Əbu Ləhəb və Əbu Cəhl kimi, zahirdə müxtəlif , amma batində eyni olan şeytanlar zuhur edir.
İslamı məhv etmək üçün çalışanlar bu missiyalarını müxtəlif cür həyata keçirirlər. Bəziləri öz məkrli niyyətlərini açıq-aşkar izhar edib, dilə gətirdiyi halda, bəziləri isə İslam libasına bürünərək, bunu İslam, müsəlman adıyla həyata keçirtmək niyyətindədirlər.
Onlar elə bilirlər ki, İslamı öz batil əməlləri ilə aradan apara biləcəklər. Quranın bəyanı ilə desək: “Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.” (Saff
Bu cür fikrə düşənlərdən biri də, saytlarda “QURAN DİRİLƏR ÜÇÜNDÜR...” başlığı ilə yazı dərc elətdirən, özünü əhli sünnə kimi qələm verən, lakin, əhli-sünnə əqidəsindən çox-çox uzaq olan bir şəxsdir. Sözü uzatmadan onun yazdıqlarını oxuyub bir- bir tənqid və təhlil edək.
Qeyd: Müəllifin yazısını sizə olduğu kimi təqdim edirik. Xatırladım ki, müəllifin yazısında bir sıra qrammatik, o cümlədən hərf səhvləri var.Biz o səhvlərə düzəliş etmədən olduğu kimi təqdim edirik.
Müəllif öz yazısına belə başlayır;
“Enməmişdir Bu Quran, bunu haqqıyla bilin.
Nə məzarlıqda oxunmaq, nə də fal baxmaq üçün"
Məhmət Akif
Cavab: Müəllif yazısına Mehmet Akifin şeri ilə başlayır və şeirdəki “Nə məzarlıqda oxunmaq” ifadəsini oxucunun diqqətinə çatdırmaq istəyir. Görəsən niyə?
Bu şeir, Mehmet Akifin Quranla bağlı yazdığı şeirindən bir misradır. Bu misradakı “Nə məzarlıqda oxunmaq” ifadəsini müxtəlif cür izah etmək mümkündür. Görəsən müəllif niyə bu ifadədən ancaq bunu başa düşür ki, “Quranı məzarlıqda oxumaq olmaz.” Bu şeiri hər kəs istədiyi şəkildə yoza bilər. Düşünən, ağıllı, və İslamdan xəbəri olanlar çox yaxşı bilir ki, bu şeirdəki “Nə məzarlıqda oxunmaq” ifadəsinin, Quranı məzarlıqda oxunub-oxunmaması ilə heç bir əlaqəsi yoxdur. Lakin, insanları aldatmaq istəyən bu müəllif şeridən sui-istifadə edərək, öz çirkin niyyətini ortaya qoyur.Bu cür yanaşma batil və məntiqsizdir. Lap fərz edək ki, Mehmet Akif siz düşündüyünüz kimi düşünür və şeiri də o məqsədlə yazmışdır. Nə olsun ki? Məgər Mehmet Akif İslam alimidir? Lap olsun İslam alimi... Məgər onun yazdığı şeir, İslam peyğəmbərinin (s) sözündən daha üstündür? Bu nə məntiqsiz addımdır. Siz “Quran dirilər üçündür” fikrini (zi) bu iki misralıq şeir ilə subuta yetirmək istəyirisiniz?! Sizin bu halınız çox gülüncdür. Sizin məsəliniz, dəryada boğulan zaman hər yerdən əli üzülən, nəhayət əlini saman çöpünə atan kəs kimidir. Siz bunun fərqindəsinizmi? Əgər siz dini bir araşdırma aparmaq fikrinə düşmüsünüzsə, onda zəhmət çəkin dediklərinizi Quranla və hədislə subuta yetirin. Hansısa şairin şeiri ilə yox. Sizin bu addımınız acizliyinizin əlamətidir.
Müəllif daha sonra yazır: “Allah buyurdu: "(Ey Muhəmməd!") sənə endirdiyimiz bu kitab mübarəkdir; ayələrini düşünənlər, ağıllı olanlar da öyüd alsınlar" (Sad, 29)
Səhabələr Quranın hökmlərini yerinə yetirmək, qadağalarını tərk etmək üçün bir- birləri ilə yarışdılar və beləcə də dünya və axirətin xoşbəxt insanları oldular.
Müəllifə cavab: Bəli, Allah Quranda dəfələrlə insanları düşünməyə dəvət edir ki, buna nümunə kimi bir ayə də qeyd etmisiniz. Siz deyirsiniz ki; “Səhabələr Quranın hökmlərini yerinə yetirmək, qadağalarını tərk etmək üçün bir - birləri ilə yarışdılar və beləcə də dünya və axirətin xoşbəxt insanları oldular.” Ay müəllif, siz də qadağalardan çəkinməklə, ilahi hökmləri yerinə yetirməklə xoşbətlərdən olun. Məgər bu məsələdə sizə mane olan var?
Müəllifin yazısının davamını oxuyaq: “Daha sonra gələn nəsillərdən bəziləri (daha doğrusu çoxu) Quranın həyat prinsiplərini tərk edib, sadəcə qəbirstanlıqda və hüzn günlərində oxuyaraq ona bir "ölü kitabı" nəzəri ilə baxmağa başlayınca zillətə düşdülər. Başqa sözlə desək Allahın bu sözünə muxatab oldular: "Peyğəmbər, Ey Rəbbim! doğrusu ümmətim bu Quranı tərk etmişdir, dedi" (Furqan, 30)”
Müəllifə cavab: Quranın prinsiplərini tərk etmək başqa, onu qəbiristanlıq və hüzn günlərində oxumaq başqa... Siz bu ikisini bir- birindən ayırd edə bilmirsinizsə , niyə əlinizə qələm alıb bu yazını yazmısınız? Quranın hökmlərinə əməl etməmək və qəbristanlıqda Quran oxumaq, hər ikisi eyni şeydir?! Bunu hansı məntiqdən cıxış edib deyirsiniz?! Qurana “ölü kitabı” nəzəri ilə baxanlar, nadan və cahillərdir. Heç bir ağıllı müsəlman Qurana “ölü kitabı” nəzəri ilə baxmır. Amma siz yazınızda bu ifadəni işlətməklə, həmin nadan və cahillərlə eyni fikirdə olduğunuzu bir daha təsdiqlədiniz. Siz bunun fərqindəsinizmi?! Zillətə düçar olanlar da, məhz elə o nadan və cahillərdir.
Yazdığınız Quran ayəsinə gəldikdə isə, o ayə sizing fikriniz üçün dəlil və subut sayıla bilməz. Əksinə, bu ayə sizing öz əleyhinizə dəlil və höccətdir. Siz bu ayəni deməklə, oxucuya çatdırmaq istəyirsiniz ki, qəbiristanlıqda və ölü üçün Quran oxumaq olmaz?! Siz bu qənaətə necə gəldiniz?! Əgər desəniz ki, ayədəki “Ümmətim bu Quranı tərk etmişdir” ifadəsini nəzərdə tutursunuz, onda siz yenə də səhvə yol verəcəksiniz. Bu hədisə diqqət edin.
“Allah Rəsulu (s) qəbiristanlıqda bir qəbirin yanında dayanan bir ərəbi gördü və ondan soruşdu: Sən nə edirsən?
Ərəb dedi: Bu mərhumun ruhuna Quran oxuyuram.
Allah Rəsulu (s) buyurdu: Həqiqətən sənin və ölənin bu işdən çox savabı olacaq. Bu ən gözəl hədiyyələrdəndir. (Hədisin mənbələri: Səhihi Muslim c.1, səh. 61, Səhihi Muslim c .2, səh. 360, Tirmizi c.5, səh 301, Tirmizi c.8, səh 306, Nəsai c.6, səh 117, Nəsai c.8, səh 117, Əhməd bin Hənbəl –Müsnəd c.1, səh 95, Əl- Qunduzi əl-Hənəfi - “Yənaibul-Məvəddət səh 55 və 180, və s.)
Ay müəllif, Allah Rəsulu (s) qəbristanlıqda ölü üçün Quran oxuyan şəxsi nə üçün, bu əməlindən çəkindirmədi?! Əksinə onu bu işə daha da həvəsləndirərək buyurdu: “Həqiqətən sənin və ölənin bu işdən çox savabı olacaq.Bu ən gözəl hədiyyələrdəndir.”
Allah Rəsulu (s) dünyasını dəyişənlər üçün Quran oxumağı qadağan etmədiyi halda, sizə kim ixtiyar verib ki, bu işi qadağan edəsiniz?! Hətta, utanmadan Quran ayəsindən də sui-istifadə edərək, insanları aldadırsınız. Uca Allah bu cür şəxslər barədə buyurur: “Allah barədə yalan uyduranlardan və onun ayələrini, yalan hesab edənlərdən daha zalım kim ola bilər?!” (Əraf 37)
Digər ayədə isə bu cür şəxslərin acı aqibəti haqqında belə buyurur: “(Ya peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır!)” (Zumər 60)
O gün hər ümmətdən, ayələrimizi təkzib edənləri, dəstə-dəstə yığarıq. Sonra onlar (cəm şəkildə) məhşərə sürüklənəcəklər. (Nəml 83)
Allahın ayələrini öz istəklərinə görə izah edib, insanları aldadanlara, Allah qiyamət günü belə xitab edəcək: “Onlar (haqq-hesab yerinə) gəlib çatdıqda (Allah) buyurar: Ayələrimizi başa düşmədiyiniz halda, onları yalanmı hesab edirdiniz?! Siz nə edirdiniz?! Yaxud siz (dünyada) nə edirdiniz?! (O nə iş idi ki, görürdünüz?!)” (Nəml 84)
Ay müəllif, hədisdən də gördüyünüz kimi Hz peyğəmbər (s) sizdən və sizin kimi düşünənlərdən fərqli olaraq, Quranın qəbristanlıqda və ölü üçün oxunmasının əleyhinə deyil. Bəs buna sözünüz nədir?! Sizin fikrinizcə peyğəmbər (s) dünyasını dəyişənlər üçün Quran oxumağa izn verirsə, deməli o da Quranın prinsiplərini, tərk edərək Qurana “ölü kitabı” nəzəri ilə baxır?! Və ya qeyd etdiyiniz kimi, peyğəmbər (s) bu işi görməklə “zillətə” düşüb?! Onda belə çıxır ki, dəlil olaraq gətirdiyiniz bu ayə; “Peyğəmbər, Ey Rəbbim! doğrusu ümmətim bu Quranı tərk etmişdir, dedi” (Furqan, 30)” Hz peyğəmbərə (s) də şamil olunur? Əgər desəniz ki, xeyr, onda siz yuxarıda qeyd etdiyiniz dəlili inkar etmiş olacaqsınız. Yox əgər, bəli cavabını versəniz, onda siz Peyğəmbəri (s) Quranın prinsiplərini tərk etməkdə, Quranı “ölü kitabı” adlandırmaqda və ən əsası isə peyğəmbəri (s) zillətə düşməkdə ittiham etmiş olacaqsınız ki, biz bu cür azğınlıqdan Allaha pənah aparırıq. Sizə məsləhətim budur ki, ya susun , ya da etdiyiniz səhvi etiraf edin. Bilmədiyiniz mövzu barəsində də, birdə heç vaxt danışmayın. Çünki atdığınız bu elmsiz (savadsız) addımlar sizi həm bu dünyada, həm də axirətdə rüsvay edəcəkdir.
Müəllif sonra yazır: “Şübhəsiz Allah Quranı, onu anlayıb həyatlarına tətbiq etmək üçün dirilərə göndərdi. Quran ölülər üçün göndərilmiş bir kitab deyildir.”
Müəllifə cavab: Müəllif yazısının bu yerində, özü də fərqində olmadan , mövzunu tam başqa bir istiqamətə yönləndirir.Başqa sözlə desək, yeni bir mövzu açır. Məsələ aydın olsun deyə bu hissəni sizə cümləbə-cümlə, yazıb izah edərik. Müəllifin yazdığı bu iki cümləyə diqqət edin.
1-ci cümlə: “Şübhəsiz Allah Quranı, onu anlayıb həyatlarına tətbiq etmək üçün dirilərə göndərdi.”
Müəllif bu cümlədə diri deyəndə, yeyən, gəzən, gülən, danışan şəxsləri nəzərdə tutur.
2-ci cümlə: “Quran ölülər üçün göndərilmiş bir kitab deyildir.”
Müəllif bu cümləsində, “ölü” deyəndə, dünyasını dəyişənləri nəzərdə tutur.
Müəllifə ümumi bir cavab: Müəllifin bu iki cümləsi, əslində onun İslama olan baxışının düzgün olmadığını bir daha nümayiş etdirir. Çox qəribədir ki, müəllif “ölü” deyəndə dünyasını dəyişənləri, diri deyəndə isə, bunun əksini (ölü olmayanları- sağları) nəzərdə tutur. Müəllifin bu nəzərləri İslamla tam ziddir. Çünki, Quranın məntiqində ölü və diri tam ayrı-ayrı mənalarda işlənmişdir. Ay müəllif! Quran ölü deyəndə, əsasən qəlbi ölmüş (küfr əhli) şəxsləri nəzərdə tutur.Və Quran diri deyəndə qəlbi dirilmiş (iman əhli) şəxsləri nəzərdə tutur. Bu barədə Quranda kifayət qədər ayə var. Nümunə üçün birini qeyd edirəm. “Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?!...” (Ənam 122)
Ay müəllif! Quran hətta bəzi yerlərdə ölüləri diri adlandırır. Uca Allah buyurur: “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.” (Ali-İmran 169)
Ölü və diri kimdir? – sualına ən gözəl cavabı elə Quran özü verir elə deyilmi?!
Ay müəllif, siz qeyd edirsiniz ki; “Şübhəsiz Allah Quranı, onu anlayıb həyatlarına tətbiq etmək üçün dirilərə göndərdi.”
Bəli, o dirilərə ki, onların qəlbi Allah nuru ilə hidayət tapmış, və onlar bu hidayətin sayəsində, xəlq olunmalarının əsl mahiyyətini anlayıb, Qurana əməl edirlər. Quranı bir həyat kitabı halına gətirərək, oxuyub əməl edirlər. Yoxsa ki, həyatını Quran üzrə yaşamayan, dinindən, Quranından xəbərsiz olaraq yaşayan bir şəxs, İslamın nəzərində ölü kimidir. Uca Allah bu həqiqəti belə bəyan edir: “Və (iman əhli olan beyin və qəlb) dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! (Fatir 21)
Deməli, Quranın məntiqində ölü və diri olmağın meyarı, həyat və ölüm yox, İMAN və KÜFR olaraq təyin edilir.
Müəllif yazısına davam edərək yazır: “Ölülərin artıq əməlləri kəsilmişdir və onlar Quranı nə oxuya bilər, nə də onunla əməl edə bilərlər.”
Müəllifə cavab: Çox qəribədir ki, bu cümlənizdən bir qədər sonra, insana öldükdən sonra yetişən savablardan bəhs edən hədis qeyd etmisiniz. Siz o hədislə bu dediklərinizi inkar edirsiniz. Yəni insan öldükdən sonra ona heç bir savab yetişmir. Sizin öz ifadənizlə qeyd etsək; “Ölülərin artıq əməlləri kəsilmişdir ...” Sizin qeyd etdiyiniz hədis sizin fikrinizin tam ziddinədir. Çox maraqlıdır ki, özünüz deyib, özünüz də yalan danışdığınızı təsdiq edirsiniz. İndi biz sizin hansı sözünüzə inanaq?! Belə bir halda ki, fikirləriniz müxtəlif və bir –birinə ziddir...
Siz daha sonra qeyd edirsiniz ki; “və onlar Quranı nə oxuya bilər, nə də onunla əməl edə bilərlər.”
Ay müəllif, sizə kim deyib ki, ölülər Quran oxuyur? Siz Azərbaycan dilini bilmirsiniz? Bəlkə əlifba dərsi keçim?!!! Ay müəllif, ölülər Quran oxumur, əksinə ölüyə Quran oxunur. Bunu bir- birindən ayıra bilmirsiniz? Məlum məsələdir ki, dünyasını dəyişənlər nə Quran oxuya bilər, nə də Qurana əməl edə bilərlər. Bu size niyə belə təəccübləndirb? Elə bildiniz yeni kəşf etmisiniz? Xeyr! Bunu bütün dünya bilir. Amma siz hələ də bunu anlaya bilmirsiniz. Niyə?
Müəllif daha sonra yazır: “Övladlarından başqasının oxuduğu Quranın savabı isə onlara çatmaz.”
Müəllifə cavab: Müəllif bu cümləsi ilə bir daha subut edir ki, o yalançıdır. Diqqət edin!!! Müəllif yuxarıda sözünə başlayarkən, Quranın ölü üçün oxunmasını, Quranın prinsiplərini tərk etmək və zillətə düşmək kimi qələmə verir. Amma bu cümləsində deyir; “Övladlarından başqasının oxuduğu Quranın savabı isə onlara çatmaz.”
Deməli övladın oxuduğu, Quranın savabı valideynə çatdığı halda, başqa birisi bu işi görsə, savab çatmır? Ay müəllif, Allah Rəsulu (s) sizin bu sözünüzün əksinə olaraq buyurur: “Hər kim qəbristana girib Yasin oxuyarsa və savabını ölülərə bağışlayarsa o gün Allah onların (ölülərin) əzabını yüngülləşdirər, özünə də bu qəbristandakı ölülərin sayı qədər savab verilir. Hər kim qəbristana girib İxlas sürəsini 11 dəfə oxuyub savabını ölülərə bağışlayarsa oradakı ölülər qədər ona savab verilir.” (Əbu Davud, Əhməd, İbni Hibban, Daha ətraflı bax: "Şərh Səhihi Muslim", c 3, səh 202 )
Ay müəllif! Allah Rəsulu (s) Quran oxuyanın kimliyindən asılı olmayaraq hər kəs oxusa, savab çatar buyurur. Bəs siz nə deyirsiniz?
Müəllif yazısının davamında yazır: “Hələ günümüzdə çox yayğın olan qəbirstanlıqda pulla Yasin oxutmağın savabı ölülərimizə nəinki çatmayacaq, hətta onu oxuyanlar və oxutduranlar üçün bir vəbalı (bəlası) da toxunacaqdır. Allah Bəqərə surəsində bizə "Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun." (2/41) deyir. Allahın ayəsini ucuz qiymətə satmağın növlərindən biri də onu ölülərə oxumaqdır.”
Müəllifə cavab: Ay müəllif, siz yenə də mövzu içində, mövzu açdınız. Quranı ölüyə və ya qəbiristanlıqda oxumaq ayrı, Quranı pulla oxumaq ayrı. Niyə siz hər dəfə eyni səhvləri təkrar edirsiniz?!
Gəlin belə bir sual qoyaq və müzakirəyə başlayaq. Sual: Quranı pulla oxumaq və ya oxutdurmaq olarmı?
Cavab: Əvvəla bunu bilmək lazımdır ki, insanın dünyasını dəyişənlər üçün Quran oxuması və ya oxutdurması ixtiyari bir işdir. Dünyasını dəyişənlərə Quran oxuyaraq savabını onlara hədiyyə etmək savab və bəyənilən bir əməldir ki, biz bunları əziz peyğəmbərimizin (s) tövsiyələrinə uyğun olaraq həyata keçiririk. Bu barədə hədislər mövcuddur ki, buna toxunarıq. İndi keçək Quranın pulla oxunub oxunmaması məsələsinə. Əgər bir şəxs, şəriətdə deyildiyi kimi, atası vəfat edən zaman, onun cənazəsinə özü qüsl verməyib, bu işi başqasına tapşırırsa, onun kəfənlənməsi, qəbirinin qazılması, onun ruhuna Quran oxumaq və bu kimi bütün işlərin öhdəsindən gələ bilmirsə və bu deyilən işləri başqasına həvalə edirsə, deməli onun haqqını da verməlidir. Kimsə bir işi bacarmırsa, və başqasına o işi gördürürsə, onun haqqını verməməlidir? Ay müəllif bu da şəriətdə yazılıb?
Əvvəla, heç kimi məcbur edən yoxdur ki, kiməsə pul verib Quran oxutdursun. Heç Allah da bunu bizdən tələb etmir. Hər kəs könüllü şəkildə bu işi görür. Kimsə də Quran oxuya bilmirsə və bunu bacaran bir şəxsə həvalə edirsə onun haqqını da verməlidir.Bu İslam dininin əsas prinsiplərindəndir. Hədisi-Qudsidə buyurulur: “Allah buyurur ki: Üç qrup insan vardır ki, Qiyamət günü Mən onların qənimiyəm. Mən, kimə qənim kəsilərsəm, onu həlak edərəm. O üç qrup insan bunlardır:
1. Mənə söz verib, sonra vədindən dönən, ,
2. Azad bir insanı (kölə kimi) sataraq pulunu yeyən 3. Bir nəfərə iş gördürüb, ondan istifadə etdikdən sonra pulunu verməyən kimsələrdir.” (Sünəni-İbn Macə, Babur-Ruhun, 2143.)
Ay müəllif, Allah özü buyurur ki, bir insane iş gördürsəniz onun haqqını verin. Bəs siz nə deyirsiniz?!
Deməli, bir kəs bacarmadığı bir işi başqasına gördürürsə onun haqqını da verməlidir. Bu bütün işlərdə belədir. Quranı pulla oxumaq da bu qəbildəndir. Yox əgər kimsə pul vermək istəmirsə zəhmət çəkib öz işini özü görsün.Yoxsa kimdənsə tələb etməsin ki, atama müftə Quran oxu.Bu həm İslama, həm də ağıl və məntiqə ziddir.
Müəllif qeyd edir ki; “...qəbirstanlıqda pulla Yasin oxutmağın savabı ölülərimizə nəinki çatmayacaq, hətta onu oxuyanlar və oxutduranlar üçün bir vəbalı (bəlası) da toxunacaqdır.”
Ay müəllif! Deməli Yasin pulsuz oxunsa ölüyə çatar? Quranı oxuyanlara və oxutduranlara bu işin nəinki vəbalı (bəlası) toxunacaq, əksinə, bu işi gördüklərinə görə savab qazanacaqlar. Necəki, Abdulllah ibni Ömər insanlara tövsiyə edirdi ki, öz ölənləri üçün Quran oxusunlar. (Beyhəqi 4 c, səh 56)
Əgər bu işin bəlası var idisə nə üçün Abdullah ibni Ömər bu işi camaata tövsiyə edirdi?
Siz qeyd edirsiniz ki; “Allah Bəqərə sürəsində bizə "Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun." (2/41) deyir. Allahın ayəsini ucuz qiymətə satmağın növlərindən biri də onu ölülərə oxumaqdır.”
Sizin dəlil kimi gətiridiyiniz ayə yenə də sizin fikriniz üçün dəlil və subut sayıla bilməz.
Ay müəllif, siz heç olmazsa bu yazını yazarkən, bu ayənin təfsirini, onun nazil olma səbəbini oxusaydınız yəqin özünüz də görəcəkdiniz ki, bu ayə tamamilə başqa mövzudan bəhs edir. Allah bu ayədə yəhudi alimlərinin öz əhdlərinə - Tövratda peyğəmbərin gəlişi ilə bağlı qeyd olunan ayələri camaatdan gizlədərək, peyğəmbərə qarşı çıxmalarından, danışır. Onlar Allahın ayələrinə qarşı kafir oldular. Alimlərin susmasının və haqqı gizlətməsinin səbəbi, onların maddiyyata bağlılıqları idi. Allah da onların bu əməllərini rəmzi olaraq “ayələri satmaq” adlandırır. Amma görünən budur ki, siz bu ayənin əsl mahiyyətindən xəbərsizsiniz. Artıq ikinci dəfədir ki, insanları aldatmaq üçün Quran ayəsindən sui- istifadə edirsiniz. Allahdan qorxmursunuz?!
Müəllifin yazısının davamını oxuyaq: "İkra!" (Oxu) əmri ilə başlayan Quranı ölünün necə oxuyacağını heç düşündünüzmü? Öldükdən sonra "Məni doğru yola yönəlt!" deyə dua etməsini necə? "Mənim həyatım da, ibadətim də, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür" deməsi isə mümkün deyil. Bir ölünün edə bilməyəcəyi əmrlər və qadağalar var quranda.
Müəllifə cavab: Ay müəllif, "İkra!" nədir? Siz heç Quran ayəsini Azərbaycan əlifbası ilə də düz yaza bilmirsiniz. "İkra!" yox, “İqra” (Oxu!) olmalıdır ay müəllif!!! İndi gördünüzmü sizin dini savadınız hansı dərəcədədir?
Siz yenə də yuxarıda cavabını verdiyim bir sözü burda da təkrar etmisiniz. Dedim axı, ölü Quran oxumur, əksinə ölüyə Quran oxunur. Siz diri olduğunuz və görən gözlərə sahib olduğunuz halda, İqra sözünü İkra yazırsınız. Belə olan halda qəbirdəki ölüdən nə gözləyirsiniz? Siz deyirsiniz ki; "İkra!" (Oxu) əmri ilə başlayan Quranı ölünün necə oxuyacağını heç düşündünüzmü? Xeyr, ay müəllif! Biz bunu düşünmədik və buna ehtiyac da duymadıq. Çünki hamı bilir ki, qəbirdəki ölü Quran oxumur. Amma siz hələ də bunu bilmirsiniz. Əgər ölü Quran oxuya bilmirsə, onda necə dua edə bilər? Bəs siz necə bunu düşündünüzmü?
Siz deyirsiniz ki; “Bir ölünün edə bilməyəcəyi əmrlər və qadağalar var quranda.”
Siz bunu bilmirdiniz? Ölünün edə bilməyəcəyi əmrlər var deyirsiniz. Onda bu cümlənizdən belə çıxır ki, ölünün əməl edə biləcəyi əmrlər də var Quranda?
Müəllif sonra yazır: “Elə ona görə də "Ölənlərə siz eşittirə bilməzsiniz" (Fatr, 22) deyir.”
Müəllifə cavab: Yuxarıda qeyd etdiyimiz kimi, Quranın məntiqində ölü və diri tam ayrı-ayrı mənalarda işlənmişdir. Quran ölü deyəndə, əsasən qəlbi ölmüş (küfr əhli) şəxsləri nəzərdə tutur.Və Quran diri deyəndə qəlbi dirilmiş (iman əhli) şəxsləri nəzərdə tutur. Bu barədə ayə də qeyd etdik.Odur ki, yenidən eyni mövzuya qayıtmaq istəmirəm.
Müəllif sonra yazır: Allah Rəsulu belə buyurdu: "İnsan öldüyü zaman üç şey xaric bütün əməlləri kəsilir:
1) Qalıcı bir sədəqə (məscid, yol, su, xəstəxana və s. tikərsə)
2) Başqalarının istifadə edəcəyi bir elm (buraxarsa)
3) Ona dua edə biləcək salih bir övlad (varsa)." ( Müslim)
Müəllifə cavab: Müəllifin yazdığı bu hədis, insan dünyasını dəyişdikdən sonra ona yetişəcək savab əməllər barəsindədir. Bunu hədisin mətnindən də aydın görmək mümkündür. Bu isə müəllifin yox, bizim fikrimizi dəstəkləyən bir hədisdir. Çünki, müəllif iddia edir ki, Quran yalnız dirilər üçündür. Allah Rəsulu (s) isə dəfələrlə buyurub: “Ölülərinizə Yasin oxuyun.” (Müsnəd c 5, səh 26)
Müəllif qeyd etdiyi bu hədisin mənbəsini də yazmayıb. Odur ki, biz onun da yerinə zəhmət çəkib hədisin mənbəsini tapdıq. Sözügedən hədisin mənbəsi budur: (Muslim, Vəsiyyət babı 3, Əbu Davud Vəsiyyət babı 14)
Müəllif yazısının davamında yazır: “İbn Kəsir, "İnsan üçün sadəcə əməyinin qarşılığı vardır" (Nəcm, 39) məalındakı ayənin təfsirində belə deyir: Yəni heç kim başqasının günahına yüklənə bilməyəcəyi kimi, özü üçün qazandıqlarından başqa, başqasının edəcəyi savabdan da faydalana bilməz.”
Müəllifə cavab: Biz də öz növbəmizdə İbn Kəsirin təfsirinə müraciət etdik . Bəli, İbn Kəsir həqiqətən də o iddianı edib. Amma bu yenə də müəllifin sözü üçün subut sayıla bilməz.Görkəmli əhli sünnə alimi Cəlaləddin Suyuti özünün “Şəfaussudur” kitabında İbn Kəsirin bu iddiasını rədd edərək yazır: “Əvvəla: Həmin hökm bu ayə ilə nəsx olunub: “O kəslər ki, iman gətiriblər onların imanda onlara tabe olan övladlarını dа onlara qovuşduracağıq. Biz onların əməllərindən heç bir şey əskik etmərik. Hər bir insan əməlinin girovundadır” (Tur, ayə 21)
İkincisi: Ayənin hökmü İbrahim və Musanın (ə) qövmünə məxsus olub.
Üçüncüsü: Ayədən məqsəd kafirlərdir. Amma möminlər öz əməlləri ilə qazandıqlarının və onlardan sonra əncam verilmiş əməllərin savabına yetişirlər.
Dördüncüsü: Allah rəhmət və təfəzzül babından ayrı yollardan da dünyadan getmiş insana savab əta edə bilər. (Daha ətraflı bax: Cəlaləddin Suyuti - Şəfaussudur bişərhi halil movta vəl qubur, 402-406)
Ay müəllif, gördüyünüz kimi, Cəlaləddin Suyuti İbn Kəsirin iddiasını rədd etdi.Bəs buna sözünüz nədir? Buyurun Cəlaləddin Suyutinin bu dörd iddiasına cavab verin və öz sözünüzü bu yolla təsdiqləyin. (Əgər bacarsanız...)
Müəllifin yazısının davamını oxuyaq: “İmam Şafi isə bu ayənin hokum üçün: "Ölülər üçün oxunub, hədiyə edilən Quranın savabı onlara çatmaz, çünki oxunan Quran onların əməli və savabı deyildir.”
Müəllifə cavab: Ay müəllif, sizin bu sözünüz lap “AĞ YALAN” oldu. Siz niyə öz iddialarınızı sübutla qeyd etmirsiniz?! İmam Şafei harda deyib ki, ölü üçün Quran yoxdur?! Bunu sizə deyib?!
İmam Şafei sizin bu əsassız iddianızı rədd edir. İmam Şafei öz fiqh kitabında Hz peyğəmbərdən (s) bu hədisi nəql edir: “Ölülərinizə Yasin oxuyun.” (Büyük Şafii İlmihali səh 198, türkçə)
Necə olur ki, Şafei həm ölü üçün Yasin yoxdur- deyir, digər tərəfdən isə, öz fiqh kitabında “Ölülərinizə Yasin oxuyun” hədisini qeyd edir. Niyə İmam Şafeinin adından yalan danışırsınız?! İmam Şafeidən dəlil gətirirsiniz amma onun fiqh kitabından xəbəriniz yoxdur. İmam Şafei mövzu ilə bağlı buyurur: “Qəbrin başında Qurandan ayə və sürələr oxumaq müstəhəbdir. Quranı xətm etmək daha gözəldir. (Abdullah Əş-Şafii- Əl-Mənaqib kitabı səh 204, həmçinin bax: Nəvəvi- Riyazus-Salihin səh 293)
Müəllifin yazısını oxumağa davam edək: “Bunun üçün Allah Rəsulu ölülərə Quran oxumağı ümmətinə tövsiyə etməmiş, onları buna təşviq etməmiş, bu barədə heç bir əmr verməmişdir.”
Müəllifə cavab: Ay müəllif , heç bu qədər də insafsızlıq olar? Peyğəmbərin (s) adından yalan danışmağa utanmırsınız? Yəni peyğəmbər (s) bu barədə bir dənə də olsun hədis deməyib? Bəs yuxarıda qeyd etdiyimiz hədislərə sözünüz nədir? Məgər onları peyğəmbər (s) söyləməyib? O hədisləri açıq gözlə oxuyun və cavab verin.
Müəllifin yazısını davamını oxuyaq : “Bu mənada bir söz səhabənin heç birindən eşidilməmişdir.İbadətə aid əmrlər dəlillərə istinad edir. İbadət barəsində fikr söyləmək, müqaisə etmək, yeni qanunlar qoymaq mümkün deyil...”
Müəllifə cavab: Doğurdan? Ay müəllif, bəs bu hədisə nə deyirsiniz?
Əbu Hüreyrə nəql edir: “Allah elçisindən soruşdum. Ey Allahın elçisi! Biz özümüz Allahın kitabını oxuyaraq savab qazanırıq. Dünyasını dəyişən şəxslər üçün də Quran oxuya bilərikmi?
Allah elçisi buyurdu: Bəli, Ölənləriniz üçün Yasin oxuyun.” (Səhihi Müslim c 5, səh 73-78)
Ay müəllif, bəs deyirdiniz ki, bu barədə heç bir səhabədən hədis yoxdur. Deməli var, lakin, siz xəbərsizsiniz. Lap fərz edək ki, heç bir səhabə bu barədə hədis nəql etməyib.Bu nəyi dəyişdirəcək? Məgər bir hökmün qəbulu üçün səhabənin hədis gətirməsi mütləqdir? Əgər səhabələr namazla bağlı heç bir hədis nəql etməsəydi, İslam ümməti namaz qılmayacaqdı?
Müəllifin yazısının davamını oxuyaq: “ 1) Quranı ölülərə oxumaq fikri insanlar arasında çox yayğındır. Belə ki, Quranı oxumaq ölümün əlaməti olaraq qəbul edilir. Bir evdən tez - tez Quran səsi eşidilərsə orda bir hüzn və ya bir matəm olduğu qənaətinə varılır.”
Müəllifə cavab: Ay müəllif, ölülərə Quran oxumaq fikrinin insanlar arasında yayğın olması sizi niyə narahat edir? Bu ki, peyğəmbərin (s) bizə olan tövsiyələrindəndir. Quranı ölünün əlaməti sayanlar elə özləri də mənəvi cəhətdən ölü olanlardır. Bir evdən Quran səsi eşidilirsə siz niyə bu qənaətə gəlirsiniz ki, orda hüzn və ya matəm var... Deməli siz özünüz də Qurana ölü kitabı nəzəri ilə baxanlardansınız. Əgər belə olmasaydı siz heç vaxt bu qənatə gəlməzdiniz. Siz Quranın bu ayəsindən xəbərdar olsaydınız bu sözü dilinizə gətirməzdiniz. Uca Allah buyurur: “Qurandan bacardığınız qədər oxuyun!” (Müzzəmmil 20)
Məgər Allah Rəsulu (s) buyurmayıb ki; “Öz evlərinizi Quran oxumaqla nurlandırın.”
Evlərinizi qəbristanlığa çevirməyin, Quran oxuyun! Quran oxunan evə şeytan girməz. Kim evində Quran oxuyarsa, o ev, əhlinə qarşı genişlənər və mələklər də orda hazır olar, şeytanlar qaçar, xeyir artar. Quran oxunmayan evə gəlincə, o ev əhlinə qarşı daralar, mələklər oranı tərk edər, şeytanlar ora nüfuz edər, o evdə xeyir azalar. (Tirmizi, Fəzailul-Quran 18)
Qiyamət günündə Qurani-Kərim məhşərə gələrək Allaha buyuracaq. İlahi Quran oxuyan şəxsləri şərəfinlə zinətləndir.Ona şərəf libası geyindir. O şəxsə o an şərəf libası geyindiriləcək. Quran yenə deyəcək: İlahi! Ona şərəf tacı geyindir.O şəxsə şərəf tacı geyindiriləcək.Quran yenə buyuracaq: İlahi! Ondan razı ol. Çünki, sənin razılığından daha böyük bir şey yoxdur. Və beləliklə Quran onu oxuyan şəxsi ən uca mərtəbəyə ucaldacaq. (Tirmizi, Fəzailul-Quran 18, Darimi, Fəzailul-Quran 1)
Ay müəllif, bundan sonra evlərdən Quran səsi eşitsəniz, fikrinizə hüzn və matəm yox, qeyd etdiyim ayə və hədislər düşsün.
Müəllifin yazısının davamını oxuyaq: “2) Namazı həyatında tərk edən birinə öldükdən sonra Quranın heç bir faydası yoxdur. Onlar üçün Allahın əzabla təhdidi var: "Vay o namaz qılanların halına ki, onlar qıldıqları namazdan qafildirlər.’ (Maun, 5)
Quranın bu təhdidi namazı həyat məqsədinə çevirməyənlər üçündür. Namz qılsalar belə, qıldıqları namaz onları təmizləmir, dəyişmir, həyatlarını yönləndirmir. Namazından qafil olanı Allah belə bir ayə ilə təhdid edirsə, o zaman namaz qılmayanın halını siz düşünün!”
Müəllifə cavab: Ay müəllif, məgər namaz qılmayan kafirdir? Bəli, Quran kafirə, münafiqə, müşrikə fayda verməz. Çünki, onlar həyatda ikən Qurana arxa çevirmiş və onu qəbul etməmişlər.Quran ancaq müsəlman və möminlərə faydalıdır həm diri ikən, həm ölü ikən. Bu Quranın məntiqidir, bu Quranın sözüdür. Uca Allah buyurur: “Quranda möminlər üçün şəfa və rəhmət olan ayələr nazil edirik. O, kafirlərin ancaq ziyanını-günahını artırar.” (İsra 82)
Bəli, möminlər həyatda ikən Qurana əməl etdiyi kimi, vəfat etdiklərində də bu ilahi kəlamın savabından faydalanırlar. Lakin, kafir, münafiq və müşriklər isə həyatda ikən bu ilahi kəlamlar onlara oxunduğu zaman, onları qəbul etmir və istehza edirdilər. Onların bu davranışları onların dünyada ikən , günahlarını artırır və zəlalətə aparırdı. Bu cür şəxslərə öldükdən sonra da Quranın heç bir faydası yoxdur.
Yazdığınız ayənin mövzu ilə əlaqəsi yoxdur. Ayə namaz qılmayanlara yox, namazı qılıb lakin, öz qıldığı namazından qafil olanlara aiddir. Başqa sözlə, bu ayə elə namaz qılanlara aiddir.Amma siz ayəni namaz qılmayanlara aid etmisiniz. Niyə? Siz Quranın ayələri ilə istehza edirsiniz?!
Müəllifin yazısının davamını oxuyaq: “3) "Ölənlərə Yasin oxuyun" hədisinə gəlincə İbnu’l-Kattan onun ‘muztarib’ hədis olduğunu, Darəkutni də onun haqqında: ‘İsnadı muztarib, mətni məchul və salih olmayan bir hədis’ olduğunu söyləyir.
Rəsulullahdan və əsabından meyid üzərinə "Yasin", Fatihə" və ya Qurandan hər hansısa bir ayə oxunduğu sabit deyil. Belə ki, Allahın Rəsulu meyid dəfn edildikdən sonra əsabına belə deyirdi: "Qardaşınıza Allahdan bağışlanma diləyin.”
Müəllifə cavab: Müəllif səhv etməyə davam edir. Müəllif iddia edir ki, “Ölənlərə Yasin oxuyun” hədisi səhih deyil. Ay müəllif, siz yenə də səhv edirsiniz.
“Ölənlərə Yasin oxuyun” hədisinin mənbələri;
1. Səhihi Müslim c 5, səh 73-78
2.Nəvəvi - Riyazus-Salihin səh 293.
3. Səhihi Müslim c 3, səh 202.
4. Səhihi Müslim c 1, səh 61.
5.Tirmizi c 8, səh 306.
6.Nəsai c 6, səh 117.
7.Qunduzi Əl-Hənəfi - Yənaibul-Məvəddət səh 55.
8.Tirmizi c 5, səh 306.
9.Əhməd ibni Hənbəl c 1, səh 95.
10.Səhihi Muslim c 2, səh 360.
11.Cəlaləddin Suyuti – Tarixul-Xuləfa səh 190.
12. Büyük Şafii İlmihali səh 198, türkçə
13.Şərhul-Səhihi Muslim c 3, səh 202.
14.Müsnədi Əhməd c 5, səh 26.
Ay müəllif, bəs deyirdiniz bu hədis səhih deyil. Amma gördüyünüz kimi, bu hədis bir sıra səhih mənbələrdə gəlmişdir. Əgər hədis səhih deyilsə bəs niyə bu kitablar onu öz kitablarına daxil ediblər? Bu qədər dəlil və subutlardan sonra deyəcəyiniz nəsə var?
Müəllifin yazısının davamını oxuyaq: “4) İslam dəvətçilərindən biri belə deyir: "Ey Müsəlman! Təəssüflər olsun ki, ölümlə qarşılaşıncaya qədər Quranı həyatında tərk etdin, Onunla əməl etmədin, o zaman rahat ölə bilməyin üçün sənə Yasin oxudular. Quran sənin dirilmən üçünmü, yoxsa ölmən üçünmü nazil oldu?!”
Müəllifə cavab: Ay müəllif, kimdir bu dəvətçi? Niyə dəvətçinin adını qeyd etmirsiniz? Siz Allahın və peyğəmbərin (s) adından çəkinmədən yalan danışdığınıza bu yazıda dəfələrlə rastlaşdıq. Sizin İslam dəvətçisi dediyiniz şəxsin adından yalan danışmayacağınız nə məlumdur… Odur ki, bu cür iddialar etdikdə dəlil gətirin. Yoxsa bu dediklərinizə sizdən başqa heç kim inanmayacaq.
Müəllifin yazısının davamını oxuyaq: “5) Allahın Rəsulu əshabına, qəbiristana girdikləri zaman Fatihə oxumalarını əmr etməmişdir. Əksinə bu duanı etmələrini tövsiyə etmişdir: “Əssəlamu aleykum əhləddiyar minəl muminin və inna inşaallahu bikum lelahigun. Əs’əlullahə ləna və ləkum əl’afiyə.’ Yəni ‘Ey möminlər diyarı, Allahın salamı (rəhməti) üzərinizə olsun. İnşallah bizlər də sizə qovuşqcağıq. Bizə də sizə də Allahdan əfv (əzabdan qurtulmağı) diləyirəm.’
Bu hədis ölülər üçün necə dua edəcəyimizi bizə öyrədir. Onlardan yardım istəməyi, onları yardıma çağırmağımızı və ya onlar üçün əməl edə bilməyəcəkləri Quranı oxumağı deyil.”
Müəllifə cavab: Müəllif qaş düzəltmək yerinə vurub gözü də çıxartdı. Diqqət edin. Müəllif yazısının əvvəl hissələrində Fatir sürəsinin 22-ci ayəsinə istinadən qeyd etmişdi ki, ölülər bizi eşitmir. Amma indi isə qeyd edir ki, peyğəmbər (s) qəbiristanlığa daxil olarkən ölüləri salamlayardı. Əgər ölü eşitmirsə, peyğəmbər (s) niyə onlara salam verirdi? Siz yazdığınız hədisi yazarkən yenə də səhvə yol vermisiniz. Siz belə yazmısınız: “və inna inşaallahu bikum lelahigun.”
Amma əslində belə olmalı idi: və innə inşaallahu bikum lahiqun.
Siz iki səhvə yol vermisiniz. 1.Siz cümləni inkar mənasında yazmısınız. Lelahigun yox lahiqun olmalı idi. Çünki, (لَا ) inkar ədatıdır. Sizin yazdığınız cümlənin mənası belə olur. (Ey qəbir əhli) İnşallah biz də sizə qovuşmayacağıq.
Amma əslində məna belə olmalı I di: (Ey qəbir əhli) İnşallah biz də sizə qovuşacağıq.
Sizin qeyd etdiyiniz bu dua peyğəmbərimizin qəbiristanlığa daxil olarkən etdiyi duadır. Amma siz duanı səhv yazmaqla yenə də peyğəmbərimizin (s) adından yalan danışdınız. Siz qeyd etdiyiniz bu hədisin də mənbəsini göstərməmisiniz. Sizin yerinizə bu zəhməti də biz çəkdik. Qeyd olunan hədisin mənbəsi budur: Muslim, Cənaiz 104, İbn Macə 36.
Diqqətli olun ay müəllif, heç kim ölü üçün Quran oxumaqla cəhənnəmə getməz. Buna əmin ola bilərsiniz. Amma siz bu yazınıza görə Allahdan tövbə edib, bağışlanma diləməsəniz, Cəhənnəmə gedəcəyiniz açıq-aşkardır. Çünki siz , Allah və Onun Rəsulunun (s) adından dəfələrlə yalan danışdınız.
“Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!” (Ənam 21)
Müəllifin yazısının davamını oxuyaq: “6) "Ölü üçün" oxunan Yasin surəsi 70 - ci ayədə "dirilər üçün..." deyilir. Fatihə surəsində isə "Biz yalnız Sənə ibadət edər və yardımı da Səndən diləyərik. Bizi doğru yola yönəlt!" deyə dua etməyimiz istənilir. Öldükdən sonra hansı ibadətdən söz gedə bilər? Və ya ölü necə doğru yola yönələcək. Bütün ibadətlər ölən günə qədərdir. Quranın da ifadəsi ilə "ölüm gəlib çatıncayadək" bizdən salih əməl üzrə olmağımız, sədəqə verməyimiz, bizə verilən ruzidən infaq etməyimiz istənilir.
Allah Quranı onunla əməl edə biləcək vəziyyətdə olan dirilərin oxuması və əməl etmələri üçün endirdi: "(Quran) diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin" (Yasin, 70). Ölüləri xəbərdar etmək mümkün deyil.”
Müəllifə cavab: Ay müəllif, sizin bu iddianıza artıq yuxarıda cavab vermişik. Quran məntiqində ölü və diri deyildikdə sizin başa düşdüyünüz ölü və dirilər nəzərdə tutulmur. Quran insanın mənəviyyatına, qəlbinə, ruhuna işarə edir . Zəhmət çəkin təfsir oxuyun, yoxsa tərcümə oxumaqla heç nəyə nail olmayacaqsınız.
Müəllifin yazısının davamını oxuyaq: “7) Quranın əsl məqsədini unudaraq onun missiyasını dəyişmək zülmdür. İnsanın edə biləcəyi ən böyük yanlışdır. İçində yazılanları həyatında bircə dəfə açıb oxuyan, oxuduunu anlayan heç kimsə onu ölü üçün oxumaz.
Müəllifə cavab:Ay müəllif, bəs Allahın və əziz peyğəmbərinin (s) adından yalan danışmaq zülm deyil? Siz özünüz Allahın ayələrinə zülm etdiyiniz halda, bizə nəsihət verirsiniz? Burda bir məsəl yadıma düşdü: “Öz gözündəki tiri görmür başqasının gözündə çöp axtarır.”
Müəllifin yazısının davamını oxuyaq: Çünki bütün əmrlər ya dirilər üçündür, ya da ölü qəlbləri diriltmək üçün.
Müəllifə cavab: Bəli əmr və hökmlər siz dediyiniz kimi, ya dirilər üçündür, ya da, ölü qəlbləri diriltmək üçün. Əgər söhbət əməl etmək, və ilahi hökmləri yerinə yetirməkdən gedirsə razıyam. Çünki, məlum məsələdir ki, ölən insan namaz, oruc və bu kimi ilahi hökmləri yerinə yetirməyə qadir deyil. Bunun üçün məqalə yazmağa ehtiyac yox idi.
Müəllifin yazısının davamını oxuyaq: “İnsanın yaşaması, yeyib - içməsi, gəzib -dolaşması onun diri olmasına dəlil sayılmamalıdır. Çünki diri olmaq düşünmək deməkdir. Quran düşünənlər üçündür. Ağıldan məhrum olan xəstələr Quranla əməl etməyə mükəlləf tutulmayıblar. Allah onları cəzadan azad edəcək. Çünki düşünə bilmirlər. Düşünə bilib düşünməyənlər, ölü qəlblərini diriltmək istəməyənlər, vəhyin dirildici gücünə inanmayanlar isə əzaba düçar olacaqlar!
Quran bir qissəni, bir hekayəni, bir misalı verdikdən sonra bir də sual verir: "Heç düşünməzmisiniz?", "Heç ibrət almazmısınız?" "Dünyanı dolaşaraq gəzib inkar edənlərin aqibətini görmədinizmi?"
Müəllifə cavab: Bu yazdıqlarınıza heç bir iradım yoxdur.
Müəllifin yazısının son hissəsini oxuyaq: “Kor olmaqdan, korlar kimi davranmaqdan, vəhyin aydınladıcı işığına göz yummaqdan Allaha sığınaq. Bizə "OXU!" deyə əmr etdiyi kitabı oxuyaq. Nicat yalnız bundadır.”
Müəllifə cavab: “Allahın ayələrini görməməzlikdən gələrək kor olmaqdan, Allaha və Onun Rəsuluna (s) böhtan atmaqdan və beləcə də Allaha qarşı kafir olmaqdan Allaha pənah aparırıq. Ay müəllif, biz Allahın “OXU” əmrinə tabe olaraq, onun bizə nazil etdiyi kitabı oxuyur və bacardığımız qədər əməl etməyə çalışırıq. Siz özünüz də bu əmrə tabeçilik göstərərək bu ilahi kəlamları oxusanız, dünya və axirətiniz üçün daha xeyirli olar. Salam olsun doğru yola tabe olan hər bir kəsə! (Taha 47)

Комментариев нет:
Отправить комментарий