Страницы

28.03.2013

BAGIŞLA


Vəfa Mürsəlqızı

Günahkaram, bağışla,
Səni  bir  az  cox sevdim,
Kaş  səni  görməyəydim,
Kaş  səni  sevməyəydim.

Sən  unut, qoy  bu  əzab,
Mənim qismətim olsun,
Günahım səni sevmək,
Cəzam  həsrətin  olsun.

Min  dəfə  get söylədin,
Mənsə yenə  qayıtdım,
Qürurumun  üstündən,
Keçib   sənə  qayıtdım.


Mən  məgər  təkmi sevdim?
Sənin  günahın  yoxmu?
Sən  cəzasız gəzirsən,
Mənim cəzam nə coxdur.

Bəlkə  də  sənin  təmiz,
Vicdanına ləkəyəm,
Al,  başını qaç məndə,
Səninçün  təhlükəyəm.

Bəlkə  tanrı  payıydın?
Qədrini  biləmmədim,
Neylədimsə  mən sənin,
Xoşuna gələmmədim.

Bağışla  məhəbbətim,
Daha  hərarətlidir,
Bilirəm  başqaları ,
Daha   məharətlidir.

Mən səni DƏLİ sevdim,
Sevilmək sənə qalsın,
Bu  sevginin  günahı,
Cəzası  mənim olsun.

Mən səni belə sevdim,
Analasaydın  nə dərdim,
Sən icazə versərdin,
Səni yenə   sevərdim.

Bilirəm ki. unutmaq,
Sənə  çətin olmadı,
Sən  sadəcə bağışla.
Bağışlamaqdan  başqa,
Sənə  daha nə qaldı.

Комментариев нет:

Отправить комментарий